Tumgik
#Düşdüm Dərinə
Text
1510
9 notes · View notes
yalquzaq · 5 months
Text
İllərin ayların bir önəmi varmı bilmirəm. Bilsəm də nə dəyişəcək nə fərq edəcək. Əlimdən elə çox şey gəlmir, çox şeyi bacarmıram. Bacardığım şeyləri etməyə də qram həvəsim yoxdu. Bir sözlə məndən aslı olsa da olmasa da artıq nəsə əlimdən gəlmir. Gözəl şeylər də var həyatım da ən azından ona tutuna bilirəm ən azından azda olsa içimi isidir. Bu il mənə nəsə örgətmədi nə də mən örgəndim. Biraz da canımı sıxan bu oldu. Sadəcə bu il də qorxduğum, çəkindiyim hər şey oldu. Bir sözlə nə ili idi desəm qorxduğum hər şeylər başıma gəldi ili idi. Çox yoruldum bağışla özüm, əlimdən heçnə gəlmir. Ancaq çölüm də sakitcə durarkən içim də özümü isti fırtınan için də bağrışan səsləri susdurmağa çalışırdım. İnsanın özündən başqa düşməni yoxdu ki, varsa da əgər insanın içindəki özüylə dalaşdığı biri kimidi. Bu sözləri yazmaqdan başqa əlimdən nəsə gəlmir. Bu sözləri də melodiya musiqilərin slowed versiyaları ilə yazıram. Ağlamıram, zarımıram şikayətçi deyiləm. Çünki çox şey məndən aslıdı bilirəm, hələ nə çətinliklər var bəlkə də bugünlərimə şükür edəcəm. Həm də səmimi olmaq lazımdı bu başıma gələnləri türklərmiş demiş hak etdim. Bu il anladığım çox qorxaq, çox çarəsiz, heçnəyin xoşbəxt etmədiyi bədbəxt biriyəm. Birdə ilk siqaretimi çəkdim, içki içən biri də deyiləm ama arabir içirdim. Özümə sual verən də mən bunu niyə etdim? Bir cavab verə bilmirdim. Sonralar fərqinə vardım ki, qaçışdı. Özümdən qaçış. Mən illərdi özümdən qaçıram. Ona görə özümü harasa, kiməsə yaxın hiss edə bilmirəm. Arabir şey də ağlıma gəlirdi bəlkə həzz axtarıram ya nəm başqa adıyla ləzzət. İnsan daima həzz axtarışındadı bir şeylərdən əmin olmaq. Bu hissdimi ya bir ehtiyacdımı bilmirəm. Belə suallarla çox dərinə düşdüm. Açığı desəm hər birini istifadə edən də görürdüm ki, ən çox dad axtarışındayam. Məsələn içkinin üsdündən şirin bir şeylər yeməliyəm dərhal ya nəylə isə qarışdırıb içməli. Dünən siqaret çəkəndə də gördüm ki, saqqızsız olmur ağzım da pis tam qalır, əlim də pis iy. Hətda başıma da vurur soyuq su kimi. Ama ləzzət etmədi axı əzyət elədi deyirəm. Demək ki, həzz bu imiş insan edən də özünə zərər versə də yenə etmək isdədiyi. Biraz ara ilə yazıram çünki musiqi bitmişdi. İşin qəribə tərəfi bacara bildiyim tək şeyi də nəyləsə ilə edə bilirəm. Bir də ümid kimi təhlükəli bir şey yoxdur. Məni biraz da yoran o oldu. Nəysə çox uzun oldu. Ən əsası biraz da hərəkətə keçmək də lazımdı o qədər. Gedim bir iki tanışın da bayramını təbrik edim. Sadəcə bu il yatan potensialımımı ya adı hər nədisə onu hərəkətə keçirməliyəm. Ümid edirəm bacararam, inşallah da deyə bilmirəm çünki uzun söhbətdi. Yorulmuşuq oturaq biraz, sonra özüm ilə danışan da gələrəm
0 notes
protonobilissimos · 2 years
Text
- Təki bu gecəlik qəlbimi isitsin nəfəsin Düşdüm düşdüm dərinə Bircə nəfəsin Bu ruhumu əridər Təkcə nəfəsin
18 notes · View notes
nardenesi · 7 years
Text
Ağlamayan oğlanlara həsr olunan sərgidən
Lucy ilə Cümə günü, axşam Yaratın “Artım” qallereyasında olan “Oğlanlar ağlamaz” sərgisinə birgə getməyi qərara aldıq. Sərgiyə gedəndə gələn həftənin planların müzakirə edən zaman anladıq ki yaxın günlərdə gender məsələlərinə toxunan bir neçə tədbir keçiriləcək. Bakıda xüsusi olaraq tabulu mövzulardan olduğundan bu cüzi diqqət və gender problemlərinin müzakirəsindəki oyanışı hiss etmək bizi sevindirdi…
Sərgidə əsasən iki installasiya diqqətimi xüsusi cəlb elədi ki, bunlardan birincisi, Leyli Salayeva və Çinarə Məcidovanın "Ancaq kişilər, qadınlar utanmayın" video çarxı, digəri isə Ayxan Xəlilovun iki otağı oldu. Düşünürəm ki, İlahə və Lucy də mənimlə həmfikir idilər.
Leyli və Çinarə, təntənəli şəkildə vəsf edilib, əldə tutulan, hərdən də qəfəsdə saxlanılan Azərbaycan qadının gündəlik yürüyüşü zamanı eşitdiyi absurd replikalardan ibarət video installasiya hazırlamışdılar. İdeyaya əsasən, bu replikalardan yazılan şeiri bir neçə Azərbaycanlı qadın dilə gətirirdi… “Ətrivi yeyim”, “Necə şirinsən ayyala, nə edərdim səninlə” və s. kimi gündəlik olaraq qulağımızı kəsən replikaları, əminəm ki, bir çox qadın dilinə gətirməkdə böyük çətinlik çəkərdi. Elə buna görə də, səhv eləmirəmsə, videoda çəkilmək üçün xanımları tapmaq bir xeyli vaxt tələb edib. Odur ki, əhsən cəsarətli və ürəkli xanımlara!
Tumblr media
Ətrafda eşitdiklərimdən belə başa düşdüm ki, gecənin ulduzu məhz bu video olub. Mən isə öz növbəmdə, ulduzlu koftamla, Ayxanın installasiyasının ulduzu olmağa çalışdım. İlk otağa girəndə qəfildən mənə otaqdan çıxmalı olduğumu deyən bir səs eşitdim. İkinci otaq isə, içində özlərini "vorovskoy aləmin" bir hissəsi kimi qələmə verən qaqaşların oturduğu, hər gün yanından ötüb keçdiyim, ancaq heç vaxt daxil ola bilmədiyim çayxananı xatırladırdı. Elə həmin bu qaqaşlar, birinci otağı kameradan izləyərək sənə nə etməli olduğunu deyirdilər: "otaqdan çıx, kitablara əl vurma" və s. Çox da dərinə getmək lazım deyil əslində, elə bir az düşünəndə anlayırsan ki, real həyatda da çox vaxt elə həmin “qaqaşlar” sənin hərəkət və düşüncə azadlığını bu və ya digər şəkildə idarə edərək sərhədləyirlər. Bəzilərinin həyatında bu daha sarsıdıcı yer tutsa da, digərləri üçün bu “qaqaşların” gündəlik həyatımıza müdaxiləsinin fərqinə varmaq çətindir. Bu otaqlarda isə müdaxilənin necə edildiyi gizlədilmir, əksinə, açıq aşkar şəkildə dilə gətirilir.  Elə mən də onların diktəsinə etirazımı bildirmək üçün həmin otağa üç dəfə qayıtdım. Onlar çıx dedikcə, mən otaqda qaldım, onlar kitablara əl vurma dedikcə, mən kitabların yerini dəyişdim. Tamamilə bir qurğunun hissəsi olmasına baxmayaraq, bu otaqlar, illərlə yığılan hisslərimi cüzi də olsa açığa çıxartmağa imkan verdi.
Bu gün şəhərdə gəzəndə bir "myau" səsi eşitdim—pişiklərdən qorxduğumu məni az çox tanıyan hamı bilir—döndüm baxdım və gördüm ki çox vaxtı “dayday” deyə stereotipləşdirdiyimiz bir kişi, pilləkəndə gizlənib, o biri daydaya myaulduyur. Çöldəki "dayday" ona baxıb gülür  ürəkdən… Olan qalan gender stereotiplərimi bir daha sındırdılar bu "daydaylar(?)". Sınıb və sındırala biləcək stereotiplərə görə sərgilərə getməyə, müzakirələrə qatılmağa, mövqeyini ortaya qoymağa ya da sadəcə ətrafdakı insanları daha diqqətli müşahidə etməyə dəyər dedim öz-özümə. Siz nə deyirsiz?
1 note · View note