Tumgik
#təhlükə
nesirov · 4 months
Text
“ Mən kef axtarmıram. Mən Tanrıyı istəyirəm, şeir istəyirəm, həqiqi təhlükə istəyirəm, azadlıq istəyirəm, yaxşılıq istəyirəm. Mən günah istəyirəm... ”
© Aldous Huxley - Yeni Cəsur Dünya 📚
38 notes · View notes
rftdamir · 6 months
Text
Sərhədlər
Hər insanın öz xarakteri və dəyərləri vardır. Bu dəyərlər özünü qoruma mexanizmaları tərəfindən qorunur. Bu mexanizmaları və dəyərləri sərhədlər təyin edir. Bu sərhədlər müxtəlif olur. Bəzi sərhədlər pozulduğu zaman fərd şəxsiyyət olaraq itir . Bu növ sərdhədləri olan xarakterlər, özünü müdafiə reaksiyası olaraq sərhdəddə təhlükə yaradanı məhv edir. . Məhs bu yox etmə qırmızı sərhədli xarakterə məxsusdur. Bu sərhəd növü ən çox cəsarət tələb edəni və ən təhlükəlisidir .
21 notes · View notes
arcieree · 9 months
Text
Bəşəriyyət qədər qədim olan bu hərəkət 2 vücudun qovuşmasından daha çoxunu ifadə edər. Qucaqlamağın anlamı budur; səndə heç bir təhlükə hiss etmirəm, yanında olmaqdan qorxmuram, özümü evimdəki kimi hiss edirəm, məni qoruyan və anlayan birisi var. Biz də birisinə istəyərək hər sarıldığımızda ömrümüzün bir gün uzandığına inanırlar. Xahiş edirəm indi qucaqla məni
22 notes · View notes
zkyvaelmira · 3 months
Text
İndiki valideyinlərin əsas problemi övladlarını anlamaq yerinə,onlarla savaşmaqdır.Bəli,valideyinlər sözün əsl mənasında övladları ilə söz üstünlüyü mübarizəsinə girirlər.Övlad öz həyatı haqqında qərar vermək istəyəndə içlərindəki davakar egoları onlara “Sən böyüksən necə yəni sənin böyütdüyün övladın sözü sənin sözünə qalib gəlsin?!”Və valideyn də bu zaman düşür təşvişə.Övladının sözünü özünə təhlükə olaraq görən valideyin qalib gəlmək üçün ən keçərli cümləni “Səni mən böyütmüşəm,sənin üçün ən yaxşısını mən bilərəm” söyləyir.Bu zaman övladın qarşısında iki variant olur ya öz seçimlərinin arxasında dayanıb valideynini məyus etdi deyə bir ömür vicdan əzabı çəkmək ya da bu əzabı çəkməmək üçün tabe olmaq.Ən acınacaqlısı da odur ki,günümüzdə gələcəyi parlaq bir çox övlad ikinci variantı seçdiyi üçün qaranlıqda yaşamağa tabe olmuşdur.Mən demirəm valideynlərin heç bir sözünə qulaq asmamaq lazımdır,yanlış anlaşılmasın.Mən deyirəm ki öz həyatını valideynə təslim edib bir kukla kimi durmaq mənasızdır.Çünki hər birimizə bircə həyat verilib,bunu layiqincə dəyərləndirmək üçün həqiqətən yaşamaq lazımdır,yaşadılmaq deyil.Hər birimizin “yaşadım” dediyi günləri görmək diləyilə:)
8 notes · View notes
ag-qara · 7 months
Text
Heç bir uşaq pis doğulmur. Onların tərbiyəsi, təcrübələri, mühiti və travmaları davranışlarını və həyat tərzini formalaşdırır. Ona görə də pis və ya cinayətkar adlandıra biləcəyimiz insanların çoxu belə doğulmur. Körpəlik çağlarında belə inkişaf etməyə başlayırlar, gələcəkdə necə bir insan olacaqlar.
Ailə daxilində, məktəb mühiti və sosial mühit kimi ikili və çoxlu münasibətlər insanın həyatda qalma və özünü ifadə etmə tərzini müəyyən edir. Bəzilərində xarakter, bəzilərində təhsil yoxdur. Bəzi insanların həqiqətləri səhvdir, bəzi insanlar böyüdükləri zülmətdə öz həqiqətlərini qaraltmışlar; yaşamaq üçün, həyatda qalmaq üçün.
“İnsan 7 yaşında necədirsə, 77 yaşında da elədir.” Tənbəlliyini bir kənara qoysaq, bu cür müxtəlif psixiatrik və xarakterik halları vahid təcrübə ilə düzəltməyə çalışmaq nə qədər faydalıdır, yəni. bir müddət onu dörd divar arasında həbs edib azad etməklə? Fikrimcə, ömürlük həbsə layiq olan xalis şəri təmsil edənlərdən başqa cinayətkarlar cəzalandırılmaqla yanaşı reabilitasiya olunmalıdırlar. Elə etmək lazımdır ki, yenidən cəmiyyətə daxil olanda nə təhlükə olsun, nə də təhdid kimi görünsün.
12 notes · View notes
psixologiyaze · 7 months
Text
Tumblr media
Antinatalist düşüncələr
Antinatalizm: Uşaqları dünyaya gətirməyin qəddar və əxlaqsız davranış olduğunu müdafiə edən fəlsəfə. Dünyaya yeni fərdlərin gətirilməsinin həm həmin fərdlərin əzab çəkməsinə, həm də dünyaya zərər verəcəyini iddia edən anti-natalistlərə görə, uşaq sahibi olmaq insanı onun razılığı olmadan təhlükə və məyusluqlarla dolu bir dünyaya itələmək deməkdir. Aydındır ki, fərdlər doğulduqdan sonra çox məyusluqlar və ağrılar yaşayacaqlar, həyat ağrılarla doludur. Bunu bilə-bilə bir varlığı dünyaya gətirmək ağıllı deyil. Anti-natalizm müasir və kapitalist dünyada yaranmış bir inanc hərəkatı kimi görünsə də, onun əsasları Qədim Yunanıstana gedib çıxır.
19 notes · View notes
minavenera · 4 months
Text
KÜNC 2
İkinci bucaqda isə mənim maraqlarım müzakirə olunur. Yer üzündə fırlanan insanların əldə etmək üçün minlərlə oyun oynadıqları yeganə element "maraq"dır. Düşünürəm ki, bizim ürək sıxıntımız birdən-birə özümüzə olan marağın itməsindən qaynaqlanır, beyinin öz məşquliyətinə maraqının diyanmasından qaynaqlanır. maraq oyatmaq üçün özümüzə yad olan obyekti kənarda axtarmağa məcbur oluruq. Eqoist varlığımızı, maraqlandığımız obyektin, bizim marağımızı artırmaq üçün oynadığı oyunlar şəhvətləndirir. Beləliklə maraqın nə qədər vacib bir element olduğunu görə bilərik. Natiqlərin müzakirəsində də, belə bir məqam eşiddim ki " İnsan təbiəti gərəyi yalnız oynuyur. Amma məqsədsiz oyun olmur və hər oyunun əsas məqsədi marağı cəlb etməktir. Hətta ətraf marağdan azad olmaq üçün oynanan oyunlarda da məqsəd, obyektin öz marağını yalnız özünə cəlb etməktir. " mən bəzən onları qəzəbləndirmək istəyirəm və müzakirələrinə olan maraqımı yarıda qoyub yatağımdan durub gedirəm ayaq yoluna bunu bəzən qəstdən edirəm bəlkə də əsas məqsədim maraqı özümdə cəmləməkdir. Onlar natiqdə olsalar mənim maraqım olmadan var olabilmirlər yalnız mənə aid olan bu otaqda. Görəsən mən bu otaqda siçanam yoxsa pişiy? Yəqin ki otaq yalnız mənə aiddirsə, qapan yenə də mənəm. Gələk zəbaniyə, o mənim maraqımı çox bəyənir. O deyir ki " əsl maraq ay kimi olmalıdır bir üzü qaranlıq da bir üzü aydınlıqda. O qədər güclü olmalıdır ki yeri gələndə işığı ilə, obyektin gözlərini kor etməlidir, göstərilən maraqdan bədənin hər yerini qaplanmalıdı bu işıqla. Eyni zamanda, obyektin nankorluğu tutarsa ayın qaranlıq tərəfi olmalıdır maraq. Soyuq, görünməz,sanki heç var olmamış kimi." Mələk isə, məni çox dəstəkləmir. O yenə maraqımın dərinliyindən gileylənir. O deyir ki " heç bir obyektin varlığı bu dənli qatı maraq dənəsi ilə qalma gücünə malik deyil. Onlar həyatlarını buna həsr etsələrə də, bunun üçün özlərini öldürsələrdə, bu onlar üçün həddən artıq çoxdur. Sən tərk edilməyə məhkumsan içində ki bu böyük maraqla yer üzündə bunu qaldırabiləcək gücdə varlıq yoxdur, özün fikirləş, nə vaxtsa olub mu ki sənin bu qatı marağınla zəhərlənməyən bir obyekt?“ Mələk məni məyus eləsə də düşünürəm ki, bəlkə də zahiri görünüşümün ilana oxşadılması bundandır. Mənim maraqım,gözəlliyim,sevgim onlara zəhər kimi görsənir. Boğmağa çalışdığımız hər bir impuls zehnimizdə yuva salan ilan kimi bizi zəhərləyir. Məni öz zəhərləri,impulsları olaraq qələmə verirlər. Mənim zəhərim yalnız sağalatmaq üçün,yaşadmaq üçündür. Natiqlər mənim qəlbimi görmürlər onlar anlamırlar ki mənim təbiətim belədir, mənim varlığım saf məhəbbətdən ibarətdir elə buna görə məncə ilanlar çox məhəbbət dolu varlıqlardır hətta onların zərərindən belə dərman hazırlaya bilərik. Onların ən güclü silahı bəşəriyyətə böyük köməkdir. İlanın təhlükəli varlıq kimi qəbul edilməsi nə dərəcədə obyektivdir? Təhlükə də məhəbbətin bir quşəsi deyil? təhlükənin,qaranlığın,naməlumluğun,oyunların heç olmadığı məhəbbət, gerçəkdir? Mənim kimi ilanlar üçün maraqsızdır təəsüf ki.
Tumblr media Tumblr media Tumblr media
2 notes · View notes
starkmrjavad · 1 year
Text
Nəzarət! Hər şey nəzarət ilə həll edilir, bütün diktaturaları birləşdirən ən mühüm cəhət nəzarətdir. Qədim Romada xalqı daimi çörək və əyləncə ilə təmin edirdilər. Xalqı əyləncə ilə məşğul edirdilər və bununla da öz hakimiyyətlərini qoruyurdular.
Amma digər diktaturalar hakimiyyətlərini saxlamaq üçün müxtəlif üsullardan istifadə edirlər.Bunu hansı üsullarla edirlər?
Birinci təhsildən başlayırlar. Onların sərbəst şəkildə mühakimə etmək qabiliyyətini əllərindən alırlar. Sonra keçirlər mədəniyyətə, zövqlərini korlayırlar. Hər şeylərini əllərindən aldıqdan və məhdudlaşdırdıqdan sonra proses yekunlaşır: Və artıq siz təhlükə deyilsiniz!
10 notes · View notes
shahinelected · 9 months
Text
🇦🇿 Artıq tamah baş yarar!
🇷🇺 Больше корыстности расколет голову!
🇹🇷 Fazla bencillik kafa yarar!
#shahinelected #moto #motoskletxoşbəxtlikdir #moped #motor #мото #мотоцикл #мопед #мотосезон #мотоциклист #мотоциклистка #motorcu #motorcukızlar #motorcukız #ölüm #смерть #смертельныйномер #ölümcül #motoqeza #motoqəza #motokazaları #motorkazaları #motorkazası #təhlükə #tehlike #tehlikeli #tehlikelioyunlar #опасный #опасно #опасность
2 notes · View notes
exactoes · 2 years
Text
cavablamadığınız mesajlar qala-qala story atmaq sizin həyatınızı ciddi təhlükə ilə üz-üzə qoya bilər
23 notes · View notes
nesirov · 2 years
Text
“ Bu saniyə sadəcə qucaqlaşmağa ehtiyacım var. ” dedim ona. İnsanlıq qədər köhnə olan bu hərəkət, iki bədənin qovuşmasından daha artığını ifadə edər. Qucaqlaşmanın mənası budur : səndə hər hansı bir təhlükə sezmirəm, yanında olmaqdan qorxmuram, rahatlaya bilər, və özümü yuvamda hiss edə bilərəm artıq, çünki məni anlayan və qoruyan biri var. Bizdə, birini hər istəyərək qucağladığımızda ömrümüzün bir gün uzandığına inanılardı. Yalvarıram, indi qucaqla məni.
© Paulo Coelho - Aleph 📚
77 notes · View notes
rftdamir · 1 year
Text
YÜKSÜZLƏŞMƏ
Kütlə daxilində gedən ən mühüm proses yüksüzləşmədir. Yüksüzləşmə anına qədər kütlələr praktiki olaraq mövcud deyillər, yalnız yüksüzləşmə sözün həqiqi mənasında kütlə yaradır. Bu elə bir andır ki, kütləyə aid olan bütün insanlar fərqlilikdən azad olur və özlərini bərabər hiss edirlər. Fərqliliklər içərisində xüsusilə mühüm olanlar - insanı zahirən xarakterizə edən cəhətlərdir: rütbə, zümrə və imkan müxtəlifliyi. İnsan bir fərd kimi onları həmişə dərk edir. Onlar insanları bir-birindən ayıraraq hər kəsə təzyiq göstərirlər. İnsan öz etibarlı, təhlükəsiz yerini tutur və ona yaxınlaşan hər kəslə hüquqi normaların köməyi ilə məsafə saxlayır. O, geniş bir düzənlikdə yel dəyirmanı kimidir. Pərlərinin necə qızğın surətdə fırlanması hər yerdən görünür, onunla növbəti dəyirmanın arasında isə yalnız nəhəng bir boşluq var. Bütün həyat məsafələrdən təşəkkül tapmışdır: insanın öz var-dövlətini saxladığı və özü qaldığı ev, tutduğu mövqe, can atdığı rütbə - hər şey insanlar arasında məsafələrin yaranmasına, saxlanmasına və böyüməsinə xidmət edir. Bir insandan digərinə olan səmimi meyl azadlığı boğulur. İstəklər və rəğbətlər səhradakı çaylar kimi quruyur. Hər bir sahədə bərqərar olmuş sərt iyerarxiyalar yuxarıdakına ciddi şəkildə toxunmağa yaxud aşağ dakının səviyyəsinə enməyə imkan vermir, - yalnız diqqət cəlb etmək xatirinə olan hallardan başqa. Müxtəlif cəmiyyətlərdə bu toməsafələrin balansı da müxtəlifdir. Bəzi yerlərdə - mənsəbə, bəzi yerlərdə - zənginliyə, bəzi yerlərdə isə peşə növünə fikir verilir. Burada məqsəd bu iyerarxiyaları ətraflı şəkildə təsvir etmək deyil. Mühüm odur ki, bu iyerarxiyalar hər yerdə var, onlar hər yerdə şüurlara dərindən nüfuz edir və insan əlaqələrini müəyyənləşdirir. Başqalarından rütbəcə üstün olmaqdan duyulan məmnuniyyət hissi istəklərin itirilmiş azadlığının yerini doldurmur. Məsafələrdə insan keyiyib qalır. Onlar yerdən tərpənməyə imkan verməyən kündələr? kimidirlər. İnsan unudur ki, özü özünü qandallayıb, buna görə də azadlığa çıxmaqdan ötrü darıxır. Lakin təklikdə necə azad olmaq olar? O nə edirsə-etsin, nəyə əl atırsa-atsın, yenə də əhatə olunub və onu əhatə edənlər onun bütün səylərini heçə endirirlər. Onlar məsafələri saxladıqları müddətcə onlara yaxınlaşa bilməyəcək. Yalnız hamı birlikdə, dərhal və eyni zamanda hərəkət edərək bu məsafələri aradan götürə bilər. Bu da kütlədə baş verir. Yüksüzləşmə anında bütün fərqliliklər kənara atılır və hamı özünü bərabər hiss edir. Heç bir şeyin ayırmadığı, bədənlərin bədənlərə sıxıldığı darısqallıqda hər kəs başqasına özünə olduğu qədər yaxındır. Bu yüngülləşmə anıdır. Hər kəsin bir başqasından nə böyük, nədə yaxşı olduğu bu xoşbəxtlik anından ötrü insanlar kütləyə qoşulurlar. Lakin bu xoşbəxt və arzu edilən yüksüzləşmə anı özündə bir təhlükə gizlədir. Onda fundamental illüziya vardır: insanlar özlərini bərabər hiss etsələr də, həmişəlik və həqiqətən bərabər olmurlar. Onlar öz evlərinə qayıdacaqlar, öz yataqlarına uzanacaqlar. Onlar öz əmlaklarını saxlayacaq və öz adlarından imtina etməyəcəklər. Onlar doğmalarını rədd etməyəcək və ailələrindən çıxıb getməyəcəklər. Yalnız ən yaxın qohumluqların aradan qalxdığı hallarda insanlar köhnə əlaqələrini tamamilə kəsib yenilərini qururlar. Öz təbiətinə görə yalnız məhdud sayda üzvlərdən ibarət olan və öz tərkibini sərt şəkildə nizamlayan belə ittifaqları mən kütlə kristalları adlandırıram. Onların vəzifələri haqqında söhbət aşağıda gedəcək. Kütlə isə dağılır. O dağıldığını hiss edir. O dağılmaqdan qorxur. Yalnız yüksüzləşmə davam edərsə və kütləyə qoşulan yeni- yeni fərdlərə yayılarsa, o yaşayacaq. Yalnız kütlənin böyüməsi ona mənsub olan hər kəsin öz şəxsi yükü altında yenidən əyilməsinə imkan vermir.
9 notes · View notes
zemo09 · 1 year
Text
“Bu saniyə sadəcə qucaqlaşmağa ehtiyacım var. ” dedim ona. İnsanlıq qədər köhnə olan bu hərəkət, iki bədənin qovuşmasından daha artığını ifadə edər. Qucaqlaşmanın mənası budur : səndə hər hansı bir təhlükə sezmirəm, yanında olmaqdan qorxmuram, rahatlaya bilər, və özümü yuvamda hiss edə bilərəm artıq, çünki məni anlayan və qoruyan biri var. Bizdə, birini hər istəyərək qucağladığımızda ömrümüzün bir gün uzandığına inanılardı. Yalvarıram, indi qucaqla məni..
2 notes · View notes
porsugblog · 2 years
Text
İnsan bəzən dərdsizlikdən də boşluğa düşə bilir. Bünye alışmayıb tabii sakit həyat yaşamağa daim təhlükə, kədər siqnalı gələcək deyə götü büzüşür
9 notes · View notes
m-ajori · 2 years
Text
“ Bu saniyə sadəcə qucaqlaşmağa ehtiyacım var. ” dedim ona. İnsanlıq qədər köhnə olan bu hərəkət, iki bədənin qovuşmasından daha artığını ifadə edər. Qucaqlaşmanın mənası budur : səndə hər hansı bir təhlükə sezmirəm, yanında olmaqdan qorxmuram, rahatlaya bilər, və özümü yuvamda hiss edə bilərəm artıq, çünki məni anlayan və qoruyan biri var. Bizdə, birini hər istəyərək qucağladığımızda ömrümüzün bir gün uzandığına inanılardı. Yalvarıram, indi qucaqla məni.
4 notes · View notes
politiciansstuff · 6 days
Text
Tumblr media
“XANKƏNDİDƏ RUSİYA KONSULLUĞUNUN AÇILMASI HƏR HANSI BİR TƏHLÜKƏ TƏŞKİL ETMİR” - FƏZAİL AĞAMALI
Bildiyimiz kimi, Rusiya Azərbaycanın Xankəndi şəhərində baş konsulluq açmaq istəyir.
Bu fikirlərlə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin çıxış edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, Rusiyanın bu niyyəti Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və bütövlükdə Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi kimi etirafı deməkdir.
“Həm Rusiya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, diplomatik sahələrdə də əməkdaşlığın yüksək səviyyədə qurulması niyyətini özündə ifadə edir. Artıq Xankəndi və onun ətrafındakı torpaqlarımız Azərbaycana qovuşub. Ermənistanın Azərbaycana qarşı işğalına tamamilə son qoyulub, dörd anklav kəndlərimizin qaytarılması prosesi də gedir. Xankəndidə separatçı xunta rejimi darmadağın olunub, o tamamilə məhv edilib. Rusiyanın sülhməramlı qüvvələri Azərbaycandan çıxarılıb. Artıq Rusiyanın Azərbaycanda hər hansı hərbi-siyasi təsiri yoxdur. Xankəndidə Rusiyanın konsulluğunun açılması hər hansı bir təhlükə təşkil etmir və məncə, xoş niyyətləri də özündə ifadə edir. Bu, tamamilə normal bir yanaşmadır, normal bir təklifdir və düşünürəm ki, bu təklif Azərbaycan-Rusiya münasibətlərinin inkişafına özünün töhfəsini verəcəkdir”, - deyə millət vəkili bildirdi.
“Redaktor.az” saytı
Humay İsgəndərli
29 may 2024-cü il
0 notes