Tumgik
#sistemlə
metbuat · 2 years
Text
Dünya çempionatına seçim turniri başladı
Dünya çempionatına seçim turniri başladı
Noyabrın 19-da İsraildə şahmat üzrə komandalar arasında dünya çempionatına start veriləcək.  Metbuat.org xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət milli komandanın heyətini müəyyənləşdirmək üçün seçim turniri keçirmək barədə qərar qəbul edib. Yarışda iştirak edəcək millinin dörd üzvü seçim turnirinin nəticəsinə əsasən məlum olacaq.  Turnirin təşkilində əsas məqsəd…
Tumblr media
View On WordPress
0 notes
petr1chorr · 1 year
Text
Yemək əvəzi, sistemlə qidalanıram.
89 notes · View notes
icantlivedabrat · 11 months
Text
Müəyyən bir təbəqə var ki düşüncələrini gördükcə dəli oluram, heç nə başa sala bilmirsən, içindəkini deyə bilmirsən, desən də anlamırlar, qışqırıb səni səhv çıxaracaqlarını düşünürlər, problem də budu, özlərindəkini qəbul etmirlər, dəyişmək istəmirlər. Bizim vaxtımızda belə idisə indi də belə olmalıdı, axı indi sizin vaxtınız deyil. Bizim vaxtımız dedikləri şey də bilirsiniz nədi? "Kişi" yoldaşına bərəkəti qaçar deyə saymadığı sayda qadınlarla xəyanət edəcək, döyəcək, söyəcək, hörmət etməyəcək, şəxsiyyət kimi görməyəcək amma o boşanmayacaq. Çünki boşanmaq ayıb bir şeydi və indi insanlar öz ayaqları üstündə durduqları, boşandıqları üçün əxlaqsız olmağa başlayıb. Bu gənclərin axrı hara gedir, çünki gənclər valdeynlərinin seçimlərinin yox öz seçimlərinin arxasınca gedirlər. Çünki gənclər müəyyən bir döngünü qırmaq üçün çabalayırlar, bu istər istəməz belə olur, çünki o düçüncələrlə, o sistemlə yaşamaq istəmirlər, buna məcbur da deyillər. Düşünməyi bacarsalar və "öz zamanlarına" görə deyil də, indiki zamana görə düşünsələr görəcəklər ki, etdiklərinin düzəltmək üçün olduğunu düşünürlər, amma daha da bərbad hala salırlar. Sürü psixologiyasından çıxmaq istəyən hər gəncin sonu ya intahar olur, ya da başqa ölkə. Lənət olsun ki, yenə də yaxalarını buraxmırlar, yenə də nəsə bir söz tapıb danışırlar. İyrəncsiniz.
30 notes · View notes
politiciansstuff · 11 months
Text
Azərbaycanda referendum keçirilir? - Erkin Qədirlinin fikirlərinə cavab
2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı Teleqraf.com-a açıqlamasında sözügedən məsələ ilə bağlı məlumatlı olmadığını deyib.
O, həmkarında belə bir məlumatın haradan qaynaqlandığını da bilmədiyini vurğulayıb: “Amma Prezidentin müxtəlif platformalarda söylədiyi fikirlərin və apardığı islahatların məntiqi referendumun keçirilməsini şərtləndirir. Bəli, referendum keçirilməsi haqqında müəyyən gümanlar var. Ancaq bunun nə zaman keçirilməsi haqqında konkret məlumatlı deyiləm.
Burada vacib dəyişikliklər və əlavələrlə bərabər, həm də mütəmadi olaraq hər birimizin seçki sistemi ilə bağlı söylədiyimiz fikirlər var. Dəfələrlə bildirmişəm ki, proporsional və majoritar seçki sisteminin tətbiqinin ölkəmiz üçün ciddi töhfələri ola bilər. Bu, Prezidentin apardığı siyasi islahatların və yeni siyasi konfiqurasiyasının inkişafına da öz əhəmiyyətli nəticəsini verə bilər”.
Fəzail Ağamalının fikrincə, millət vəkillərinin sayının artırılması da gözləniləndir: “Çünki 125 deputat hazırkı Azərbaycan əhalisinin sayı ilə adekvat deyil. Bu sayın artırılması mümkündür.
İkipalatalı sistem də çox maraqlıdır. Düşünürəm ki, bunun özü Azərbaycanda demokratik proseslərin inkişafına və qanunverici aktların demokratik yolla qəbul edilməsinə əhəmiyyətli təsir göstərə bilər. Başqa ölkələrin təcrübəsində də alt və üst palatalar var. Bizdə də alt palata Milli Məclisdə ola bilər, yuxarı palata isə senat və yaxud da adı başqa cür ola bilər. Alt palatada – yəni indiki Milli Məclisdə seçkilər qarışıq sistemlə keçirilə bilər - proporsional və majoritar. Bu, təbii ki, həm də partiyanın siyasi sferada yerinin və rolunun artması baxımından da əhəmiyyətlidir.
Dünyanın inkişaf etmiş müxtəlif demokratik ölkələrində, hətta MDB ölkələrində - Qazaxıstanda, Türkmənistanda, Rusiyada duma olan federasiya şurası var. Avropa ölkələrində bu daha çox geniş yayılıb və özünü birmənalı şəkildə təsdiq edib. Maraqlı təklifdir, hər halda bu, müzakirə predmeti ola bilər. Bəlkə də ümumi müzakirələrdə üstün mövqe qazana bilər”.
"Teleqraf.com" saytı
Yeganə Oqtayqızı
17 iyul 2023-cü il
https://teleqraf.com/news/siyaset/384276.html
Tumblr media
0 notes
imahammad · 1 year
Text
Googlenun süni intellekt əsaslı sistemlə çalışan yeni nəsil dil modeli vasitəsilə artıq video və audio kontentləri anında tərcümə edə biləcəksiniz. #seo #google #seolove #ai #digital #digitalmarketing #digitalazerbaijan #imahammaddigital #imahammad
Tumblr media
0 notes
dusuneninsan · 2 years
Text
Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz? (Ənam surəsi, 95)
Dağları, dənizləri, yarpaqları, heyvanları, planetləri, ulduzları, hüceyrələri, DNT-ləri, əllərinizi, dərinizi, sizi, qısacası, hər şeyi atomlar meydana gətirir. Stəkanı tutduqda atomlara toxunursınız, mənzərəyə baxdığınızda böyük bir atom toplusuna baxırsınız, yaşadığınız yer, yediyiniz yemək, içdiyiniz su atomlardan ibarətdir.
Ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan təşkil olunmuşdur. Əlinizdəki jurnalın hər səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik hissəciklərdir ki, ən güclü mikroskoplarla belə onları görmək mümkün deyil. Atomun diametri, ancaq millimetrin milyonda biri qədərdir.
Bu cür kiçik olmasına baxmayaraq, atomun içində qüsursuz, bənzərsiz və kompleks bir sistem var. Bu kiçik atomlardan ibarət bədənlə havadakı atomlarla tənəffüs edir, qidalardakı atomları yeyir, suyun atomlarını içirsiniz. Gördükləriniz isə gözünüzdəki atomlara aid elektronların fotonlarla toqquşmasıdır. Bəs toxunduqda hiss etdikləriniz? Onlar da dərinizdəki atomların əşyalardakı atomlarla bir-birlərini itələməsindən ibarətdir.
Hazırda insanların çoxu bədəninin, kainatın, dünyanın, qisaca, hər şeyin atomlardan ibarət olduğunu bilir. Amma, bəlkə də, bu günə qədər “atom” adlandırdığımız bu varlığın necə sistemə sahib olduğu haqqında düşünməmişdir.
Halbuki insan bu qüsursuz sistemlə yaşayır. Üstəlik bu elə bir sistemdir ki, ona çox ciddi bir müdaxilə olmadıqca təbii şərtlərdə əsla pozulmur.
Atomu möcüzəvi edən fövqəladə kiçik ölçüsü və buna rəğmən sahib olduğu xüsusiyyətlərdir. Atomun radiusu millimetrin milyonda biri qədərdir. Bu böyüklüyü anlaya bilmək üçün belə bir nümunə verə bilərik. 100 milyon atomu yan-yana qoyduğunuzda əldə edəcəyiniz uzunluq yalnız 1 santimetrdir. Jurnalın bir səhifəsi təxminən 1 milyon atom “qalınlığındadır”.
instagram
0 notes
Photo
Tumblr media
I Darvinizm, dünya tarixinin ən məntiqdən kənar, ən ağla sığmaz batil dinidir. Canlılığın hər detalında mükəmməl nizam və ağılın olmasına baxmayaraq, darvinizm bunların hamısının guya şüursuz və təsadüfi proseslərin məhsulu olduğunu deyir. Zülal, laboratoriyada belə tək başına yaradıla bilməyən son dərəcə kompleks quruluşda molekuldur və elektron mikroskopun altında bu cür kompleks həyatın olması insanı həqiqi mənada heyran edir. Lakin darvinizm bu böyük yaradılış qarşısında da “Təsadüfən meydana gəldi” şərhini edir. Canlılar, bir-birlərindən olduqca fərqli xüsusiyyətlərdə və keyfiyyətlərdə yaradılmış, sahib olduqları orqan və quruluşun bir-birlərinə çevrilməsinin qeyri-mümkün olduğu açıq və rədd edilə bilməz bir şəkildə ortaya çıxmışdır. Lakin darvinizm dünyadakı böyük canlı müxtəlifliyinin tək bir bakteriyadan törədiyini iddia edir. Darvinizmin iddialarının real olduğuna, canlıların təkamül etdiyinə dair tək bir sübut yoxdur. Lakin buna baxmayaraq, darvinist jurnallar hər həftə yeni bir saxta fosil (qalıq) nəşr edirlər. Dünyada açıq bir nizam və ehtişam vardır. Lakin darvinizm bütün bunların guya xaosdan, qarışıqlıq və nizamsızlıqdan öz-özünə, kor təsadüflər nəticəsində ortaya çıxdığını iddia edir. Bu həqiqətlərə baxdıqda darvinizmin dünya səviyyəsində qəbuluna ağıllı bir insanın hər hansı məntiq və sübut tapa bilməsi qeyri-mümkündür. Lakin bu aldatma hədəfinə çatmışdır. Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilmişdir. Həqiqətən də bütün dünya dəccal sistemi olan masonluğun təsiri ilə batil bir sistemi şüursuz və düşüncəsiz formada qəbul etmişdir. Hər millətdən, hər inancdan çox sayda insan bu batil sistemlə həmfikir olmuşdur. İnsanlar belə bir batil dinə uyğunlaşmasının özlərini çıxılmaz vəziyyətə salacağını təxmin edə bilməmişdir. Bir çoxu bu nəzəriyyəni həqiqətən də elmi zənn etmiş, bunu hər hansı bir nəzəriyyə olaraq görmüş və bunun gələcəkləri üçün nə qədər böyük təhlükələr ehtiva etdiyini anlamamışdır. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #təkamül #təkamülyoxdur #təkamülyalanı #darvinizm https://www.instagram.com/p/CkOOQ2SIPrl/?igshid=NGJjMDIxMWI=
0 notes
ayselhuseynovablog · 3 years
Text
Ölüm cəzası
Tumblr media
Ölüm hökmü cəza növü kimi insanı həyatdan məhrum etmək deməkdir. Həm hüquqi, həm cinayət hərəkəti kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla qadağan edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır.
•Asaraq öldürmə — bu cəza əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kran maşınlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır. Bəzən bu ölkədə insanların gözü önündə bir neçə nəfər şəxs eyni vaxtda asılmaqla öldürülür. Məhkumun başına qara torba keçirirlər,bu ona görədir ki, edam zamanı təzyiq nəticəsində yerindən çıxan göz gilələri görünməsin. Asma edamlarını həyata keçirən cəlladlar xüsusi "riyazi biliklərə" malik olurlar. Edam zamanı məhkumun boğazına keçirilən kəndirin uzunluğunun asılan bədənin çəkisinə nisbəti mütləq nəzərə alınmalıdır. Əks halda, məhkumun başı, Səddam Hüseynin qardaşında olduğu kimi, bədəndən qopa bilər.
•Güllələmə - Bu ölüm cəzası bir sıra Afrika ölkələri, həmçinin Rusiya, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. Güllələnməyə gətirilən məhkumun gözləri bağlanılır, bir və ya bir neçə şəxs tərəfindən onun bədəninin müxtəlif hissələrinə atəş açılmaqla qətl icra olunur. Bəzi ölkələrdə hərbi cinayətlər törədən, fərarilik edən hərbçilər əsgərlərin gözü önündə güllələnirlər. Uzun müddət Rumıniyaya rəhbərlik etmiş kommunist Nikolaye Çauşesku 1989-cu il dekabrın 25-də güllələnərək edam olunub. Güllələmə edamı adətən səhərə yaxın, günəş doğandan 30 dəqiqə və ya 1 saat sonra icra olunur.
•Boğma — bir sıra xalqlar ölüm cəzasının insan qanı tökmədən icra edirlər. Belə olan halda cəza məhkumun boğulması ilə icra olunur. Fiziki cəhətdən sağlam və güclü cəllad məhkumun boynunu qolları arasında sıxmaqla onu boğur.
•Tapdalama — bu ölüm cəzası əsasən Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür.
•Elektriklə öldürmə — əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində bu cəza icra olunur. Məhkum xüsusi hazırlanmış elektrik stuluna oturdulur. Onun əllərinə, ayaqlarına və başına nəm əski qoyulur və üzəri mis qapaqla bağlanır. Bu zaman da məhkumun gözlərini bağlayırlar. Yüksək gərginlikli elektrik cərəyanının buraxılması nəticəsində məhkum bir neçə saniyə ərzində dünyasını dəyişir.
•Baş kəsilməsi — bu cəza növü əsasən Səudiyyə Ərəbistanında qüvvədədir. Səudiyyə Ərəbistanında baş kəsmə üzrə ixtisaslaşmış cəlladlar və dövlətin nəzdində cəllad hazırlayan xüsusi məktəblər mövcuddur. Bu ölkədə məhkumların başı adətən qılıncla kəsilir. Ölüm cəzası almış məhkumun əlləri və ayaqları arxadan bağlanır. Sifəti maskalı cəllad diz üstə oturdulan məhkumun boynunu bir qılınc zərbəsi ilə üzməlidir. Edam cəzası insanların gözü qarşısında icra olunur və bu zaman seyrçilər cəllad üçün pul toplayırlar. Baş kəsmə edamı 10 sentyabr 1977-ci ilədək Fransada gilyotin maşını ilə həyata keçirilib. Fransada 792-ci ildən tətbiq olunan gilyotin maşınında başı kəsilməklə edam olunan sonuncu məhkum Hamida Candoubi olub.
•İnyeksiya — zəhərli iynə vurmaqla icra edilən bu ölüm növü ABŞ, Qvatemala, Tailand və s. ölkələrdə yerinə yetirilir. Məhkum xüsusi kresloya bağlanır. Kreslonun alt hissəsində yerləşən bir neçə iynə avtomatik sistemlə məhkumun onurğa beyninə yeridilir və iflic olan məhkum bir dəqiqə ərzində ölür.
•Daşqalaq — bu cəza növü İran və Əfqanıstanda yerinə yetirilir. Əsasən zina işlətmiş insanlar, əxlaqsız qadınlar, dinə şəkk gətirənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür. Bu, hazırda dünyada ən ağır və əziyyətli ölüm sayılır.
Cənub-Şərqi Asiya ölkələrində məhkumların ilan və zəhərli əqrəb dolu otaqlara salınaraq, bəzi xalqlarda isə çarmıxa çəkilməklə öldürülməsi növləri də mövcuddur.
Zaman-zaman dünyanın müxtəlif ölkələrində ac və susuz saxlamaqla öldürmə (Yaponiya), gilyotin maşınında başın kəsilməsi, şaqqalama, doğrama, qaz kameralarında boğma və yandırma (Almaniya, İngiltərə) və s. edam növləri mövcud olub.
3 notes · View notes
Photo
Tumblr media
Əmi-dayı hesabına Ədliyyə xidmətinə gəlməmişəm. Tərifi və böhtanı sadəcə gülümsəyərək qarşılayıram, əvvəla qeyd edim ki, Ədliyyə orqanlarına yüksək balla 2005-ci ildə keçirilən ilk test imtahanı verərək şəffaf sistemlə daxil olmuşam. Bu gün məni hədəfə alan şəxslərdən fərqli olaraq mənim dövlət qulluğunda, məhkəmə və ədliyyə sistemində çalışan heç bir qohumum, yaxınım yoxdur. Bunları xatırlatmaqda məqsədim budur ki, mən bu vəzifəyə öz zəhmətim hesabına gəlmişəm. Məni ittiham edənlərdən fərqli olaraq əmi-dayı hesabına Ədliyyə orqanlarına xidmətə gəlməmişəm. Həmişə də bir çoxlarından fərqli olaraq prokuror, polis deyil Ədliyyə qulluqcusu olmaq arzulamışam. Mənim heç kimlə problemim olmayıb. Mən öz işimi davam edirəm. Adını çəkmək istəmədiyim şəxslər mənə mənə təriflər deyirdilər. İndi nə oldu? Mən bütün bunları paxıllıq və kənardan idarə olunan qarayaxma kampaniyası kimi qəbul edirəm. Mən qara piarın texnologiyası ilə yaxşı tanışam. Onlar özləri şaiyələr yayır, daha sonra onun ətrafında müzakirələr açırlar. Məni hədəf almaqla mənim gördüyüm işlərə kölgə sala bilməyəcəklər. https://www.instagram.com/p/CPEMH9QB_UG/?utm_medium=tumblr
0 notes
carlifestylebaku · 4 years
Photo
Tumblr media
Son illərdə avtomobillər xeyli inkişaf edərək müxtəlif texnoloji yeniliklərlə təchiz edilib. Əlbəttə avtomobillərin faraları da bu inkişafdan öz nəsibini alıb. Köhnə halogen faralarla müqayisədə daha aydın işıqlanmanı təmin edən led'li faralar artıq bir çox avtomobildə bir standarta çevrilib. Hətta bəzi firmaların lazer fara və başqa adlarla adlandırdığı işıqlandırma sistemləri də var. Müasir avtomobillərdə bunlarla yanaşı "avtomatik fara" funksiyası da yer almağa başlayıb. Sözü gedən sistem, xarici işıqlanmanı sensor ilə ölçərək vəziyyətə uyğun olaraq faraları avtomatik şəkildə açıb bağlaya bilir. Yapon hökuməti isə avtomatik fara sisteminin yeni avtomobillərdə artıq məcburu qaydada tətbiqini tələb edir. Driving Vision News adlı mənbənin verdiyi xəbərə görə, Yaponiyadakı avtomobil istehsalçıları 1 aprel 2020-ci il tarixindən etibarən bütün modelləri bu sistemlə təchiz etmək məcburiyyətindədirlər. Bu tarixdən öncə istehsal edilən və sözügedən funksiyanın olmadığı avtomobillərin isə Yaponiya'da 2021-ci ilin oktyabr ayına qədər satıla biləcəyi bildirilib. İri və kiçik ölçülü yük avtomobilləri, avtobus və mikroavtobuslar üçün isə bu qayda 2023-cü ilin oktyabr ayından etibarən tətbiq ediləcək. Yapon hökumətinin qoyduğu digər şərtə görə isə, avtomatik fara funksiyasının qaranlıq vaxtı söndürülə bilməməsi və daimi qoşulu qalmasıdır. Yəni əvvəllər sürücü istədiyi vaxt bu sistemi söndürə bilirdisə, bundan belə onun belə bir seçimi olmayacaq. #CarLifeStyle #carlifestyle #toyota #mazda #subaru #honda #mitsubishi #acura #cars #Baku #Japan https://www.instagram.com/p/B_1b6Q8j3qa/?igshid=1689d9tw2l5bz
0 notes
evdaraz · 4 years
Photo
Tumblr media
10 ballıq sistemlə dəyərləndirsəniz bu mətbəxə neçə bal verərsiniz? https://www.instagram.com/p/B-9dMxrhWEH/?igshid=1iuuj149w0kvk
0 notes
metbuat · 2 years
Text
"Champions Showdown": Məmmədyarov So və Kasparovu məğlub etdi
“Champions Showdown”: Məmmədyarov So və Kasparovu məğlub etdi
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Fişer şahmatı” (şahmat 960) üzrə “Champions Showdown” turnirində növbəti görüşünü keçirib. Metbuat.org xəbər verir ki, 37 yaşlı şahmatçı yarışın beşinci turunda FIDE bayrağı altında mübarizə aparan rusiyalı Harri Kasparov ilə üz-üzə gəlib.  Ağ fiqurlarla oynayan Məmmədyarov sabiq dünya çempionunu 22-ci…
Tumblr media
View On WordPress
0 notes
yeniemlak · 5 years
Photo
Tumblr media
Satılır 53000 AZN Həyət evi / Villa 3 otaq 400 m2 4 sot 1 Mərtəbəli Kupçalı Abşeron rayonu Saray qəsəbəsində,Yeter şadliq evinin yaninda yerləşir. Yeni tikilidir. Kommunal sistemlə (su,qaz,kanalizasiya,telefon) tam təchiz olunub. 4 sot torpaq üzərində tikilib,3 geniş otaqdan ibarətdir. Bütün sənədləri var. Razilaşma yolu ilə 4-5 otaqli mənzillə (bina evi ilə) dəyişdirilə bilər. 📲 0554812045 (Ətraflı məlumat bu nömrə ilə əlaqə saxlayın) Elan no 853615 (Elanın linki üçün Directə yazın) Ətraflı ➡ https://yeniemlak.az/elan/853615 @yeniemlak.az #satilir #heyetevi #villa #bina #inşaat #tecili #yeni #emlak #dasinmaz #gayrimenkul #elan #house #bakı #azerbaycan #baku #azerbaijan #aztagram #instagram #realestate #forsale #property #apartment #ads #realty #вилла #Недвижимость #продажа #instahome #instagood #Азербайджан https://www.instagram.com/p/B2RKhdnBMbS/?igshid=jvuxwnpnq76h
0 notes
icantlivedabrat · 1 year
Text
dim balını pulla satmaq olsaydı satıb, ərizəni də yazıb çıxardım, şəxsi inkişafla daha yaxşı yerlərə gəlmək olar, nəinki 4 il əzbərçi bir sistemlə
14 notes · View notes
politiciansstuff · 3 years
Text
"İran Azərbaycana problemlər yaratmağa çalışdıqca, əslində özünə ciddi problemlər yaradacaq" — Partiya sədri
“İran bu cür bəyanatları və “İran Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin varlığına dözməyəcək” kimi fikirləri Azərbaycana qarşıdır və bu açıqlamalar təəccüb doğurur. İlk növbədə ona görə ki, Azərbaycanda sionist rejim yoxdur. Azərbaycanda xalqın yüksək səviyyədə etimad göstərdiyi, inam bəslədiyi dövlət başçısı var. Digər tərəfdən, Azərbaycan dünyanın fərqli ölkələri ilə, o cümlədən İsraillə dostluq, əməkdaşlıq münasibətləri qurmaqdadır və bu, Azərbaycanın müstəsna səlahiyyətidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın yüksək müttəfiqlik əlaqələri İranı narahat edir:
“Azərbaycanın güclü olması, 44 günlük Vətən müharibəsində zəfər çalması İranın hakim dairələrinin yuxusunu qaçırır. Onlar heç bir halda Azərbaycanı güclü, qüdrətli görmək istəmirlər və müxtəlif vasitələrlə çalışırlar ki, Azərbaycana hər hansı formada mənfi təsir göstərsinlər. Böhtanla, qərəzlə, müxtəlif niyyətli açıqlamalarla Azərbaycana problemlər yaratmağa çalışırlar. İranın son davranışları heç bir əndazəyə sığmır. Bu, nə qonşuluq münasibətlərinə, nə İslam dəyərlərinə, nə də beynəlxalq hüquq normalarına uyğundur. Azərbaycan özünün gücü və imkanları ilə, Prezidentin uzun illərdir beynəlxalq aləmdə yaratdığı, maraqlarımıza uyğun sistemlə yüksək səviyyədə əlaqələr yaradıb. Dost və müttəfiq dövlətlər mənəvi və siyasi dəstəkləri ilə Vətən müharibəsində yanımızda oldular. Azərbaycan bu əlaqələr və imkanlarla dünyanın inkişaf etmiş ölkələrinin yüksək texnologiyaları vasitəsilə öz hərbi potensialını gücləndirdi. Həmin ölkələr arasında İsrail də var”. Partiya sədri bildirib ki, Azərbaycanın qurduğu digər ölkələrlə qurduğu münasibətlər İranı narahat etməməlidir, əksinə, İran bu addımlarla özü üçün problemlər yaradır: “Azərbaycanın qurduğu münasibətlər beynəlxalq hüquq normalarına, dostluq və qarşılıqlı etimada söykənir. Azərbaycan öz gücü ilə müharibədən əvvəl və müharibə ərəfəsində İsraildən müxtəlif silahlar alıb. Dünya ictimaiyyətində yəhudi lobbisi Azərbaycana hər zaman dəstəyini göstərib. Bizim yəhudi xalqı ilə uzun illərə söykənən dostluq münasibətlərimiz var. İran nə qədər narahatlıq keçirsə də, təhdidə əsaslanan bəyanatlar versə də, biz yolumuzdən dönən deyilik. İran Azərbaycan qarşı kəskin ritorika ilə çıxış etdikcə, ermənilərə dəstək verib Azərbaycana problemlər yaratmağa çalışdıqca, əslində özü üçün ciddi problemlər yaratmış olacaq. İran unutmasın ki, Azərbaycan 50 milyonluq xalqdır. Bu xalq 44 günlük müharibədə özünün ruhunu, milli birliyini, həmrəyliyini nümayiş etdirdi. İranda bizə qarşı hansısa təhlükə yaransa, İran həmin 50 milyonluq xalqın iradəsi qarşısında dayanmalı olacaq”.
"Demokrat.az" saytı
Aygül Qarayeva
30 sentyabr 2021-ci il
Tumblr media
0 notes
todaysazerbaijan · 4 years
Text
Dünyanın ən gənc qadın Baş nazirindən təklif: "4 günlük iş rejiminə keçək"
Dünyanın ən gənc qadın Baş nazirindən təklif: “4 günlük iş rejiminə keçək”
Finlandiyanın Baş naziri Sanna Marin maraqlı təkliflə çıxış edib.
Qaynarinfo xəbər verir ki, dünyanın ən gənc qadın Baş naziri hesab olunan hökumət başçısı həftəlik 4 gün və gündəlik 6 saatlıq iş rejiminə keçidin tərəfdarı olduğunu bildirib.
Bu sistemlə insanların sosial həyatlarına ayırdıqları zamanın artacağını bildirən Sanna Marin “Fikrimcə, insanlar mədəni fəaliyyətlərinə, sevdiklərinə…
View On WordPress
0 notes