Tumgik
#sentyabrın
metbuat · 2 years
Text
Almaniya millisinin 2 futbolçusu koronavirusa yoluxdu
Almaniya millisinin 2 futbolçusu koronavirusa yoluxdu
Almaniya millisi UEFA Millətlər Liqasında qrup mərhələsinin Macarıstan və İngiltərə ilə oyunlarına itki ilə çıxacaq.  Metbuat.org xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Manuel Noyer ilə Leon Qoretska koronavirusa yoluxublar.  Məlumatı Almaniya Futbol İttifaqının mətbuat xidməti yayıb.  Bu səhər testinin cavabı müsbət çıxan futbolçular yığmanın düşərgəsindən uzaqlaşdırılıblar.…
Tumblr media
View On WordPress
0 notes
racabli · 9 months
Text
Kaş sentyabrın 15 nə işınlansam.Dərslər açılsa bütün problemlərim bitəcək kimidi.
22 notes · View notes
exactoes · 2 years
Text
uni alışverişlərinə görə sentyabrın əvvəlinə nifrət edirəm
35 notes · View notes
sakienaa · 2 years
Text
Sentyabrın 15-i bütün kurslar sırf təzə aldığı paltarları göstərmək üçün gedirlər uniyə
26 notes · View notes
yagubov · 1 year
Note
Ad günün ne vaxtdı?
Sentyabrın 9-u
4 notes · View notes
politiciansstuff · 8 hours
Text
Tumblr media
ABŞ-nin hesabatı təzyiq formasıdır - RƏY
Avropa İttifaqının da son dönəmlər Azərbaycana münasibəti çox aqressiv və qərəzlidir
“Qərbin qərəzli qətnamələri, hesabatları Azərbaycanı öz haqq yolundan döndərə bilməz”
Aprelin 25-də Avropa Parlamenti Azərbaycanı hədəf alan daha bir qətnamə qəbul edib. Qətnamədə Azərbaycandakı vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq iddialar və məlumatlar əks olunub. Milli Məclis Avropa Parlamentini qərəzli yanaşmaya görə pisləyən və qətnamədə yer alan iddiaları təkzib edən bəyanat yayıb. Parlamentimiz AP-nin qətnaməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edib. Qeyd olunub ki, beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası sülh prosesinə zərbə vuran addımdır. Bütün bunlar təşkilatda hökm sürən azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin son dövrdə daha da gücləndiyini nümayiş etdirir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar. Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Konstitusiyamızın üçdə bir hissəsi insan hüquqlarına və əsas azadlıqlara həsr olunub. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də deyib ki, bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil: “Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib. Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar. Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır". Qeyd edək ki, ABŞ Dövlət Departamenti də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatda Azərbaycana ittihamlar səsləndirib. Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı "pis rəftardan", ifadə və media azadlıqlarının "sərt məhdudlaşdırılması"ndan, siyasi idarəetmənin azad və ədalətli seçki yolu ilə "dəyişə bilməməsindən", "jurnalist və fəalların həbsləri"ndən bəhs olunub. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmayıb.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamentinin qərəzli, iftira və böhtan dolu məlumatlarını öz hesabatlarında, siyasi sənədlərində yayması ilk dəfə baş vermir. Deputatın sözlərinə görə, Dövlət Departamenti bundan öncə Azərbaycanda dini azadlıqlarla bağlı da cəfəng fikirləri gündəmə gətirmişdi:
"Azərbaycanda İrana məxsus casus şəbəkəsinin ifşası ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin apardığı son dərəcə ciddi əhəmiyyət kəsb edən əməliyyatlara kölgə salmaq cəhdləri heç cür qəbuledilən deyil. Ona görə qəbuledilməzdir ki, ABŞ İranın molla rejiminin necə bir sistem olduğunu, Azərbaycanda törətmək istədikləri teraktlar haqqında yetərincə məlumatlara sahibdir. Amerikanın kəşfiyyat orqanlarının sayı-hesabı yoxdur. Təəccüblü və təəssüf doğuran cəhət ondan ibarətdir ki, ABŞ-nin özü İran fars molla rejiminə "barışmaz" münasibət bəsləyir, ancaq bu cür addımlarla İranın terrorizmini müdafiə edir. Azərbaycan dövlətinə qarşı İranın casus şəbəkəsinin ifşasında Bakını qınayır. Bu, qəbuledilməz bir münasibətdir. Ancaq bu, ABŞ-nin təzyiq formasıdır. Avropa İttifaqının da son dönəmlər Azərbaycana münasibəti çox aqressiv və qərəzlidir. Aİ Azərbaycan əleyhinə hədyanlar yağdırmağa davam edir. Avropa Parlamenti də qısa zamanda Azərbaycana qarşı çoxsaylı qətnamə qəbul edib. Yorulmurlar. Korrupsiyalaşmış parlament, xristianlaşmış klub, faşist düşüncəli insanlar Azərbaycanın ermənilərə, onların təcavüzünə, işğalına qarşı aparmış olduğu müharibədə əldə etdiyi qələbəni həzm edə bilmirlər. Ancaq bizdə ataların bir misalı var, "it hürər, karvan keçər".
Parlamentari vurğulayıb ki, Qərbin qərəzli qətnamələri, hesabatları Azərbaycanı öz haqq yolundan döndərə bilməz: "Azərbaycan bəşəri dəyərlər sayılan insan haqlarına kifayət qədər hörmət edir. Bu, mübahisə predmeti deyil. Lakin Avropa institutlarının himayəsində olan, onların sifarişlərini yerinə yetirən anti-milli qüvvələrə qarşı qanun çərçivəsində aparılan mübarizə və sərt münasibət təbii ki, onları narahat edir, onlar bundan qıcıqlanırlar. Amma biz bu cür davam edəcəyik. Bunun tezislərini, anonslarını cənab Prezident ADA-da keçirilən beynəlxalq forumda açıq şəkildə elan etdi. O baxımdan hansısa qərəzli qətnamə, hesabat dövlətimizi tutduğu yoldan döndərə bilməyəcək".
"Sherg.az" saytı
İsmayıl Qocayev
27 aprel 2024-cü il
0 notes
Text
AĞAYEV HƏMDƏM MAYIL OĞLU 1975-Cİ İL SENTYABRIN 9-DA AĞDAM RAYONUNUN SIRXAVƏND KƏNDİNDƏ ANADAN OLUB
Ağayev Həmdəm Mayıl oğlu Soyad: AğayevAd: HəmdəmAta adı: MayılDoğum tarixi: 09.09.1975Şəhid olub: 09.10.2020Rütbə: Polkovnik-leytenantFəaliyyəti: Kəşfiyyat-xüsusi əməliliyyatlar. Ağayev Həmdəm Mayıl oğlu 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. Həmdəm Ağayev 1993-1994-cü illərdə – hələ 18 yaşında olarkən könüllü…
Tumblr media
View On WordPress
0 notes
intigammamedow · 8 months
Text
Qarabağ futbolçularının qrupdakı başlanacağı zaman açıqlandı
“Qarabağ”ın Avropa Liqasının H qrupunda oyunların başlama saatı açıqlanıb. Karabachaserbaidschansport.wordpress.com“Ölkə.az”istinadən xəbər verir ki, Ağdam təmsilçisinin evdə “Mölde”yə qarşı sentyabrın 21-i keçirəcəyi ilk matç saat 20:45-də başlayacaq. 21 sentyabr 20:45 “Qarabağ” – “Molde” (Norveç) 5 oktyabr 23:00 “Hakken” (İsveç) – “Qarabağ” 26 oktyabrƏtraflıAd – 00:25 23:00. “Bayer”…
Tumblr media
View On WordPress
0 notes
vasifsposts · 2 years
Photo
Tumblr media
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. https://www.instagram.com/p/CjSi1s-IkAx/?igshid=NGJjMDIxMWI=
0 notes
metbuat · 2 years
Text
Millimiz sonda "yıxıldı"
Millimiz sonda “yıxıldı”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün Bolqarıstan yığması ilə qarşılaşıb. Metbuat.org xəbər verir ki, Bolqarıstan millisi 90+3-cü dəqiqədə penaltidən vurduğu qolla 1:0 hesablı qələbə qazanıb. Millimiz qrup mərhələsində növbəti oyununu sentyabrın 24-də Türkiyə seçməsinə qarşı keçirəcək. Metbuat.org
Tumblr media
View On WordPress
0 notes
ulduzorg · 2 years
Text
Nəşrlərin rəqəmsallaşdırılması və elektron kitabxananın təbliği layihəsinin icrasına start verildi
Nəşrlərin rəqəmsallaşdırılması və elektron kitabxananın təbliği layihəsinin icrasına start verildi
Sentyabrın 1-i tarixindən “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Nəşrlərin rəqəmsallaşdırılması və elektron kitabxananın təbliği” layihəsinə start verib. Layihənin müddəti iki ay nəzərdə tutulmuşdur.
Tumblr media
View On WordPress
0 notes
Photo
Tumblr media
26 may Azərbaycan Kommunist Partiyası MK-nın I katibi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, general-polkovnik, Mircəfər Bağırovun vəfat etdiyi gündür. Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur. Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur. Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nigahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsi başlayanda təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Cahangirə vəfatından sonra Lenin ordeni ilə təltif edilib. Onun cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır. Cahangir Bağırovun qəbri Cen isə Bakıda 10-cu sinfə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında oxuyub. 1953-cü ildə Mircəfər Bağırovu işdən azad ediblər və o zaman Cenə Akademiyadan çıxmaq, başqa instituta getmək təklif olunub. Cen də Kənd Təsərrüfatı İnstitutunu seçib. Cen professor, elmlər doktoru olub. 1994-cü il mayın 24-də Moskvada vəfat edib. Cen 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə bir oğlu olub, adını Mircəfər qoyub. Həmin Mircəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdə olarkən avtomobil qəzası nəticəsində həlak olub. 1945-ci il noyabr ayının axırlarında M.Bağırov ÜIK(b)P MK katibi G.Malenkovdan bir məktub alır. Məktubda göstərilir https://www.instagram.com/p/CeAkMuGNxQq/?igshid=NGJjMDIxMWI=
0 notes
gunel-25 · 3 years
Text
2008-ci il sentyabrın 15-i.
Sinifdə biri ağlayır, biri deyəcəyi şeiri təkrar edir, mən də mamadan son dəqiqə soruşuram:"Heydər İlhamın oğludu, ya İlham Heydərin?".
20 notes · View notes
s37sworld · 3 years
Text
Ölüm gözəl olabilərmi? Yunan dilindən tərcümədə "gözəl ölüm" mənasına gələn eftanaziya ölkəmizdə qadağan olmasına baxmayaraq, bir çox ölkələrdə legal olaraq tətbiq olunur. İlk dəfə XVII əsrdə F. Beykon tərəfindən işlədilən bu söz ağır və ona dözülməz ağrılar verən xəstəliklərdən əziyyət çəkən şəxslərin öz razılığı ilə özünü ölümə təslim etməsi mənasını verir. Hippokrat dövründə bu təcrübə birmənalı qarşlanmasa da, son dövrlərdə istər həkimlərin, istər xəstələrin marağında olan tendensiyaya çevrilib.
Eftanaziyaya qarşı çıxanların və bunu anti-humanist təcrübə hesab edənlərin sayı da az deyil. Tarixə nəzər saldıqda, 1999 -cu ildə "Doktor Ölüm" ləqəbli erməni əsilli amerikalı Con Gevorkyan ağır xəstələri ölümə yolladığı üçün ömürlük həbs olunmuşdur.
Bu günədək həyatına eftanaziya vasitəsilə son verən məşhurlardan biri kimi filosof Ziqmund Freydin adı çəkilir. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən Freyd 1939-cu il sentyabrın 29-da eftanaziya ilə dünyadan köçüb.
21 notes · View notes
gulerdior · 4 years
Text
Vaxt var idi sentyabrın 15-i məktəbə gedirdik.
56 notes · View notes
politiciansstuff · 5 months
Text
Tumblr media
PREZİDENT SEÇKİLƏRİ TARİXİNDƏ BİR İLK:
SƏSVERMƏ AZƏRBAYCANIN BÜTÜN ƏRAZİSİNDƏ KEÇİRİLƏCƏK
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində bir ilk yaşanacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində, kənd, qəsəbə və şəhərlərində keçiriləcək.
Sfera.az xatırladır ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən İkinci Qarabağ müharibəsindən və bu il sentyabrın 19-20-də Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra uzun müddət işğal altında qalan torpaqlarımız işğalçı qüvvələrdən təmizləndi, ölkə ərazisində dövlət suverenliyi tam təmin olundu. İkinci Qarabağ müharibəsinə qədər 900 yaşayış məntəqəsi, o cümlədən 10 rayon, bir respublika tabeli şəhər işğal altında idi. Həmin ərazilərdə təxminən 30 ilə yaxın müddətdə seçki keçirmək mümkün olmamışdı.
Ərazilərimizin işğaldan azad edilməsi həmvətənlərimizə öz dogma yurd-yuvalarına qayıtmaq imkanı yaratdı və artıq bir neçə min insan işğaldan azad edilən ərazilərdəki yaşayış məntəqələrinə köçüb. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə keçiriləcək ilk seçkiləri əlamətdar edən hadisələrdən biri də səsvermə prosesinin həm də işğaldan azad edilən ərazilərdə təşkil edilməsi olacaq. Buna görə də gələn ilin fevralında baş tutacaq növbədənkənar prezident seçkiləri böyük ictimai-siyasi məna da kəsb edəcək.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da növbədənkar seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısının sərəncamının siyasi və tarixi əhəmiyyətinin olduğunu vurğuladı.
Sərəncamı yüksək dəyərləndirdiyini bildirən F.Ağamalı ölkənin bütün ərazisində seçki prosesinin baş tutmasını önəmli hadisə adlandırdı:
“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq keçiriləcək prezident seçkiləri bütün ölkə ərazisində, bütünləşən Azərbaycan ərazisində keçiriləcək. Bu baxımdan xüsusi olaraq sevindirici və önəmli hadisədir. Millətimiz və dövlətimiz üçün uğurlu və düşərli olsun”.
F.Ağamalı vurğuladı ki, rəhbərlik etdiyi siyasi təşkilat da bu proseslərin içində olacaq: “Qurultayımızı çağırmaq niyyətindəyik və qurultayda ənənəmizə sadiq qalaraq Cənab İlham Əliyevin namizədliyini irəli sürəcəyik, ümumxalq mübarizəsinin içində yer alacağıq”.
“Sfera.az” saytı
Vasif
07 dekabr 2023-cü il
0 notes