Tumgik
#Şəhriyar
metbuat · 2 years
Text
"Aimchess Rapid":
“Aimchess Rapid”:
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində bu gün ikinci final görüşünü keçirəcək. Metbuat.org xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gələcək. Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Məmmədyarov 1:3 hesabı ilə məğlub…
Tumblr media
View On WordPress
0 notes
nurajab · 2 months
Text
Tumblr media
Nə uzaq küçələr vardı uşaqlığımızda.
Nə uzaq şəhərlər oldu sonralar.
Böyüdükcə dəyişir uzaqlar da,
küçələr də.
Küçə-küçə, şəhər-şəhər uzaq olur adamlar.
Sən də bir küçə seç getməzdən öncə,
bir şəhər seç unutmağa,
bir uzaq seç darıxmağa.
Sən də getməzdən öncə bir az dəyiş,
bir az uzaq ol, sonra get.
Bu qədər yaxşıykən getmə, nə olar.
Bilirsənmi,
çətin olur yaxşıların gedişi.
Ən sonuncu dostum da oğraş çıxmamış,
bilirsənmi,
axşam düşməmiş,
şər qarışmamış getmə.
Çətin olur yağışlarda son görüş,
parklarda skamyalar qurumamış getmə.
Sən bilmirsən,
çətin olur payızlarda darıxmaq.
Ən sonuncu yarpaqlar da düşməmiş,
torpağa qarışmamış,
bir az qal, nə olar.
Getmə qış çıxmamış,
qış çıxmamış getmə.
Sən bilmirsən,
indi mən, Allahdan nə üçün yox,
kimin üçün yaradıldığımı soruşuram.
Bir az da səbrin olsun,
məni ömrümün sonuna ötür,
sonra get.
Sən bilmirsən,
indi mən, adamlarçün yox,
əşyalarçün darıxıram.
Bir az da səbrin olsun,
qəbrim üstdən yaylığını götür, sonra get.
Daha mən gələcəkdən yox,
keçmişdən nigaranam,
bir də gördün heç kəs yadına düşmür.
İndi sənə qal deməyim
səninlə bütün keçmişlərdə
yanaşı görünmək istəyimdir.
4 notes · View notes
verdiyevnihadofficial · 3 months
Text
Can ay Ustad Şəhriyar...🥀
18 notes · View notes
anar-abasow · 5 months
Text
Mənə də baxdın o şəhla gözlə, mən qaragün
Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.
Mən cəhənəmdə də baş yastığa qoysam sənlə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.
Nənə* qarnında sənlə əkiz olsaydım mən,
İstəməzdim doğulub birdə bu dünyayə gəlim.
Sən yatıb cənnəti röyada görəndə gecələr,
Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.
Məhəmmədhüseyn Şəhriyar. Getmə, tərsa balası
*nənə - ana
9 notes · View notes
manamoora · 1 year
Text
Təkcə yanınızdan deyil,
hər yerinizdən gedirsə - Sevgidir.
Mən sizə demişdim axı,
riyaziyyat həmişə səhv edir,
ikidən bir çıxanda yerdə heç kəs qalmır...
- Şəhriyar Del Gerani
74 notes · View notes
starkmrjavad · 9 months
Text
sənsiz günəş gecikər,
aydınlanmaz sabahlar.
azan səsinə diksinər,
bu şəhərdə günahlar...
bu səhər də baş ağrısı,
soyuq içki, darıxmaq.
bir quru zəng gələ,
deyəsən ki, Darıxma...
Darıxmağın Adı, Şəhriyar Del Gerani
7 notes · View notes
aysafhar · 2 years
Note
14, 20, 23
14) Bu il həyatın sona çatacağını bilsəydin, nəyi daha ferqli edərdin?
Əslində indi deyəcəklərimi etmək üçün həyatın sonunu gözləməyə ehtiyac yoxdur. Amma həmişə nələrsə mane olur. İlk olaraq təcili bir formada başqa ölkələrə səyahət edib ilin sonuna kimi öz ölkəmə qayıdardım. Ən azından öz ölkəmdə ölmək istəyərəm. Və bəzi insanlarla bəzi vacib söhbətlərim qalıb çalışardım ki, onları həyata keçirim)
20) Ölü ya da yaşayan hər hansı biri ilə tanış ola bilsəydin, bu kim olardı?
Bu sual üçün səbəb olmadan yalnız adlar sadalaya bilərəm.
1) Mustafa Kemal Atatürk
2) Barış Manço
3) Müslüm Gürses
4) Kemal Sunal
5) Məhəmmədhüseyn Şəhriyar
6) Xəlil Rza Ulutürk və s.
23) "Həyatın mənası nədir?" Xaricində başqa bir sualın cavabını tapsaydın, bu hansı sual olardı?
Elmə məlum olduğu qədəri ilə bilirik ki, milyardlarla insan eyni zamanda kainatın mərkəzidir. Bəs mərkəzin tək obyekti sən olmaq istəyərdin?
5 notes · View notes
minavenera · 8 days
Text
Tumblr media
Şəhriyar instagramını bağlayıb. Əgər tənqidlərə dözəbilmirsənsə fikir bildirmə!
Polqara uduzmağın verdiyi ağrıyla ettiyi egosu sınmış çıxışa bax. Siz bu qədər zəyifsiz? Sonrada deyirlər qadınlar emosyonaldı. Bəs bu nədir? Passiv aggresiya emosiya deyil?
Ən maraqlısıda, evə qayıdanda anası,bacısı,yoldaşı necə üzünə baxırlar ki? Gəlin mən sizə elmi bir fakt deyim. Uşağın zəkası anadan keçir. Ona görə də Şəhriyarın bu sözləri öz anasına ithaf olunur əslində.
Şəhriyardan daha pis bir şey varsa o da onun dəstəkçiləridir. Boşanma səbəbidire😃 Şəhriyarı dəstəkləyən followlayan sevgilidən ayrılmaq məsləhətdir, andrew tate belə bu qədər alçalmırdı ən azından necədirsə o idi ))
0 notes
rahimovaa · 4 months
Text
Ya Əli, sənin adını çəkdim, nə qəm qaldı, nə kədər
Sanki qəlbimdə nə qəmim vardı, nə kədərim…
Məhəmməd Hüseyn Şəhriyar
1 note · View note
metbuat · 2 years
Text
"Aimchess Rapid": 
“Aimchess Rapid”: 
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirib. Metbuat.org xəbər verir ki, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb. Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb – 3:1. İkinci final görüşü sabah – oktyabrın 21-də…
Tumblr media
View On WordPress
0 notes
nurajab · 1 year
Text
Qonşuluqda böyüyür
əsmər üzlü bir fidan,
gülüşü eynən sənin,
adı sənin adından.
Görürsən də, şeirdə
nələr qalır qadından?
Meh əsdi gül üşüdü,
bir dəfə sənə gülmüşdüm;
Gül dərib suya qoymuşdun,
demişdin: "Yazıqdı gül..."
O yazıq gül də solmuşdu,
olsun çıxıb yadından.
Bəlkə doğma küçələri,
yolları var quşların göy üzündə?
Onunçün də quşlar gəzir göy üzündə ayaqyalın,
inciməsin ağacların budaqları.
Bəlkə sevib bəslədiyi yosunu var balıqların,
bu sevgidən xəbəri var dənizin də.
Bilsən necə darıxmışam üzünün Təbriziyçün,
bəlkə yuxum çin çıxardı
başımı qoyub yatsaydım xalın olan dizində..
Nə yaxşı ki, sevdim səni
ilin-günün o vaxtında.
Bəlkə də bilmirsən bunu;
Sevməsəm, ölə bilərdin həmin ilin yazında.
Nə yaxşı ki, sevdim səni,
dost-doğma adamım, səni.
Sən hamıdan gözəlimsən,
hər yerdən gözəlimsən.
Üzünü kimə bənzədim?
Haraya oxşadım səni?
Görürsən, şeir yazıram,
unutmadım ən azından..
Qonşuluqda böyüyür
əsmər üzlü bir fidan,
gülüşü eynən sənin,
adı sənin adından.
Axı niyə yalan deyim?
İnanmırsan, inanma.
Səndən suyum gəlmir, çörəyim gəlmir,
amma qonşuluqda fidan elə bil ki, qızındı.
Görürsən də, şeirdə nələr qalır qadından..
5 notes · View notes
qnproduction · 6 months
Video
youtube
Məhəmmədhüseyn Şəhriyar - Tufan şamı #şəhriyar #seirler
0 notes
anar-abasow · 1 year
Text
Səmazənlər bir dönsə küləyə tufan olar
Bihuşluq halı nəyə gərəkdi? Bizim qanadlarımız var.
İtirəcəyimiz bir anamız var ya da bir xoş sevgili sığalı,
Bir möcüzə tanrı, bir işarət ver nolar burax bu cığalı.
Tək nəfərlik yataqlara neçə nəfərlik yalnızlıq sığışdırıram ilahi,
Bu gün gərək xatırlasın köhnə kədərləri, yarası dərin baxışları sərin şairi.
Bu gün bir qadın toxunuşu belə şeir ola bilər,
Olsun, biraz kədər yaraşar əynimə.
Darıxır sevgi şeirləri məni çağırır, pərvərliklər o biri otaqda gözləyə də bilər.
Yalnızlıq biraz çirkli olar iylər qarışar yorğanına,
Amma yataq yenə də tək nəfərlidi
Kaş bir Şəhriyar şeiri ola qadın qucaqlayıb basasan bağrına.
Uzaqlaşasan özündən, özün özündən gedəsən
Bütün gedənlərin yaşadığı bir qəsəbə olasan,
O qəsəbə sən olasan.
9 notes · View notes
orxanmikhail · 2 years
Text
Şəhriyar Vəhabzadə o vaxt nə demişdi ?
1 note · View note
starkmrjavad · 10 months
Text
sənsiz günəş gecikər,
aydınlanmaz sabahlar.
azan səsinə diksinər,
bu şəhərdə günahlar...
bu səhər də baş ağrısı,
soyuq içki, darıxmaq.
bir quru zəng gələ,
deyəsən ki, Darıxma...
Darıxmağın Adı, Şəhriyar Del Gerani
9 notes · View notes
vasifsposts · 2 years
Photo
Tumblr media
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Şəhriyar Rəhimov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. Allah Rəhmət eləsin məkani cənnət olsun 😥😥😥🥀🥀🥀😔 https://www.instagram.com/p/CipHAaSAs9v/?igshid=NGJjMDIxMWI=
0 notes