Tumgik
#imtinası
metbuat · 2 years
Text
"Sinquefield Cup": 
“Sinquefield Cup”: 
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Grand Chess Tour” seriyasının beşinci mərhələsində bu gün sonuncu görüşünü keçirəcək Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Sinquefield Cup” turnirinin doqquzuncu turunda ağ fiqurlarla erməni əsili ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gələcək.  Turun bütün görüşləri Bakı vaxtı ilə saat 22:00-da…
Tumblr media
View On WordPress
0 notes
politiciansstuff · 5 months
Text
Tumblr media
Bir həftəyə sülh sazişi imzalana bilər, Başkənd məsələsi isə... - Kritik gəlişmə
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, İrəvan rəsmi şəkildə Mosvanın təşəbbüsü ilə reallaşan bütün proseslərdən imtina edir. Ermənistanın anti-Rusiya ritorikasının necə nəticələnəcəyi ilə bağlı suallar var...
- Nikol Paşinyan Rusiya ilə bütün bağlantıları qırmağa çalışır. Əsas diqqəti KTMT-yə yönəldib. Təşkilatın bütün görüşlərində imtina edir. Beləliklə Paşinyan Moskvadan tamamilə uzaqlaşmaq niyyətini ortaya qoyur. Bunun Ermənistana necə başa gələcəyi ilə ilə bağlı suallar açıq qalır. Yaxın aylarda ola bilsin bununla bağlı müəyyən dəqiqləşmələr olsun.
- Ermənistanın Moskva platformasında imtinası Azərbaycanla aparılan danışıqlara necə təsir edə bilər?
- Azərbaycan-Rusiya və Ermənistanın yaratmış olduğu birgə platformadan da Paşinyan faktiki olaraq imtina etməkdədir. Bu Azərbaycan üçün heç bir təsirə malik deyil. Ölkəmiz ikitərəfli görüşlərlə məsələləri həll etmək mövqeyini ortaya qoyub. Amma Ermənistan daha çox Avropa platformasında danışıqlara üstünlük verir.
- İrəvanın Avropa məkanında müzakirələrə meyl etməsi nə ilə bağlıdır?
- Ermənistanın məhz bu platformalardan Azərbaycana qarşı mümkün qədər təzyiqlər etmək niyyəti var. Onlar sülh sazişində müəyyən üstünlüklər qazanmaq istəyir. Amma Azərbaycan dövlətinin iradəsi ortadadır. Biz qalib dövlətik Ermənistanın bu kimi niyyətləri baş tutmayacaq.
- Ermənistanın üçtərəfli anlaşmalardan çıxa biləcəyi ilə bağlı ehtimallar səslənir. İrəvanın bu razılaşmadan çıxması necə bir situasiya yarada bilər?
- Paşinyan Moskva platformasında aparılan danışıqlardan imtina etmək niyyətindədir. Onun bu niyyəti ardıcıl xarakter daşıyır. İndiki halda erməni tərəfi sülh sazişini Azərbaycanla razılaşdırıldığını və təklifləri Bakıya göndərdiklərini açıqlayır. Öz növbəsində Azərbaycan Xarici İşlər nazirliyi Ermənistanın bu təklifləri üzərində iş getdiyini qeyd edib.
- Sizcə, son razılaşmalar fonunda sülhün qısa zamanda əldə edilməsi nə dərəcədə realdır?
- Azərbaycan tərəfi Ermənistanın təklifləri ilə razılaşsa üç günə, bir həftəyə sülh sazişi imzalana bilər. Təkliflərdən erməni tərəfinin hansı fikirləri ortaya qoyduğu məlum deyil. Amma birmənalı olaraq Qazağın 7, Naxçıvanın 1 kəndi Ermənistan tərəfindən Azərbaycana təhvil verilməlidir. Görünən odur ki, bu kəndlərin geri qaytarılması müzakirə mövzusu deyil. Erməni tərəfi gülünc bəhanələrlə bundan yayınmağa çalışır. Gədəbəy rayonu ərazisində olan Başkənd məsələsi gündəmə gətirilir. Amma bu ərazinin Ermənistana heç bir aidiyyatı yoxdur. Başkənd tarixi Azərbaycan ərazisidir. Ötən əsrin 50-ci illərdə bu ərazilərdən ermənilər örüş sahəsi kimi istifadə edib. 70-ci illərin sonunda isə erməni tərəfi bu ərazi ilə bağlı müvafiq “qərar” verib. Amma dövrə qədər ərazi Azərbaycanın olub. Ona görə də, Başkəndə məsələsi müzakirə predmeti ola bilməz.
- Türkiyə-Ermənistan sərhədlərin açılması və münasibətlərin normallaşması ilə bağlı nə kimi gözləntilər var?
- Ötən gün qardaş Türkiyənin Xarici işlər naziri Hakan Fidan Bakıda səfərdə olarkən bir daha açıq mətnlə Azərbaycanla münasibətləri normallaşdırmadan Türkiyə ilə Ermənistan arasında hər hansı formada sərhədlərin açılmasından və digər məsələlərdən danışmağın mümkünsüzlüyünü dilə gətirdi. Bu bir daha qardaş Türkiyənin sona qədər Azərbaycanın yanında olduğunun bariz nümunəsidir.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
16 dekabr 2023-cü il
https://teleqraf.com/news/siyaset/400881.html
Bir həftəyə sülh sazişi imzalana bilər, Başkənd məsələsi isə... -
0 notes
selindelioglu · 7 years
Text
Ezilenler Edebiyatı
Son yıllarda ezilenlerin dilinden konuşarak romantizm yapan ve toplumun belli bir kısmı tarafından sahiplenilerek eserler veren bir alt kültür edebiyatı baş gösterdi. Uzun bir süre sesine ses bulamamış milyonlar da biraz da olsa kendilerini anlayan, onları yazan insanları görünce sorgusuz sualsiz biat etme yoluna gittiler. Bir şeyi çok sevmenin hep destekçisi oldum. Bence çok sevmek başlı başına takdir edilecek bir şey. Lakin çok severken objektif olma yetisini kaybetmek, kültürel ve toplumsal erozyona sebep olabilir. Şöyle ki...
Tumblr media
Sevilen romanları ve fenomen olmuş Behzat Ç’siyle bu güruhun başını çeken isimlerden biri Emrah Serbes. Hepimizin bildiği trajik olayın baş kahramanı. “Kınadığını yaşarsın” düsturuna körü körüne inanan biri olarak dikkatli konuşmak istiyorum. Kazalar, dikkatsizlik, anlık hatalar herkesin başına gelebilir ama kör kütük sarhoş olup, bir de üstüne hız yapıp bir aileyi yer yüzünden silmek ve olayın sonrasında 112′yi bile aramadan “Bu işten en az zararla nasıl çıkarım?”ı hesaplamak apayrı bir şey. Zaten içkili direksiyon başına geçen herkes cinayete davetiye çıkarıyor, bu Serbes’e özel bir durum değil. Hiçbir anında iyi niyet barındırmayan bu olay toplumu otuz beşe böldü.
1- Vay pislik’çiler 
2- Büyük konuşma, başına gelebilir’ciler 
3- Tamam, linç etmeyin. Adam itiraf etmiş işte, daha ne uzatıyorsunuz’cular 
4- Olay çözülmeden suçlamayın diyen hayranlar
Öncelikle, adama hakaret etmek istemiyorum. Cidden eminim onun cephesinde de haklılık içeren bazı anlar vardır. Belki ağır depresyondaydı. Alkolizm o depresyonu susturma çözümüydü. Alkollü olduğu için karar mekanizması çalışmadı ve araba sürmemesi gerektiğini göz ardı etti.......
Ama büyük resme baktığınızda depresyonunuzun en masum haliyle sadece ama sadece sizi tüketmesi gerekir. Başka insanların sizin hatalarınızın bedelini ödememesi gerekiyor. Ben hayatım boyunca yaya oldum. Benzin parasından çok para döktüm belki yollarda. Üstelik 10 küsür yıldır ehliyetim de var. Araba alacak birikimim de oldu ama almadım hiç. Düşünmedim. Çünkü dalma huyum var ve bu özelliği yüzünden dostları tarafından dalgıç olarak anılan biri olarak kötü olaylara sebebiyet olabilirim diyerek hiç istemedim. Hatta ehliyetinin süresi dolduğu için arabasında çevirmeye yakalanan arkadaşım “Ehliyeti olan var mı? Geçsenize yerime” dediğinde bile geçmedim ön tarafa. Sorumluluk biraz da sizin başka insanların hayatlarına verdiğiniz değerle ölçülür. Bu masum bir “başımıza gelebilir” olayından ziyade, “bile bile lades” şımarıklığı dostlar. Bunu kabul edelim. Kaç sezon Behzat Ç izlediğinizin veya Serbes’in kitaplarına ne kadar para döktüğünüzün bu öyküdeki doğru yanlışı değiştiremeyeceğini kabul edelim. “Geç gelen” itirafın bile masumiyetinin konuşulduğu bir toplumsal davada bu kadar örnek alınabilecek şey varken elbette konuşulacaktır, neden susulsun? Bu veya bu tarz konular ne kadar konuşulursa yanlışlarının ifşa olması o kadar sağlanacak, yasada bu konuyla ilgili bir açık varsa gündem oluşacak ve belki düzeltilecek, insanların alkollü araba kullanmaya karşı ufak da olsa bir imtinası olacak, ünlü insanların bazı büyük hataları icra ederken iki kez düşünmesi ve bir şeyleri örtbas ederken korkuları olacak. TABİ Kİ konuşalacak. Siz kimsiniz ki insanları susturmaya çalışıyorsunuz? Bir edebiyatçıya sevginiz, yanlış giden şeyleri doğru hale getirmek isteğinizin önüne mi geçiyor gerçekten de? Nasıl insanlarsınız? Dünyanın en küçük empati yolculuğunu yapalım: “Bu olayda ölen senin ailen olsaydı, Emrah’ı savunabilir miydin yoksa en ilkel duygu olan intikamla hareket etmeye mi çalışırdın?” Bu felaket onun yazarlığını kötü yapmayacağı gibi, onun yazarlığını sevmeniz de bu olayı daha masum hale getirmez.
Ben de Woody Allen’a kendimi bildim bileli öldüm bittim ama karısını üvey kızıyla boynuzlamasındaki ahlaksızlığı da inkar etmedim. Yılmaz Güney’e hasta oldum hep ama onu hapse ve sonrasında sürgüne yollayan suçun bir düşünce suçu değil de bir adi suç olan cinayet olduğunu ve onun da sözlü tahrik olsa bile katil olduğunu kabul ettim. Polanski’nin filmlerini çok severim ama sübyancı olduğunu hep söylerim. Bill Cosby en büyük şokumdur, onu hep sevmişimdir ama neredeyse taciz/tecavüz iddiası olmayan amerikalı kadın olmamasından sonra işini ve şahsiyetini ayırmışımdır. Bir sanatçıyı sevmeniz onun ahlaki ve cezai suçlarından mesul olmamasını gerektirmez. 
Tabi ki olayın kanıtları en düzgün şekilde incelenip eğer günahı alınıyorsa ortaya çıkarılacaktır ama bugüne kadar basına yansıyan deliller gerçekse çok acı bir tabloyla karşı karşıyayız demektir.
Tumblr media
Bir diğer örnek aynı romantik alt kültürün bayıldığı bir diğer yazar olan Burak Aksak. Kendisinden Leyla ile Mecnun çıkar çıkmaz, arkadaşım Melis’in “Dün bi dizi izledim, ak sakallı dede Mecnun’a geliyor beraber çay içiyorlar falan. Komikti ya.” demesiyle haberdar olmuştum. Absürd dili, ilk sezonu beni eğlendirip yer yer güldürse de sonradan çok ayağa düşmesi ve ilk sezonu aratması sebebiyle bırakmıştım. Şahane bir oyuncu kadrosu olduğu hala su götürmez bir gerçek. Dün de Emrah Serbes’in ardına bu özgün işi yapan genç senarist Burak Aksak ile ilgili bir skandal patladı. https://www.evrensel.net/haber/334417/burak-aksak-kadin-stajyere-saldirdi-iddiasi 
Eğer doğruysa sahibi olduğu yayın evinde yasal olarak suç olduğu halde sigortasız çalıştırdığı stajyeri künyede yazılmak isteyince küfür ve fiziksel şiddetle kovulduğu yönünde olan bu ayrıntılı iddia hemen gündemde yer tuttu. Gerçekse bu konuyla ilgili ters giden çok şeyi bünyesinde barındıran bir skandal daha. Sigortasız insan çalıştırmak, telif haklarını hiçe saymak, küfür ve fiziki şiddet. Bu alt kültürün, “yenildik ama ezilmedik bir çay içelim hayat böyle”ci insanlarının insan harcamak konusunda bu kadar tereddütsüz olması ne acı. 
Benim de hakkında hukuki süreç yaşıyor olduğum için isim ve ayrıntı veremeyeceğim bir bela geçti başımdan. Duruşmalarım devam ediyor lakin sözleşme vaadiyle oyalanırken senaryomun/fikrimin isteyerek ya da istemeyerek bir şekilde büyük bir firmaya çaldırıldığı bir olay yaşadım ve fikri hırsızlığın ne olduğunu çok iyi bilirim. Telif Hakkı sizin yazıp çizdiğiniz her şeyi sizin için koruyan bir haktır ve şakaya gelmez. Zaten iddialar doğruysa kişilerin bilgisayar ve telefon kayıtlarından izi çok kolaylıkla sürülüyor lakin birinin emeğini harcamak bu kadar kolay olmamalı. Bu olay genelinde konuşmuyorum, belki de dikkat çekmek isteyen bir gencin karalama kampanyasıdır belki her kelimesi doğru kalp kıran bir tecrübedir. Lakin bir gerçek var ki o da: Türkiye’de bu iş böyle. Doğruysa şaşırmayacağımı biliyorum. Genç arkadaşları haklarını savundukları ve tiranlığa boyun eğmedikleri için ayrıca tebrik ediyorum. Umarım parasız adam çalıştıran, fikir işçisinin garantisi, övündüğü tek şey olan isim yazma hakkını çiğneyip atan, hakkını aradığında da senin ondaki forsa sahip olmaman sebebiyle kenara kolayca itip üzerine 5 dakika bile düşnmeyen zihniyeti el birliğiyle öldürrüz. Bu konu da keza diğer konu gibi konuşuldukça toplumda değişiklik yaratacak bir konu. Elbette cinayete sebep olmak gibi adi bir suç değil ama genç bir insanın inancını çalmak da bir hayli ağır bir suç, atlamayalım.
Aynı güruhtan ve şahsen yönetmenliğini beyanlarından çok daha başarılı bulduğum sinema insanı Ünlü de geçtiğimiz aylarda Recep İvedik’in İnek Şaban’dan çok daha halktan bir karakter olduğunu belirtmişti. Halkı tanıdığını ve filmlerindeki duygunun yaşadığını düşünsem de son zamanlarda duyduğum en yanlış demeç olan bu demeci şöyle özetleyeyim.
Tumblr media
Kemal Sunal’ın sinemada eşi benzeri olmayan bir başarıya imza atarak ölümsüzleştirdiği İnek Şaban karakteri bir zamanlar Türkiye’de iyi olan her şeyi simgeliyor. İyilik, art niyetsizlik, masumiyet, yardımseverlik, kötülüğe iyilikle karşılık vermek, hakkında ne kadar kötü planlar yapılırsa yapılsın iyi niyetiyle efsunluymuşçasına hep dört ayağı üzerine düşmek. O yüzden özellikle 70′lerin ikinci yarısı ve 80′lerde yaptığı Şaban filmlerinde genellikle Ali Şen ya da Şener Şen’in canlandırdığı uyanık karakterlerin simgelediği ve hep Türkiye’nin çirkin alışkanlıklarını, onların iyilikle nasıl yenildiğini göstermiştir. Adeta ideali temsil etmiştir. Her kesimden insanı küfürsüz ve osuruksuz güldürmüştür. En büyük küfür Eşşolu Eşek olan çocuksu bir saflığa sahip bir insandan bahsediyoruz. Şaban’ın her serüveni adeta Faşo Ağa’ya başkaldıran proleterya şovalyeliğidir. Bunun hakkını kimse yiyemez, basit bir fikir olarak belirtiyorsa bile haklarında varılabilecek en saf ve doğru çıkarım şu olacaktır: YEŞİLÇAM’I BİLMİYOR.
Sanırım bu romantik alt kültür sanatçısının kendisiyle oturup bir günah çıkarması ve bazı şeyleri tekrar tekrar değerlendirmesi gerekiyor. Başarı bir sanatçı olmakla iyi bir toplum sanatçısı olmak arasında bir yerlerde...
0 notes
listeliyi · 7 years
Link
via Apple liderliyə qayıtdı http://ift.tt/eA8V8J "Strategy Analytics" analitik şirkətinin hesabatına görə, "Apple" şirkəti 2016-cı ilin son 3 ayı ərzində "Samsung" şirkəti ilə müqayisədə bazara daha çox smartfon tədarük edib. Analitik şirkətin məlumatına görə, Kaliforniya firması ötən ilin son rübündə 78.3 milyon "ayfon", Cənubi Koreya şirkəti isə 77.5 milyon smartfon satmağa nail olub. "Apple" şirkətinin bazar payı 17.8%, "Samsung"da isə 17.7% təşkil edib. Lakin ötən ilin yekununa görə "Samsung" şirkəti lider olub: 2016-cı ilin nəticəsinə görə smartfon bazarında sözügedən şirkətin payı 20.8%, "Apple"da isə 14.5% olub. "Samsung"un nasaz akkumulyatorlar səbəbindən "Galaxy Note 7" smartfonunun satışından imtinası dördüncü rübdə nəticələrə təsir edib. Bir çox istehlakçılar belə vəziyyətdə "Apple" və ya Çin şirkətlərinin məhsuluna üstünlük veriblər. "Strategy Analytics" şirkəti tərəfindən tərtib edilmiş reytinqdə ilk beşlikdə sonrakı yerləri Çin istehsalçıları tutublar. 2016-cı ilin son 3 ayı ərzində istehsalçılar 439 milyon smartfon, bir il ərzində isə 1.5 milyard tədarük ediblər ki, bu da 2015-ci illə müqayisədə 3% daha çoxdur.
0 notes
metbuat · 2 years
Text
"Sinquefield Cup": 
“Sinquefield Cup”: 
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Grand Chess Tour” seriyasının beşinci mərhələsində növbəti görüşünü keçirib. Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Sinquefield Cup” adlanan turnirin altıncı turunda İran əsilli Fransa şahmatçısı Alireza Firuzca ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 19 yaşlı rəqibinə matçın 28-ci…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
"Sinquefield Cup": 
“Sinquefield Cup”: 
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Grand Chess Tour” seriyasının beşinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək. Metbuat.org xəbər verir ki, 37 yaşlı qrossmeyster “Sinquefield Cup” adlanan turnirin altıncı turunda İran əsilli Fransa şahmatçısı Alireza Firuzca ilə üz-üzə gələcək. Məmmədyarov 19 yaşlı rəqibinə qarşı qara fiqurlarla…
Tumblr media
View On WordPress
0 notes
politiciansstuff · 6 months
Text
Tumblr media
VERSAL RAZILAŞMASI GÜNDƏMDƏ: BAKI BU XƏRİTƏNİ MASAYA QOYDU - DURUM DƏYİŞİR
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
- Fəzail müəllim, İrəvan davamlı olaraq bu ilin sonuna kimi sülhün əldə edilməsini gündəmə gətirir. İl artıq başa çatır, ortada isə ciddi bir nəticə yoxdur. Sizcə, proses ətrafında heç bir addım atmadan manipulyasiya etmək nə vaxta qədər davam edəcək?
- Bu gün Ermənistan və ona rəhbərlik edən şəxslərin qeyri-ciddi açıqlamaları gündəmdədir. Döyüş meydanında məğlub olan Ermənistan müharibədən sonrakı üç ildə özünü qeyri-adekvat aparır. Onun güvəndiyi isə ABŞ, Avropa İttifaqı, Fransa və s ölkələrdir. Bundan istifadə edən Nikol Paşinyan beynəlxalq aləmdə özünü “sülhpərvər” kimi aprmağa çalışır. O hətta Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, daha sonra elə bir şərait yaradır ki, bu müstəvidə görüşlər təxirə düşür. Eyni zamanda erməni tərəfi müxtəlif bəhanələr, şərtlər irəli sürür. Məğlub olmuş bir dövlətin şərt irəli süməsi isə absurd məsələdir. Bu günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya 31 kəndin Azərbaycanda olması ilə bağlı sərsəm bəyanatı da heç bir məntiqə sığmır. Eyni zamanda Paşinyan Qazaxın Ermənistanın işğalında olan 4 kəndinin geri qaytarılması ilə bağlı açıqlaması da hiddət yaradan faktlardır. Həmçinin Başkəndlə bağlı absurd iddialar irəli sürülür. Ona görə də, bu cür sərsəm və məntiqsiz açıqlamalar fonunda Azərbaycan heç vaxt Ermənistanla sülhə getməyəcək. Çünki erməni tərəfindən irəli sürülən bu şərtlər Azərbaycana qarşı ərazi iddiasının yeni bir formasıdır.
- Buna qarşı Azərbaycanın əsas arqumentləri necə ola bilər?
- Ermənistanın bu davranışları fonunda Azərbaycan 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin sərhədləri çərçivəsində ərazilərin delimitasiyasını təklif edəcək. 1920-ci ildə Versal sülh sistemində Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti tamam fərqli idi. İndiki Ermənistan, yəni 29,8 min kv km-lik ərazinin 20 min kv km-i Azərbaycan ərazisi kimi təsbit edilmişdi. Ermənitsan həmin sülh sistemində 9 min kv km-lik bir ərazidə tanınıb. Eyni zamanda Ermənistanın müstəqillik haqqında konstitusiya aktında o özünü 1918-1920-ci illərdəki erməni dövlətinin varisi elan edib. Bu da bir daha Azərbaycan ərazisi olan 20 min kv km-lik böyük bir ərazinin Ermənistana aid olmadığını ifadə edir. Azərbaycan məhz bu arqumentləri gündəmdə saxlamalıdır. Qazaxın 7-i və Kərki kəndi ilə yanaşı, Versal sülh sistemində qəbul edilən və Azərbaycanın tarixi ərazisi kimi dövlət sərhədləri çərçivəsində təsbit olunan ərazilər daxilində iddialarımız ortaya qoyulmalıdır. Kapitulyasiyaya imza atmış ölkənin nazı ilə oynamaq yersizdir. Buna son qoyulmalıdır.
- Bakının bu yanaşmalar fonunda sülh danışıqlarından imtinası gözlənilirmi?
- Bu qaçılmaz ola bilər. Azərbaycanın sülh danışıqlarından imtina edərək, daha ciddi şəkildə öz tələblərini ortaya qoyması da mümkündür.
- Almatı razılaşması ətrafında Paşinyan manipulasiya edir. Bu razılaşma ilə bağlı Ermənistanın israrlı davranışı nə ilə bağlıdır?
- Bu razılaşma heç bir ciddi əsasa malik deyil. Erməni tərəfinin bununla bağlı israrı heç bir fakta və məntiqə əsaslanmır. Almatı razılaşmasında guya hansısa bir qeydin olması ilə bağlı heç bir fakt odur. Sadəcə 1991-ci ildəki reallığa uyğun məsələlər var. Hətta 1974-cü ilə aid xəritələr əsasında sərhədlərin müəyyənləşməsindən də bəhs edilir. 1974-cü ilə qədər və ondan sonrakı illər siyasi yanaşmalar fərqli idi. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən ermənilərin iddialarının qarşısı qətiyyətlə alınmışdı. Ona görə də, indiki halda erməni tərəfinin iddialarının heç bir əsası yoxdur. Fakt odur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını hələ də davam etdirir. Beləliklə situasiya gərginləşir və bunun fonunda hansısa bir sülh sazişi imzalamaq qeyri-real görünür. Onlar ümid edirlər ki, kimlərsə gəlib onların əvəzinə döyüşüb Azərbaycan əraziləri onlara verəcək. Bu yanlış iddiadır. Əslində bu Ermənistanı fəlakətə aparan xətdir.
“Teleqraf.com” saytı
Tapdıq Qurbanlı
04 dekabr 2023-cü il
0 notes
politiciansstuff · 7 months
Text
YEVLAXDAN SONRA TBİLİSİ...
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasılə bağlı cənab prezident İlham Əliyevin müəllifi olduğu format önə çıxmaqdadır.
Azərbaycanın Qranada və Brüssel görüşlərindən haqlı və maraqlarımızla tam üst-üstə düşən imtinası, Ermənistanla Rusiya arasında münasibətlərin kritik həddə çatması və bu arada prezident İlham Əliyevin Gürcüstana rəsmi, qısamüddətli səfəri zamanı söylədiyi üç Qafqaz Respublikasının regiona verəcəyi töhfələr, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvilinin isə Azərbaycan-Ermənistan barışında Tibilisi platformasının əhəmiyyəti haqqında anonsları gələcək proseslərin başlanğıcı kimi dəyərləndirilməlidir.
Bir neçə gün öncə Tbilisidə "İpək Yolu"nun 4-cü Beynəlxalq Forumunda Azəbaycan Respublikasının Baş Naziri Əli Əsədovun çıxışında Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında Azərbaycanın prinsipial mövqeyi konkret faktlarla önə çəkildi. Gürcüstan Baş Nazirinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında ev sahibliyinin edilməsinin mümkünlüyü haqqında niyyətinin təkrarlaması, Əli Əsədovla Nikol Paşinyan arasında baş tutan görüş münasibətlərin normallaşmasında yeni səhifə açmaqdadır.
Unutmaq olmaz ki, bir neçə müddət öncə Prezident İlham Əliyevin “regional problemləri regionla hər hansı bağlılığı olmayanlar deyil, regional dövlətlər məşğul olmalıdılar” kimi yeni çağrışı Ermənistanın həvəssiz mövqeyi istisna olmaqla, region dövlətləri olan Türkiyə, Rusiya və İran tərəfindən həssaslıqla qarşılandı. Artıq bu yolda nikbinlik yaradan daha bir addım atılmışdır.
Görünən odur ki, Azərbaycan erməni münasibətlərinin normallaşmasında Yevlaxdan sonra Tibilisi də tarixə xoşməramlı şəhər kimi daxil olacadır.
Fəzail Ağamalı,
Millət vəkili, Ana Vətən Partiyasının sədri
0 notes
politiciansstuff · 8 months
Text
SÜLH ÜÇÜN YENİ PLATFORMA: PAŞİNYAN TİFLİSDƏ RAZILAŞMAYA İMZA ATSA... - MÜHÜM GƏLİŞMƏ
Prezident İlham Əliyevin Gürcüstana səfəri və burada verilən mesajlar olduqca önəmli idi. Ölkə başçısı tərəfindən səslənən bu tezis Cənubi Qafqazda yeni bir situasiya yarada bilər. Hər hansı kənar təsir olmadan bu regionda sülhün və təhlükəsizliyin təminatı mümkündür. Bu, Qafqaz xalqlarının mənafeyinə xidmət edən təşəbbüsdür.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin üç Qafqaz dövlətinin sülh və əminamanlıq şəraitində vacibliyini və əhəmiyyətini önə çəkərək Ermənistanla Azərbaycan arasında mümkün sülhün əldə edilməsi təklifi olduqca önəmlidir:
“Bunun reallaşması daha çox Ermənistandan asılıdır. Fakt odur ki, Ermənistan müstəqil dövlət deyil. Onun indiki şəraitdə sülh niyyəti də açıq müşahidə edilmir. Erməni tərəfi indi daha çox Fransanın təsiri altında hərəkət edir. Nikol Paşinyan Ermənistanı Rusiyanın orbitindən çıxararaq Qərbə, Fransaya meyl edir. Onun məqsədi Fransanı Cənubi Qafqaza gətirməkdir”.
Deputat hesab edir ki, Gürcüstan platforması cəlbedicidir: “Burada hansısa tərəflərin kiminsə yanında yer alması sıfıra bərabərdir:
Münasibətlərin normallaşması iki və üçtərəfli danışıqların aparılması hər kəs üçün əhəmiyyətlidir. Sadəcə olaraq indi Ermənistanın mövqeyi ilə bağlı gözlənti var. Qarşı tərəfin bundan imtinası ehtimalı azdır”.
Fəzail Ağamalıya görə, Ermənistanın bu təşəbbüsdən birbaşa imtinası mümkün deyil:
“Erməni tərəfi sadəcə olaraq növbəti dəfə ikibaşlı mövqe sərgiləyə bilər. Görünən odur ki, Ermənistan Fransanın razılığını aldıqdan sonra prosesə dair yanaşma sərgiləyəcək. Həmçinin Avropa İttifaqı da öz platformasından kənar bu kimi məsələlərə elə də müsbət yanaşmaycaq”.
“Teleqraf.com ” saytı
Tapdıq Qurbanlı
09 oktyabr 2023-cü il
Tumblr media
0 notes
politiciansstuff · 3 years
Text
“ABŞ, FRANSA, RUSİYA SƏFİRLİKLƏRİNİ BOYKOT ETMƏLİYİK”
“Şuşaya getmədilər, cəhənnəmə getsinlər, lənət olsun onlara!”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin dəvəti ilə ölkədəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər. Rusiya, Fransa və ABŞ səfirləri bu səfərə qatılmadılar. Niyə? Mixail Boçarnikov, Zakari Qross ilə Erl Lisenbergerin Şuşaya səfərdən imtinası siyasi və diplomatik demarş kimi qiymətləndirilməklə hansı adekvat reaksiyasını almalıdır? Nəzərə alsaq ki, hər üç dövlət ATƏT-in Minsk Qrupunun həmsədrləridir bu davranış həmin quruma qarşı hansı yanaşmanı ortaya qoyur?
Ölkə ictimaiyyəti və siyasi elitası hər üç dövlətin atdığı bu addımı birmənalı qarşılamayıb.
“Hələ də illüziyalara qapılırlar ki...”
Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamasında bildirib ki, Fransa, ABŞ, Rusiya səfirlərinin Şuşaya səfərdən imtina etməsi ilə bağlı sərgilədiyi ədalətsiz mövqeni birmənalı olara pisləyir.
Onun fikrincə, bu, Minsk Qrupu həmsədrlərinin Ermənistanın yanında olmasına söykənən ənənəvi siyasətinin bir epizodudur:
“Uzun illər boyu Minsk Qrupu Birləşmiş Millətlər Təşkilatından aldığı mandatı mahiyyəti üzrə reallaşdıra bilmədi. İşğal olunmuş torpaqlarımızın işğalda qalması üçün Ermənistana mümkün olan və olmayan köməkləri göstərdi. Artıq 44 günlük müharibədə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin Ermənistan üzərində qələbəsindən sonra situasiya tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və bu reallığı da yaradan Azərbaycan oldu. Biz əslində heç vaxt ATƏT-in Minsk Qrupunun üzvlərindən ədalət, obyektivlik gözləməmişik. Onlar ədalətə, beynəlxalq hüquqa hörmət etsəydilər, 30 il zaman kəsiyində Ermənistanı ciddi sanksiyalarla üz-üzə qoyardılar. Ermənistanı torpaqları işğaldan azad etməyə məcbur edərdilər. Bunu ordumuz etdi. ATƏT-in Minsk Qrupu üzvləri öz ideyalarına sadiq qalaraq Ermənistanda revanşist qüvvələrin yanındadır. Paşinyanı sığallamaqda, onu stimullaşdırmaqda davam edirlər. Təsadüfi deyil ki, son vaxtlar Azərbaycan-Ermənistan sərhədində ermənilər yenə də atəşkəs rejimini pozmaqdadırlar. Məhz Amerikanın, Rusiyanın, Fransanın Ermənistanın yannda olması Ermənistanı ruhlandırır və elə güman edir ki, Azərbaycana qarşı öz məkirli planlarını yerinə yetirmək şansı qazanacaq. Hələ də illüziyalara qapılırlar ki, Azərbaycanın ərazilərində yaşayan ermənilərə status veriləcək və ermənilərin öz arzu etdikləri formada yaşayışlarını təmin edəcəklər. Amerikanın, Fransanın, Rusiyanın bu münasibəti kökündən yanlışdır. Bu ölkələrin səfirləri işğala məruz qalmış və xarabalığa çevrilmiş rayonlarımızda olmadılar. İndi Şuşaya da getmədilər. Lənət olsun onlara, cəhənnəmə getməsinlər!.. Onlar 1992-ci ildən 20-ci ilə qədər Azərbaycana nə xeyir verdilər, nə töhfə verdilər ki, heç nə”.
Bu gün Ameriaka ilə Rusiyanın qarşı-qarşıya dayanan ac canavarlar kimi bir-birini yeməyə hazır olduğunu deyən deputat, bu dövlətlərin regionda yürütdüyü məkirli siyasətə diqqət çəkib:
��ABŞ və Avropa İttifaqında olan Fransa Gürcüstanın ərazi bütövlüyünü tanıyır, Rusiyanın Abxaziya və Osetiyadan çıxmasını tələb eliyir, Moldovanın ərazi bütövlüyünü tanıyır, Kırımın ilhaq edilməsini qətiyyətlə pisləyir və ona görə Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Şərqi Rusiyanın Rusiyanın nəzarəti altına keçməsində çox hirsli görünür və bunu Rusiyaya bağışlamaq istəmir. Ancaq Azərbaycan bu gün BMT-nin, ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü öhdəliklələri yerinə yetirir, yenə də bunlar ədalətin, haqqın yanında deyillər. Bu məkirli, ikiüzlü, riyakar bir mövqedir”.
F.Ağamalı hesab edir ki, Azərbaycan Rusiya, Fransa və Amerikanın bu mövqeyinə öz tərəfindən adekvat cavamlar verməlidir. O, siyasi sferada bir çox həmkarlarımın çağırışlarına qoşularaq hesab edir ki, nə Rusiyanın, nə Amerikanın, nə də Fransanın Azərbaycanda keçirmiş olduqları tədbirlərə qatılmamalıyıq:
“Nə siyasətçilır, nə millət vəkilləri, nə jurnalistlər, nə vətəndaş cəmiyyətləri, nə də onların mayalandırdığı QHT adı altında gizlənən 5-ci, 6-cı, 10-cu kolonun adamları bu səfirliklərin tədbirlərinə qatılmamalıdır. Kimlər görüşə gedərsə, xalq olaraq, siayasətçilər olaraq, jurnalistlər olaraq, mətbuat olaraq onların üzərinə gedilməlidir. Biz iradəmizi ortaya qoymalıyıq. Dövlət yəqin ki, öz tədbirlərini görəcək. Ancaq biz də siyasətçilər, vətəndaş cəmiyyətləri olaraq öz iradəmizi ortaya qoyub onları ifşa etməliyik. Hətta ABŞ, Fransa, Rusiya mallarının alınmasını da boykot eləməliyik. Cəhənnəm olub gedib məhsullarını Ermənistanda satsınlar”.
“Həftə içi.az” “saytı
T.Qafarlı
13 İyul 2021-ci il
https://versus.az/article/az/29290?fbclid=IwAR3cxslf2prP50VUQmHdbWXuCEz_p5SgWRrzif3K_8vEKccAgexgDW3AalI
https://hafta.az/susaya-getmediler-%C2%A0-abs,-fransa,-rusiya-sefirliklerini-boykot-edek-–-muzakire-304465-xeber.html
Tumblr media
0 notes
listeliyi · 7 years
Link
via Təcili: Azərbaycanda qazın qiyməti bahalaşdı - Əhali ayağa qalxdı http://ift.tt/eA8V8J Tarif Şurasının təbii qazın qiymətini qaldırmasından sonra Azərbaycanın regionlarında əhalinin təbii qazdan imtinası başlayıb. Bu məsələdə xüsusilə meşə zolaqlarının ətəyində yerləşən şimal və cənub rayonları fərqlənir. Qalan rayonlarda isə qazın pulun ödəyə bilməyən yoxsul ailələr meyvə ağaclarının qurumuş budaqlarından və təzəkdən istifadə edirlər. Bu meyl 2017-ci ilin yanvar ayından başlanıb. Çünki Tarif Şurasının 28 noyabr 2016-cı il qərarına əsasən ilin əvvəlindən qaz istehlakı 1700 kubmetri keçərsə, tariflər 2 dəfə yüksəlir. Yəni illik istehlakın 1700 kubmetri keçməyən hissəsi üçün istehlakçılar bir kubmetr üçün 10 qəpik ödəyirlər, amma istehlakın 1700 kubmetrdən çox olan hissəsi üçün isə tarif 20 qəpik müəyyənləşdirilib. Bu kənd ailələri onsuz da yüksək olan qaz tariflərini iki qat ağırlaşdırdı. Təxmini hesablamalara görə, bir ailə məişət məqsədləri üçün qış mövsümündə iki "ceyran" sobası və bir qaz plitəsi hesabı ilə ən azı 600 kubmetr qaz yandırır, yəni 60 manat ödəməlidir. Bu minvalla kənd ailəsi Tarif Şurası tərəfindən güzəştli adlandırılan limiti Novruz bayramına qədər keçir. Amma evini rahat qızdıran ailələrin aylıq tarifi isə 100 manatı keçir. Yəni fevraldan sonra ailə bir neçə ay (mart, aprel, oktyabr, noyabr və dekabr aylarında) 200 manat qaz pulu ödəməyə məcbur olur. Amma İstiPress-in əməkdaşlarının müxtəlif regionlarda apardığı araşdırmalar göstərir ki, kənd ailələri bu qədər pulu ödəmək istəmirlər və alternativ kimi əsasən odunu seçirlər. Məsələn, Şəkidə kəndlərin əksəriyyətində təbii qaz olsa da sakinlər evi qızdırmaq üçün oduna üstünlük verirlər. "Bizim kənddə 3-4 ildir ki, qaz var. Amma biz qazı əsasən yemək bişirmək üçün istifadə edirik. Evi qızdırmağa isə odun istifadə edirik", - deyə Ramin adlı Şəki sakini vurğulayır. Raminin sözlərinə görə, Şəkidə bir evi qış mövsümündə 20 kubmetr odun tam təmin edir: "Burda odunun bir kubunun qiyməti 12-14 manat arasında dəyişir. Yəni bir ailə 240-280 manat xərcləməklə bütün qışı evini təmin edir. Yəni bu, ayda qaza 200 manat verməkdən çox əlverişlidir. Çox ailələr isə odunu özü tədarük edir və ümumiyətlə pul vermir". İstiPress-in araşdırmasına görə, digər regionlar da vəziyyət eynidir. Portalın Şimal bürosunun müxbiri Aytəkin Alxaslının məlumatına görə, indi şimal rayonlarının əksər sakinləri dədə-baba adətinə, yəni odun sobalarına qayıtmalı olublar. Məsələn, Qusarın Aşağı Ləyər kəndinin bir çox sakinləri də qaz sobasını odun sobası ilə əvəz ediblər. İstiPress-in əməkdaşları kənddə Babayevlər ailəsində çəkiliş apararkən həyətdə qırılmış meyvə ağaclarını görüblər. Evin sahibəsi Gülyaz Babayeva maddi imkansızlıqdan bu yola atdıqlarını, nə qaz pulu verməyə, nə də odun olmağa imkanı olmadıqlarını dedi. Onun sözlərinə görə, hökümət əhalinin kasıb təbəqəsini nəzərə alıb qiymətlətin köhnə qiymətdə qalmasına şərait yaratmalıdır: "Məcburuq, həyətdəki meyvə ağaclarını kəsək, yandıraq". Qazın bahalaşması regionda odun dəllalarının əl-qolunu açıb. Bir maşın odun almaq üçün sakinlər əvvəl 100 manat verirdilərsə, indi bu məbləğ 150 -200 manata çatıb. "Xaçmazın Yalama meşə mühafizəsi və bərpası müəssisəsinin rəisi Adil Məcidov meşələrdə qanunsuz ağac kəsənlərə qarşı ciddi mübarizə apardıqlarını söyləyir. Qusar və Yalama meşə mühafizəsi müəssisələrindən də meşə qənimlərinə qarşı ciddi mübarizə apardıqlarını deyirlər, amma həm də etiraf edirlər ki, hələ də ağac kəsənlər var",- deyə Aytəkin Alxaslı vurğulayır. İstiPress-in Cənub bürosunun müxbiri Esmira İsmaylovanın araşdırmasına görə, qazın bahalaşması bölgədə oduna tələbatı artırıb və uyğun olaraq qiymətləri qaldırıb. Əgər bölgədə bahalaşmaya qədər 1 kub.m odun 5-6 manata satılıbsa indi 10-13manata satılır. Astara rayonun Şiyəkəran kənd sakini Yunus Qulamov bildirib ki, evi qızdırmaq üçün əsasən odun yanacağı işlədirlər: "Bizim ailədə də mətbəxdə yemək bişirmək, hamamı isitmək üçün odundan istifadə edirik. Evdə taxta tullantıları olanda da peçə atırıq ki, qaza qənaət edək, limiti aşmayaq. Yoxsa, o qədər pulu hardan tapaq? Kənd yeridir, birtəhər edirik ki, xərcimiz az çıxsın". Bölgə də haqqını ödəmədiyinə görə qazı kəsilənlərin də var və onların əlacı yalnız oduna qalıb. Son ayda bu məqsədlə odun alanların sayının daha çox olduğu bildirilir. Bu isə nadir Talış meşələrinə yaxşı heç nə vəd etmir. Adı "Qırmızı kitab"a düşən ağaclarla zəngin meşələri yenidən gizli ya aşkar qırılma təhlükəsi gözləyir. Kənd ailələrinin evi elektriklə qızdırması daha əlverişsizdir. Kənd evinin ehtiyaclarını qarşılamaq üçün evdə ən azı 2 ədəd 2,5 kilovattlıq plitə yanmalıdır. Bu gün ərzində 120 kilovatt, ayda isə 3600 kilovatsaat enerji sərfi deməkdir. Bunun 300 kilovattsaatı 7 qəpikdə hesablanır, yəni 21 manat nəzərdə tutulur. Yerdə qalan 3300 kilovatsaata görə isə kənd ailəsi 363 manat, yəni toplam 384 manat ödəməlidir. Yəni evi qazla bahalı tariflə qızdırmaqdan iki dəfə baha çıxır. Azərbaycan bu məsələdə, 2014-cü ilin Ukraynasını xatırladır. Onda Ukrayna qazın tarifini qaldırmışdı. Onda əhali kütləvi şəkildə kömür və odun sobalarına keçməyə başladı. Amma Azərbaycan Ukraynanın ən yaxın qonşusunun - Belarusun da yolunu seçə bilərdi. Belarusda yay vaxtı qazın bir kubu əhaliyə 14,5 sentdən satıldığı halda qışda 4 sentə satılır. Minsk kubu 14 sentə aldığı qazı əhaliyə 10 senti ucuz satır. Yəni Belarus hər kubda 10 sent itirir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində Azərbaycanın bu məsələni vəsait itirmədən həll edə biləcəyini vurğulayır: "Azərbaycanda əhali ildə yalnız 3 milyard kubmetr qaz işlədir. Bunun 2 milyard kubmetri BP tərəfindən pulsuz verilən səmt qazıdır. BP səmt qazını ilk dəfə SOCAR-a verən zaman bunun əhalinin qazla təmin edilməsi üçün verildiyini bildirmişdi. Yəni faktiki olaraq əhaliyə verilən qazın yalnız 1 milyard kubmetrinə pul ödənir". Yəni həmin qazın yalnız 1 milyard kubmetri üçün "Azneft" İB-ə tərəfindən hasil edilir və min kubmetrin maya dəyəri 140 manata düşür. Beləliklə, əhaliyə verilən qazın 1 kubmetri 4,7 qəpiyə düşür. Yəni SOCAR istəsə, heç bir xərcə düşmədən Belarus yolu ilə gedib qış aylarında əhaliyə verilən qazın kubmetrini 5 qəpikdən sata bilərdi. Bu isə Azərbaycanı canlı aləmin daha bir qırğınından - ağac qırğınından xilas edə bilərdi.
0 notes