Tumgik
#təlimçi
elmirtahmazov · 1 year
Photo
Tumblr media
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “vurmasan düzəlmir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Bu cür halların qarşısını almaq istəyirsinizsə, 19 fevral bazar günü, saat 13:00-da Edulance təlim mərkəzində baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Ətraflı məlumatı elan mətnindən oxuya bilərsiniz. Qeydiyyat: 055 232 92 92 #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/CoxNFa1N1WI/?igshid=NGJjMDIxMWI=
0 notes
gunelfarkhad · 11 months
Text
40 yaş keçid yaşıdır...
Gələn ay 40 yaşım olacaq. Kəskin qərarlar vermək, dəyişiklik etmək istəyirəm. Öz işim olsun, distant və yaradıcı iş olsun, kopirayter, interyer dizayner, təlimçi, video bloqçu kimi iş qrafiki sərbəst və evdən işləmək imkanı olsun. Məzuniyyətdə olduğum dövrdə çox düşündüm. Gördüyüm işi sevərək görmək, işimdən həzz almaq istəyirəm… 21 yaşımdan işləyirəm. Dəfələrlə karyeramda yüksəlişlər olub,…
View On WordPress
0 notes
sakhavats-blog · 1 year
Text
Mühasibat uçotu və 1C kursu
Mühasibatlıq kursları
“İnnab Business School”-un təşkil etdiyi Mühasibatlıq kursları və 1C proqramı təlimi müddətində tələbələr müəssisədə çalışan hər hansı bir mühasibin bilməli olduğu nəzəri və praktiki biliklərə sahib olacaqdır.Müasir müəssisəsinin gəlir və xərclərinin, mənfəət və zərərinin, inventarlarının, vergi və iqtisadi öhdəliklərinin uçotu aparılması, biznesin cari durumunun təhlil edilməsi onun ən vacib əməliyyatları hesab edilir. Ona görə də bu əməliyyatları icra edən peşəkar mühasiblərə böyüklüyündən və harada yerləşməsindən asılı olmayaraq bütün müəssisələrdə ehtiyac duyulur. Peşəkar mühasib olmaq üçün mühasib kurslari sizin üçün çox faydalı olacaqdır. Təşkil olunan mühasib kurslari zamanı sizə tədris olunan mühasib dərsləri ilə siz istənilən yerdə işə başlamaq üçün ən zəruri bilik və bacarıqlarla təmin olunacaqsınız. Mühasib kursları yüksək bilik və bacarıqlara malik mütəxəssislər tərəfindən həyata keçirilir.
1 C proqramı kursu
1 C proqramı mühasibatlıq işlərində ən çox istifadə olunan bir proqramdır. Mühasiblərin bilməli olduğu ən önəmli 1 C proqramımnın tədrisinə bu kursda xüsusi diqqət verilmişdir. Mühasibatlıq təlimlərinin təşkili üzrə də bazarda ciddi paya və reputasiyaya malik “İnnab Business School” tərəfindən ölkəmizin reallıqlarına uyğun praktiki təlimlər təşkil olunur. “Mühasibatliq kurslari və 1C proqrami” təlimi müddətində təlimçi tərəfindən ilkin əməliyyatlardan son maliyyə hesabatlarının hazırlanmasınadək mühasibat uçotu əməliyyatlarının izahı edilir. Əməliyyatların 1C proqramında məşq edilərək tam mənimsənilməsinə isə xüsusi diqqət ayırılır.
Mühasibatlıq və 1 C proqramı kursuna qeydiyat
“İnnab Business School” tərəfindən təşkil olunan praktiki “Mühasibatlıq kursları və 1C proqramı” təliminə elə indi qoşulun, müəssisə və təşkilatlarda mühasibat uçotu və 1C ilə bağlı işləri sərbəst icra edin.
Qeyd: Təlimi müvəffəqiyyət və fərqlənmə sertifikatı bitirən şəxslərə təlimin sonunda “55 dərsə Excel” kitabı pulsuz təqdim olunacaq.
0 notes
bytoghrul · 2 years
Text
Təhsil sistemini kurs rəhbərləri, təlimçilər və repetitorlar idarə edirlər?!
Bu suala cavab tapmaq və ya bu fikri əsaslandırmaq üşün mərkəzi təhsil idarəetmə orqanlarındakı ali vəzifəli məmurların əvvəlki iş yerlərinə baxmaq kifayətdir. Təhsil naziri, hörmətli Emin Əmrullayev “Kaspi” təhsil şirkətində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb. Xaricdə təhsil aldığı üçün qanunvericiliyin dövlət qulluğuna qəbul üçün test imtahanı mərhələsindən azad olunmaq güzəştindən yararlanan Emin Əmryllayev sonradan Təhsil Nazirliyində məsləhətçi vəzifəsindən nazir vəzifəsinə qədər yüksələ bilib. Onu da qeyd edək ki, bir vaxtlar onun nazir müavini kimi təqdimatı təqdim edilsə də, o bu vəzifəyə uyğun bilinməmişdi. Necə ki, indiki təhsil nazirinin müavini Muxtar Məmmədov əvvəl icra etdiyi bütün ali dövlət qulluğu vəzifələrini müsabiqədən keçmədən, uzun illər həvalə qaydasında icra edərək siyasi təyinat olan nazir müavini postuna qədər irəliləyə bilib. Təhsil Nazirliyinin ��mumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev də bu təyinata qədər "Kaspi” liseyinin icraçı direktoru vəzifəsində çalışıb. Bir az da dəqiq desək rəsmən "Kaspi” Mətbuat və Təhsil Mərkəzinə rəhbərlik Elnur Əliyevdə olsa da faktiki bu şirkətin kimə məxsus olmasını və onu əslində kimin idarə etməsi ölkədə hamıya bəlli olan məsələdir. Hazırda pedaqoq olmayan Elnur Əliyev və Muxtar Məmmədov cütlüyü ölkə üzrə ümumi təhsili idarə edən ən səlahiyyətli məmur kombinasiyasıdır. Nazirliyə birbaşa tabe təhsil müəssiələri də daxil olmaqla yeni yaradılan Regional Təhsil İdarələrinə qədər bütün ümumtəhsil məktəbləri və idarəetmə qurumları bu şəxslərin kuratsiya və tabeçiliyindədir.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və Təhsil İnstitutunun son illər dəfələrlə adı dəyişdirilən Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva cütlüyü də primitiv təlimçilikdən bu yüksək vəzifələrə ayaq açan adi müəllimlərdirlər. Təhsil İnstitutuna və tabeliyindəki Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinə “Cağ öyrətim” və “Hədəf” şirkətlərinin liseylərindən, “Araz” və sair kurslardan xeyli sayda repetitorlar və təlimçilər də vəzifələrə gətirilmişlər. “Hədəf” liseyindən Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin edilən adi bir repetitor olan Elxan Nəcəfov hazırda Lənkəran-Astara Regional Təhsil İdaərsinin müdiri vəzifəsinə gətirilib. O bu regional idarəyə təyin ediləndən sonra bir vaxtlar onunla eyni özəl kursda işləyən repetitor Famil İsayevi müavin, Rəhim Rəhimovu isə sektor müdiri vəzifələrinə təyin edib. Kurslardan edilən bu təyinatlarda maraqlı cəhət 1 milyon əhalisi olan regionun 554 məktəbini idarə edəcək müdir və müavininin dövlət ümumtəhsil məktəbində adi müəllim belə heç vaxt işləməməsidir. “Hədəf” liseyinin digər əməkdaşı Anar Mustafazadə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsində çalışır. “Hədəf” lideyindən olan təyinatlar xarakterinə görə Dövlət Gömrük Komitəsindəki təyinatlardan əsla fərqlənmir.
Təhsil İnstitutunun təlimlərini tenderdə udmaq üçün formal yardılan "Mədəd Azərbaycan", "Təhsildə İnnovativ Texnologiyalar" və "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi” özəl əlavə təhsil mərkəzlərində çalışan bir sıra şəxslər də Təhsil Nazirliyinin strukturunda vəzifələrə gətirilmişlər. Buna "Mədəd Azərbaycan" da icraçı direktor işləmiş Vüsal Xanlarov Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə müdir vəzifəsinə gətirilməsi ən parlaq nümunədir. Onu da əlavə edək ki, bu təyinatdan sonra Vüsal Xanlarovun qardaşı Rəşad Xanlarov peşə təhsil müəsisisəsinin rəhbərliyindən birbaşa Təhsil Nazirliyinin İformasiya və vətəndaşlara xidmət şöbəsinə müdir təyin edildi. Təhsil Nazirliyi sistemində iki eyni təyinatlı və əhəmiyyətli vəsifəni Xanlarov qardaşlarının icra etməsi isə sual doğuran bir haldır. "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi” adlanan özəl kursun rəhbəri olan adi bir təlimçi İlkin Həsənovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinə direktor təyin edilməsinə isə söz və izah tapmaq çətindir. Pandemiya ilə əlaqədar elan edilən karantin zamanı Təhsil Nazirliyinin virtual platformalarından ancaq bu kursun təlimçiləri kurslarının reklamı mqəsədi ilə istifadə edə bildilər.
Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən təhsil işçilərinin yenidənhazırlanamsı, təkmilləşsidirlməsi və ixtisasartırması kurslarını formal elan edilən tenderlərdə hazırda bu nazirlikdə vəzifə tutan məmurların əvvəllər təsis etdikləri əlavə təhsil müəssisələrinin qalib gəlməsi artıq ölkədə heç kimə sirr deyil. Kölgə təhsili hesab edilən, dövlət təhsil sisteminin boşluqlarından maddi yararlanan kursların, təlimçilərin və repetitorların artıq Təhsil Nazirliyi strukturlarındakı ali vəzifələrə kütləvi sürətdə təyinatı gələcəkdə məktəblərin daha da nüfuzsuz olmasına və məktəbdənkənar təhsilin çiçəklənməsinə gətirib çıxaran təhlükəli tendesiya hesab edilməldir. Əvvəllər özəl təhsil müəssisələrində çalışmış bu məmurlar köhnə iş yerləri ilə de-yuri əlaqələrini kəssələr də dafakto bu təhsil müəssisələrini himayə etməkdə davam edirlər. Hətta məktəblərin monitorinq imtahanlarını belə bu təhsil müəssisələri formal tenderlərdə qalib gələrək həyata keçirirlər. Müəllimlərin, tədris yardımçı heyətin və məktəb rəhbərlərinin mərkəzləşdirilmiş işə qəbul müsabiqələrinin test və müsahibə mərhələsində, nazirliyin icra etdiyi layihələrdə özəl kurs əməkdaşlarının açıq-aydın bu və ya digər formada iştirakı barədə isə sonradan ətraflı araşdırma aparıb ictimaiyyətə məlumat verəcəyik.
1 note · View note
pdfsayar · 2 years
Text
Tarix Iı Hissə Test Toplusu İndir
Tarix Iı Hissə Test Toplusu İndir
10 sonuç Boyut Önizleme İndirme AzƏrbaycan Respublikası TƏhsil Nazirliyi “naxçıvan” …Semestr II Təlimçi Zamanov Elçin Dağbəyi oğlu E-mail: zamanlielcin@yahoo .com Tel: (050) 5659303 Dərs günləri və saatları I gün III-saat, IIgün- III -saat Tədris Dili Azərbaycan dili Baza/Seçmə Baza 3.Süleymanov N.M. S 4. Onullahi S.M. Paytaxtın T Tələb olunan dərsliklər və dərs materialları 1.XX əsr Azərbaycan…
View On WordPress
0 notes
yasamkocu · 3 years
Photo
Tumblr media
✅PM Akademiya #Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi və Türkiyə Mylife #PsikolojikDanışmanlık Merkezleri tərəfindən təşkil olunan online təlimlər paketini təqdim edirik 📌4 təlim - 4 sertifikat 📌Təlimlərin adları: ​#MMPI - Minnesota... ✅Multiphasic Personality Inventory qiymətləndirmə təlimi ✅Fərdlər və cütlüklər üçün həll mərkəzli tətbiqedici terapiya təlimi ✅Ailə, evlilik və cütlük danışmanlığı təlimi ✅Klinik görüşmə bacarıqları 📌Təlimçi: Prof. Dr. #EkremÇulfa 🔖#Sertifikat: İştirakçılara PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi və Türkiyə Mylife Psikolojik Danışmanlık Merkezleri təsdiqli sertikat veriləcəkdir. 📌Təlimdə kimlər iştirak edə bilər: #Psixoloqlar, psixoloji məsləhətçilər 📌#Təlimçi haqqında: http://www.ekremculfa.com/ ✅Qeydiyyat: https://forms.gle/MHKEaZ77sqVM956X8 Tarix: 12,13, 14, 15, 16, 17 Yanvar 💳Qiymət: 150AZN 📌Ödəmə üsulu e-manat, milliön və card to card vasitəsilə mümkündür. (Qeydiyyatdan keçənlərə ödəniş üsulu izah ediləcək) @profdrekremculfa @pmakademiya @mylifedanismanlik @mylifepsikoloji @aileterapi @acibadempsikolog @anadoluyakasipsikolog @psikoterapistan @evlilikpsikologu @istanbulpsikolog @istanbulpsikoterapist (Psikolog 0544 7243650) https://www.instagram.com/p/CJwKSy7j2rY/?igshid=vo3uvy161bks
1 note · View note
maviliblogsworld · 3 years
Text
Karantin dövrü çox "təlimçi" yetişdirdi
11 notes · View notes
pulsuzelanlar · 3 years
Video
youtube
Keçən həftənin TOP10 ən populyar iş elanları və ən maraqlı vakansiyaları sizin diqqətinizə təqdim edirik:- 149 Avto Təlim Xidmətinə Təlimçi xanım tələb olunur, Maaş 1500 manat- İmereti Nani restorana Xəngəl bişirən tələb olunur, Maaş 1000 manat- Bakstone Construction şirkətinə Satış meneceri tələb olunur, Maaş 1000 manat- Clopos - Restaurant & Retail POS şirkətinə UX/UI Dizayner tələb olunur, Maaş 1000 manat- Ev Azərbaycan şirkətinə Qeydiyyatçı tələb olunur, Maaş 650 manat- Azpetrol şirkətinə Yanacaqdoldurma məntəqəsinə kassir-operator tələb olunur, Maaş 600 manat- Colibri Groups şirkətinə SMM-menecer tələb olunur, Maaş 500 manat- İmprotex Motors şirkətinə Təhlükəsizlik xidmətinin müfəttişi tələb olunur, Maaş 475 manat- BRAVO marketə Xəzinədar tələb olunur, Maaş 437 manat- Altın su şirkətinə Sürücü tələb olunur, Maaş 400 manatBakı şəhərində və rayonlarda digər iş elanlar və vakansiyalar https://tut.az/is saytında tapa bilərsiz
0 notes
tajirgah · 4 years
Photo
Tumblr media
🛍 Lover-Beauty Arıqlama Alt paltarları Bodysuit Body Shaper Qadın Bel Təlimçi Şəkildə Keçmiş Doğuşdan Sonra Bərpa Butt Lifter Panties 🏷Qiyməti : 55 AZN 💵Ödəniş : MilliÖn, Kart2Kart, Poçt 📦Çatdırılma : 15-20 Gün 📱WP : 0702500250 📞 📥Direct : @tajirgah 📥 #baku #baki #ganja_city #sumgayit #alisveris #azerbaycan #azerbaijan #azerbaycaninsta #azerbaycaninstagram #naxcivan #gedebey #semkir #qazax #agstafa #seki #qax #balaken #gence #mingecevir #yevlax #şuşa #xankendinivur #agdam #xocavend #kelbecer #lacin #zengilan #agdere #fizuli #qubadlı https://www.instagram.com/p/CDEjarSHaqU/?igshid=1jygkky20yd5m
0 notes
kenanragimoffus · 5 years
Photo
Tumblr media
“Liderlik və İdarəetmə” təlimində - İKTLB və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləri ilə Liderlik potensialını aşkar edib inkişaf etdirməsi düsturu açıqlandı. Təlimçi: Kənan Rəhimov. 🤗👍 #iktlab #ragimoff #leadership #management (at Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) https://www.instagram.com/p/Bzye1ZYn_QL/?igshid=684d2u7x8syv
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözümə baxmır” “ancaq bağırandan sonra söz eşidir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Əgər belə hallar sizin evinizdə də baş verirsə, 27 noyabr bazar günü, Bakı vaxtı ilə saat 10:00-da Zoom vasitəsi ilə baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Qeydiyyat: 055 269 92 92 #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideynlik #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakı #azərbaycan🇦🇿 https://www.instagram.com/p/ClLMYwatZ0-/?igshid=NGJjMDIxMWI=
0 notes
yenigence · 4 years
Link
Paylaşdı: Yeni Gəncə
0 notes
behbud7-blog · 7 years
Photo
Tumblr media
Padşah bir gün vəzirdən soruşur: -Təhsil önəmlidir, yoxsa xarakter? Vəzir düşünmədən cavab verir: -Xarakter padşahım. Padşah məmləkətin hər yerinə dəvətnamələr göndərir. -"Ey əhali, ən yaxşı hayvan təlimçisinə yüz kasa qızıl veriləcəktir." Bir müddət sonra ən yaxşı hayvan təlimçisi padşahın hüzuruna gətirilir. Padşah hayvan təlimçisindən soruşur: -Bir pişiyə padnosla xidmət etməyi ne qədər zamanda öyrədə bilərsən? -Altı aya öyrədərəm padşahım. Altı ay olur, təlimçi hüzura gətirilir. Padşah: -Öyrətdin mi? -Öyrəttim padşahım. Saray camaatı toplanır, pişik əlində padnos xidmət etməyə başlayır, düz vəzirin önüne gəlir: Padşah yenə vəzirdən soruşur: -Vəzir ! deyir. Təhsil önəmlidir yoxsa xarakter? Vəzir padşahın sualına cavab vermədən önce cibində hazır tutduğu siçanı yere buraxır. Pişik padnosu cəld ataraq siçanın arxasınca düşməyə başlayır. Təbii ki 6 aylıq təhsil də boşa getmiş olur. Vəzir cavab verir: -Xarakter padşahım. Önünə bir siçan düşəndə, əlinə bir fürsət keçəndə, gəliri üçün vətənini və xalqını satmaqdan təreddüd etməyəcək yüksək təhsilli "pişik"lərdən, Rəbbimiz bizi mühafaza etsin!
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Psixoterapevtin superviziyası və öz terapiyası nədir? Psixoanalitik teoriyaya görə psixoterapevt mütləq superviziya və terapiya almalıdır, koqnitiv-davranışçı teoriyada isə superviziya mütləqdir, terapiya azruolunandır. İlk öncə onu qeyd edim ki, superviziya təhsil prosesidir. Psixoterapevt hər hansı terapiya təhsilini tamamlayıb danışan görəndə mütləq superviziya almalıdır. Burda terapevtin əks-transferləri (countertransference-karşıaktarım) incələnir. Bundan əlavə supervizor üst səviyyəli peşəkar olmalıdır. Superviziyada həm terapevtin seansda etməməli olduqları həm də emosional yaşantıları həm psixoterapevtik çərçivə vəs. incələnməlidir. Nə etməməli olduqlarının içində çox şey var, məs; danışana təsəlli və ya məsləhət vermək. Uşaqlara görə döz, boş ver keçər və sairə. Əks-transfer’ə örnək; deyək ki, danışan ona təcavüz edənlə yenidən barışıb və biryerdə yaşayır. Psixoterapevt superviziyada, bu vəziyyətdə rahatlıqla nə hiss etdiyini deyə bilməlidir. Psixoterapevt; bunu eşidəndə az qaldı əsəbimdən partlayım, çox şiddətli qəzəb hiss etdim. Supervizor; Bəs seansda necə qarşıladın danışanın təcavüzcüsünə qayıtmasına? Psixoterapevtin öz terapiyasına analitik teoriyada analiz prosesi (süreci) deyirlər. Hətta Freyd özü-özünü analiz etmək barədə yazırdı. Terapiya isə təhsil prosesi deyil, psixoterapevtin, keçmiş yaşantılarını, öz daxili qarşıdurmalarını həll etmək üçün vacib olan bir prosesdir. Öz daxili qarşıdurmasını (içsel çatışma) həll etməyən, hüzurlu olmayan terapevt istər-istəməz öz həyat hekayəsini terapiyaya yansıdacaq və nəticədə prosesin uğursuzluqa bitməsi ehtimalı artacaq. Superviziya və terapiya almayan ruh sağlığı mütəxəssisləri artıqca, biz xəstələrinin mesajlarını fəxrlə paylaşan psixiatrlar, seansları videoya çəkən psixoloqlar, uşağa şiddət göstərən ruh sağlığı işçiləri görməyə davam edəcəyik. ya isə adətən fərdi olur 😊 #psixiatr #drelmirtahmazov #onlinepsixoterapiya #psixoterapevt #cinsiterapevt #superviziya #emdr #triplep #pozitiv #valideynlik #proqramı #təlimçi https://www.instagram.com/p/CiDLveTqpnQ/?igshid=NGJjMDIxMWI=
0 notes
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Psixoterapevtin əsas funksiyalarından biri də danışanı peşəkar şəkildə aynalamaqdır. Aynaya bakan ben ile aynadaki ben aynı değildir; biri gerçek bir varlık diğeri ise sanal bir görüntüdür. Jacques Lacan- Fransız psixoanalist və psixiatr. #aynamərhələsi #mirrorstage #jacqueslacan #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psikoterapi #cinselterapist #psixoterapiya #cinsiterapiya #emdr #bakü #azərbaycan🇦🇿 #kahramanmaraş #turkiye🇹🇷 https://www.instagram.com/p/ChKUx5oKil3/?igshid=NGJjMDIxMWI=
1 note · View note
elmirtahmazov · 2 years
Photo
Tumblr media
Adətən valideynlərdən bu sözləri çox eşidirik; “uşaqlar sözüm�� baxmır” “ancaq bağırandan sonra söz eşidir” “vurmasan düzəlmir” “həyat yoldaşımla uşaq tərbiyəsi mövzusunda tez-tez qarşıdurma yaşayırıq” vəs. Əgər belə hallar sizin evinizdə də baş verirsə, 28 avqust bazar günü, Bakı vaxtı ilə saat 10:00-da Zoom vasitəsi ilə baş tutacaq “Triple P- (Positive Pareting Program)” Üç P təliminə qatılın, övladınızla doğru davranmaq üçün elmi əsaslarla sübüt olunmuş 17 yeni bacarıq öyrənin. Təlim proqramı 4 saat (50 dəqiqə tədris, 10 dəqiqə fasilə şəklində) davam edəcəkdir. İnteraktiv təlimdə videolar da göstərilir. Təlimə ana-ata və ya ana-ata-baxıcı şəklində qatılmaq olar. Ətraflı məlumatı elan mətnindən oxuya bilərsiniz. Təlimlərimiz hər ayın 2-ci və 4-cü bazar günləri saat 10:00-da müntəzəm şəkildə təşkil olunmaqdadır. Qeydiyyat: 055 232 92 92 (Whatsapp) Gələcəkdə görüşmək ümidi ilə… #təlimçi #psixiatr #drelmirtahmazov #triplep #positiveparenting #program #pozitiv #valideyn #təlim #psixoterapevt #psixologiya #psixoterapiya #cinsiterapiya #emdr #bakü #azərbaycan🇦🇿 #turkiye🇹🇷 https://www.instagram.com/p/CgrCbTfg343/?igshid=NGJjMDIxMWI=
0 notes