Tumgik
#nazirlik
Text
Tumblr media
7 notes · View notes
politiciansstuff · 9 months
Text
Ədliyyə Nazirliyi AVP-yə də mənfi cavab verib - FƏZAİL AĞAMALI DEYİR Kİ...
“Siyasi Partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra Ədliyyə Nazirliyi yenidən qeydiyyatdan keçmək istəyən bütün siyasi partiyalara mənfi cavab verir.
Gununsesi.info-nun xəbərinə görə, nazirlik siyahısını geri qaytardığı partiyalardan biri də Azərbaycanın ilk siyasi təşkilatlarından olan Ana Vətən Partiyasıdır.
Gununsesi.info-ya açıqlamasında Fəzail Ağamalı bildirib ki, üzv siyahısı ilə bağlı nazirlik onlara məktub yollayıb: “Məktubda partiya üzvlərinin anket məlumatları ilə bağlı bir sıra qüsurlar göstərilib.
Bu o demək deyil ki, partiya qeydiyyatdan keçmədi. Sadəcə olaraq, təklif olunur ki, həmin qüsurlar aradan qaldırılsın və yenidən nazirliyə təqdim edilsin. Bizim partiyada da bunun üzərində iş gedir. Hesab edirəm ki, nəzərdə tutulan zaman kəsiyində biz dəqiqləşdirmələr aparıb hər şeyi yoluna qoyacağıq”.
Tumblr media
0 notes
metbuat · 2 years
Text
İraq İrana nota verib
İraq İrana nota verib
İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadiq sentyabrın 29-da İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkənin şimal ərazilərinə zərbələrin qəbuledilməz olduğu çatdırılıb. Metbuat.org xəbər verir ki, Nazirlik İran qüvvələrinin İraqın suverenliyinə və ərazi bütövlüyünə davam edən hücumlarını pisləyib və cavab verməyə hazır olduqlarını bildirib. Qeyd edək ki, İran silahlı qüvvələrinin…
Tumblr media
View On WordPress
0 notes
yesmilletinsesiinfo · 3 years
Photo
Tumblr media
#Cəlilabad rayonunda 8 saylı məktəbdəki təmir zamanı şagirdlər fəhlə kimi işlədilir? - Nazirlik məsələni araşdırır gönderdi
0 notes
retromanblog · 2 years
Text
Dünən saat 6-dan bəri rayonların birindəki mərkəzi xəstəxanadayam.İş yoldaşımın ağır qəza keçirməsi ilə bağlı.
Deməli mənə birdaha dərs oldu ki, bu ölkədə pulun olmasa ölümə məhkumsan konkret.
Ölümə məhkum.
Dünən biz gəldik dedilər ölüb demək olar yaşamaq ehtimalı 1 % ola-olmuya,işin içinə nazirlik və prakrorluq keçdikdən sonra nəsə bir möcüzə oldu elə bil. Möcüzə fln olmadı, pulun və kreslonun gücünün birdaha təsdiqi.Nifrət edirəm səhiyyə sisteminizə, nifret edirem elə ümumi bu quruluşun əmələ gəlməsində payı olan hamıya və günü gündən nifrət edirəm bu ölkəyə....
19 notes · View notes
alizadehh · 5 years
Text
Taleh Yüzbəyov
İnsanları digər canlılardan fərqləndirən əsas cəhətlərdən biri də məhz əhvalat danışma və dinləmə bacarığıdır ki, bir fərziyyəyə görə də  insanların dil açmasına səbəb elə əhvalat/qiybət danışmağa olan sevgisi olub. Bu sevgi sonradan şifahi, bir az sonra yazılı ədəbiyyata keçdi, sonra teatr oldu, axırda kinoya çevrildi. Kino əhvalatın şəkillərlə danışılmasıdır. Vaxtıykən mağaralardakı ocaqların ətrafında rəvayət danışan nağılçıların uzaq nəvə və nəticələri neçə minilliklər sonra kino çəkdilər.   Xoşbəxtlikdən bizim xalqın da qismətinə kino çəkmək düşüb. Özü də kinonun lap ilk dövrlərindən. Kinomuzun yaxşı və pis dövrləri olsa da, amma Dünya səviyyəsində dövrü  heyif ki, heç vaxt olmayıb. Səbəbini bilmirəm, amma olmayıb. Bu sahədə hər dövrdə istedadlı kino işçilərimiz olsa da, heç bir filmimiz heç vaxt dünya kino adamlarını və tamaşaçılarını başqa ölkə filmlərindən daha çox təəccübləndirə bilməyib. Nə qədər də acı olsa bu bir faktdır. Ümid indiki və gələcək nəslə qalıb. Nə qədər də öz filmlərimizə ağız büzsək, bizim indi də yaxşı kino adamlarımız var, gələcəkdə olacaq. Arzu kimi səslənsə də. İnanıram ki, bizdə də cərəyan yaranacaq, inanıram ki, biz də dünyaya öz səsimizi çatdıracağıq. Sadəcə bir az dəstək lazımdır. İlk növbədə İncəsənət universitetinə nəsə çarə qılmalıyıq. Hər şey ordan başlayır. Yoxsa kinomuzu elə bələkdə boğmuş oluruq. Əgər bunu edə bilmiriksə heç olmasa ildə bir neçə istedadlı adamı xaricə oxumağa göndərək. Sonra teatrlar və kinostudiyaya əl çəkmək. Remontu demirəm, teatrlar göstərdi ki, təmirlə iş düzəlmir. Yaradıcı insanlara kömək olmaq lazımdır. Sonra Nazirlik ayrılan pulun üstündən vicdanla götürməlidir. Demirəm götürməsinlər, vicdanla götürsünlər. Ondan sonra vergi də güzəşt etsə yaxşı olar. Əlbəttə əgər dövlət filmin inkişafında maraqlıdırsa. Bir çox dövlətlər sırf filmləri vergilərdən azad ediblər. Bizdə isə 18% ədv + 22% gəlir vergisi alınır filmlərin gəlirindən. Onsuz da elə böyük məbləğlər yığılmır. Maksimum tamaşaçı yığmış filmə 150 min adam gedib. Əhalimizin 1,5 faizi. Üstəlik gəlirin 50%-i + 10% distribyutor haqqı da Kinoteatrlara çatır. O da 2 kinoteatr şəbəkəmiz var, onlar da bir-birlərindən küsüblər. Azərbaycan filmini ikisinə də yox, yalnız ikisindən birinə verə bilərsən. Onda da maksimum 60 min adam yığılır. O da tamaşaçılar Azərbaycan kinosuna baxmaq istəsə. Nə isə... Kino mədəniyyətdir. Bir xalqın isə mədəniyyətdən dəyərli nəyi var ki? 2-3 əsrdən sonra bizi neftimizlə kim xatırlayacaq görəsən? Uzun sözün qısası, Kino günümüz mübarək!
Taleh Yüzbəyov
24 notes · View notes
Photo
Tumblr media
17 dekabr Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları Nazirliyinin yaradılmasının 20-ci ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı gününü qeyd edirlər. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin 10 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən hər ilin 17 dekabr tarixi “Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü” kimi qeyd edilir. Başda Azərbaycanın Milli Qəhramanı Mədət Quliyev olmaqla bütün nazirlik əməkdaşlarını peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, cətin və şərəfli peşələrində Azərbaycan Dövlətçiliyi naminə uğurlar arzulayıram. https://www.instagram.com/p/CXkWgkvIkV5/?utm_medium=tumblr
0 notes
intigammamedow · 3 years
Text
Azərbaycanda yeni Nazirlik yaradıla bilər ?
Azərbaycanda yeni Nazirlik yaradıla bilər ?
Azərbaycanda səhiyyə sistemi yenidən vahid qurum altında fəaliyyət göstərə bilər. Azərbaycanda yeni nazirlik yaradılır Bu barədə qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub. Bildirilir ki, hazırda Azərbaycanda səhiyyə sistemi Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və bu qurumun nəzdində fəaliyyət göstərən TƏBİB arasında bölüşdürülməklə fəaliyyət…
Tumblr media
View On WordPress
0 notes
ourfedyalenkoranski · 3 years
Link
0 notes
todaysazerbaijan · 3 years
Text
Şəkidə meşələri nazirlik qırdırır - RƏSMİ CAVAB
Şəkidə meşələri nazirlik qırdırır – RƏSMİ CAVAB
Xəbər verdiyimiz kimi, Şəkinin Bideyiz kəndi yaxınlığında yenidən meşələrin irimiqyaslı qırılmasına başlanılıb. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Todays.az Bizim.Media saytına istinadən xəbər verir ki, mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov Bizim.Media-nın sorğusuna cavab verib. Bildirib ki, Milli Meşə…
Tumblr media
View On WordPress
0 notes
politiciansstuff · 1 year
Text
Tumblr media
NAZİRLİK UŞAQPULU ƏTRAFINDA MÜZAKİRƏLƏR APARIR –
“HƏR UŞAĞA 282 MANAT...”
“Azərbaycan dövlətinin ünvanlı sosial yardım paketi var. Ünvanlı sosial yardım paketi o ailələrə verilir ki, ailə başçılarından biri işləsin, minimum təlabata uyğun olaraq, qalan ailənin üzvləri də həmin paket vasitəsilə ehtiyaclarını ödəyə bilsinlər. Ünvanlı sosial yardıma ayrılan vəsait uşaqpulu kimi ailələrə transfer olunmalıdır. Yəni, sosial yardım ailələrə uşaqpulu şəklində verilsin”.
Bu təkliflə Bizim.Media-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı çıxış edib. Onun sözlərinə görə, ünvanlı sosial yardım uşaqpuluna çevrilsə, dövlət büdcəsindən əlavə vəsaitə də ehtiyac olmayacaq:
“Ünvanlı sosial yardımın şərtləri kifayət qədər sərtdir və bəzən ona əlçatanlıq da olmur. Ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə və məbləğ yeni meyara uyğun olaraq hesablana bilər. Yaxşı olar ki, uşaqpulu ehtiyacı olan ailələrə verilsin. Əgər ailədə uşaq yoxdursa, kişi 500 manat əməkhaqqı alırsa, özünün və həyat yoldaşının minimum ehtiyacı tamamilə ödənilir.
Bundan əlavə, bir ailədə kişi 1000 manatdan yuxarı, həyat yoldaşı isə təxminən 400-500 manat civarında əmək haqqı alırsa və evdə 4 nəfər varsa, bu ailələrin uşaqpuluna ehtiyacı yoxdur.
Əgər valideynlər övladlarının sosial təminatını qarşılaya bilirlərsə, dövlət büdcəsindən onlara müavinət verilməsinə nə ehtiyac var? O ailə heç ünvanlı sosial yardım da almır. Bir sözlə bu məsələni araşdırıb, təsnifatını aparıb, ehtiyacı olan ailələrə uşaqpulu tətbiq etmək lazımdır. Bununla da ictimai müzakirələrə son qoyulur, həm də uşaqların ehtiyacları ödənilir”.
Deputat xatırladıb ki, əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələ ətrafında müzakirələr aparır:
“Amma bunu sürətləndirsə və təklif etdiyim format üzrə tətbiq edilsə, yaxşı olar. Dövlət büdcəsi hamımızındır, ona nə qədər qənaət olunarsa, bir o qədər pensiyalara, aztəminatlı ailələrə dəstək olar. Hesab edirəm ki, ehtiyacı olmayan ailələr tərəfindən də bu format anlayışla qarşılanar”.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb. Fəzail Ağamalının təklif etdiyi kimi ünvanlı sosial yardım uşaqpuluna transfer olunarsa, hər uşağa 282 manat məbləğində müavinət kəsilə bilər.
“Bizim.media.az” saytı
Alçina Amilqızı
16 noyabr 2022-ci il
0 notes
metbuat · 2 years
Text
Nazirlik 5.3 milyon manatlıq vaksin satın alır
Nazirlik 5.3 milyon manatlıq vaksin satın alır
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Forester LLC ilə 5.2 milyon manatlıq müqavilə bağlayıb. Banker.az xəbər verir ki, müqavilədə xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksinlərin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 5 176 670 manatdır. banker.az
Tumblr media
View On WordPress
0 notes
yesmilletinsesiinfo · 3 years
Photo
Tumblr media
#Nazirlik işçisi” külli miqdarda pul mənimsədi: Özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs həbs edildi  gönderdi
0 notes
carlifestylebaku · 3 years
Photo
Tumblr media
Cənubi koreyalı avtomobil istehsalçısı SsangYong, müflisləşdiyini elan edib. Şirkətin təxminən 60 milyard won (yəni 54.3 milyon $ ve ya 92.3 milyon manat) borcu ödəyə bilmədiyi üçün müflisləşmə ilə bağlı müraciət etdiyi bildirilib. Ümumiyyətlə, SsangYong uzun müddətdir ciddi problemlər yaşayır. Məsələn, 10 il əvvəl SsangYong, səhmlərinin 75%'inə sahib olan hindistanlı Mahindra konserni tərəfindən satın alınmışdı. Mahindra, markanı canlandırmaq və gəlirli hala gətirmək üçün çox çalışsa da, SsangYong borc içində üzdüyündən, bir tərəfdən də, satışların dayanmadan azalması səbəbindən bütün cəhdlər uğursuz oldu. İndi Mahindra, şirkətin səhmlərinin bir hissəsini ya da hamısını satın alacaq bir investor axtarır. Cənubi Koreyanın Ticarət Departamenti, SsangYong’un, şirkətə kreditorlar və maraqlı tərəflərlə danışıqlar aparmaq üçün üç ay vaxt verəcək bir "yenidən qurma dəstək proqramı" üçün də müraciət etdiyini bildirib. Nazirlik həmçinin, satış üçün danışıqların “hələ də davam etdiyini” və Mahindra’nın, eləcə də digər maraqlı tərəflərin və kreditorların da uğurlu bir nəticə umduqlarını söyləyib.   Bütün bunları nəzərə alaraq, SsangYong’un gələcəyinin necə olacağını söyləmək çətindir. Bununla birlikdə, Mahindra’nın şirkətdən qurtulmaq istədiyi də açıq aşkardır. Lakin, alıcının tapılıb tapılmayacağı da hələ məlum deyil. #CarLifestyleBaku #Baku #Azerbaycan #CarLifestyle #Azerbaijan #carporn #cars #car (at Baku, Azerbaijan) https://www.instagram.com/p/CJIicSVrdZt/?igshid=1w3yvmbk6cydv
0 notes
Photo
Tumblr media
Yaranmasının 103-cü ildönümünü şanlı Zəfərlə eyni ərəfədə qeyd edən Azərbaycan Ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Əminliklə deyə bilərəm ki, ədliyyə orqanları respublikamızda hüququn müxtəlif sahələrini əhatə edən inkişaf prosesində, eyni zamanda, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdə müstəsna yer tutur. 1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt - nazirliyin əsasnaməsi təsdiq olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə isə 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ölkəmizdə ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması ulu öndər Heydər Əliyev Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdən başlayıb. Danılmaz faktdır ki, müstəqilliyin bərpasından sonra məhkəmə-hüquq və bütövlükdə ədliyyə sisteminin təkmilləşməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə bütün sahələrdə geniş vüsət alan islahatlar ədliyyə və məhkəmə orqanlarını da tam şəkildə əhatə edib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib. Azərbaycan ədliyyəsinin inkişafı üçün həyata keçirilən islahatlar bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son 18 ildə Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib. Müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi nəticəsin https://www.instagram.com/p/CWV-94FteKm/?utm_medium=tumblr
0 notes
intigammamedow · 3 years
Text
Ağdamda Partlayış nəticəsində Azərbaycan hərbçisi həlak olub.
Ağdamda Partlayış nəticəsində Azərbaycan hərbçisi həlak olub.
Fevralın 4-də döyüşlər dayandırıldıqdan sonra Azərbaycan Ordusunun nəzarətinə qaytarılmış Ağdam rayonunda baş verən partlayış nəticəsində əsgər Qubad Zeynalov həlak olub. Digər iki hərbi qulluqçu, Nemət Babayev və Balaqardaş Məlikməmmədov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, hazırda yaralılar həkim nəzarətindədir,…
Tumblr media
View On WordPress
0 notes