Tumgik
#ədliyyə
metbuat · 2 years
Text
VİDEO
“Neftçi” klubu 44 günlük Vətən müharibəsinin şəhidi Elyar Mirzəyevlə bağlı video paylaşıb. Metbuat.org xəbər verir ki, bu gün doğum günü olan şəhid müharibədən əvvəl peşəkar futbolla məşğul olub.  O, 2002-ci ildə Ədliyyə Nazirliyində hərbi xidmətdə olarkən nazirliyin, Azərbaycan çempionatının güclülər dəstəsində mübarizə aparan futbol klubunun (“Ədliyyə”) üzvü olub. Hərbi xidməti başa vurduqdan…
Tumblr media
View On WordPress
0 notes
hakimiyyet · 2 months
Link
0 notes
politiciansstuff · 8 months
Text
HƏR UĞURA BÖHTAN, ŞƏR ATAN ƏLİ KƏRİMLİ BU DƏFƏ DƏ...
Hazırda Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydiyyat prosesi davam edir.
Bir sıra partiyalar artıq qeydiyyata alınıb, bir neçəsi də qeydiyyatın nəticələrini gözləyir. Eyni zamanda, bu proses başa çatdıqdan sonra siyasi idarəetmədə və qanunvericilikdə bir sıra dəyişikliklərin olacağı ilə bağlı da iddialar var. Bütün bunlarla bağlı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Cümhuriyət”-in suallarını cavablandırıb.
Yeni mərhələyə qədəm qoyulacaq
- Fəzail bəy, partiyanın qeydiyyat prosesi bitdi. Sonrakı mərhələ üçün plan nədir?
- Müasir dövrün çağırışlarına cavab verən və yüksək səviyyədə hazırlanıb cəmiyyətə təqdim olunan “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun olaraq, digər partiyalar kimi Ana Vətən Partiyası da məsələyə məsuliyyətli və ciddi yanaşmağa çalışdı. Biz birinci mərhələdə sənədləri təqdim edəndən sonra müəyyən iradlar oldu.
Buraxılan səhvlər və nöqsanlar diqqətimizə çatdırıldı, biz də tezliklə bunları aradan qaldırdıq və ikinci dəfə Ədliyyə Nazirliyinə təqdim etdik. İkinci müraciətimizdən qısa zaman sonra, 4 sentyabrda Ədliyyə Nazirliyi araşdırmalara yekun vuraraq partiyanın qeydiyyata alınması ilə bağlı Ana Vətən Partiyasına məktub göndərdi. Bu, bizi çox sevindirdi, eyni zamanda da Ana Vətən Partiyasının üzərində çox böyük məsuliyyət qoydu. Düşünürəm ki, bütün qeydiyyata alınan partiyalar kimi Ana Vətən Partiyası da öz fəaliyyətində yeni mərhələyə qədəm qoyacaq.
- Partiyalarda yeni qanuna münasibət birmənalı olmadı. Qanunla razılaşmayanların arqumentlərini necə dəyərləndirirsiniz?
- Radikal qüvvələr, xüsusilə də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ən müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa, iqtidarı ittiham etməyə çalışsa da, bunun heç bir əsası yoxdur. Əvvəldən başlayaraq AXCP rəhbəri Əli Kərimli və onun ətrafında olan ayrı-ayrı adamlar, xüsusi olaraq Cəmil Həsənli kimi adamlar bütün sahələrdə olduğu kimi, “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsinə də böhtan, şər, ittihamlar irəli sürməyə başladılar. Onlar bilirdilər ki, çox məhdud ətrafı olan AXCP bu sınaqdan keçə və o qədər də böyük olmayan 5 min üzvü cəmləyib Ədliyyə Nazirliyinə təqdim edə bilməyəcək. Ona görə də bu məntiqdən çıxış edərək ən müxtəlif formada “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsinə qarşı çıxırdılar.
Lakin göründüyü kimi, Azərbaycan dövlətinin atdığı hər bir addıma, əldə etdiyi hər bir uğura böhtan, şər atan, ittiham yağdıran AXCP sədri və onun ətrafındakılar bu dəfə də yanlışlığa yol verdilər. “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi və artıq qüvvədədir. Həmin Qanunun tələblərinə uyğun olaraq da partiyalar qeydiyyata alınır. Kimin gücü, imkanı varsa, Ədliyyə Nazirliyi həmin partiyanı da qeydiyyata alır və alacaq. Kimsə demoqoqluqla, mənasız söz-söhbətlərlə, şərlə, böhtanla məşğul olursa, təbii ki, onlar siyasi proseslərdən hər zaman olduğu kimi yenə də kənarda qalacaqlar. Bu ərəfədə bir sıra partiyalar öz imkanlarını ölçüb-biçərək çox doğru addım atdılar. Özlərinə hörmət edərək fəaliyyətlərini dayandırdılar. Bu, doğru yanaşma idi. Bu partiyaların rəhbərləri də hörmətə layiqdir. Lakin təəssüf ki, AXCP bu cür normal yanaşmadan imtina edərək xaricdən gələn təlimatlara uyğun olaraq davranış ortaya qoymaqdadır.
Siyasi partiyalar vahid mövqedən çıxış etdi
- Qeydiyyat prosesi tam bitdikdən sonra siyasi partiyaların fəaliyyətində canlanma müşahidə edə biləcəyikmi?
- Etiraf etməliyəm ki, siyasi partiyaların canlanması son prezident seçkilərindən sonra geniş vüsət aldı. Bu, özünü bütün mənalarda göstərdi. Xüsusi olaraq Prezidentin aparmış olduğu islahatların içərisində siyasi islahatlar və onun tərkib hissəsi olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, partiyaların siyasi sistemdə yerinin və rolunun artırılması ilə bağlı yeni konfiqurasiyaların yaradılması ilə bağlı atdığı addımlar
Prezident Administirasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və həmin şöbəyə peşəkar, yüksək səviyyəli şəxslərin cəlb edilməsi Azərbaycanda siyasi partiyaların fəaliyyətinə yeni nəfəs verdi. Şöbənin rəhbəri cənab Ədalət Vəliyevin təşəbbüsü ilə çoxsaylı, hətta pandemiya dövrünün çətinliklərinə baxmayaraq onlayn konfranslar keçirildi. Müxtəlif məsələlər ətrafında dialoq baş tutdu. Vətən müharibəsi dövründə isə bir-iki radikal partiya istisna olmaqla, digər bütün siyasi partiyalar vahid mövqedən çıxış edərək Ali Baş Komandan və silahlı qüvvələrimizlə bərabər olduqlarını bir neçə bəyanatda ifadə etdilər.
Xalqımızın bir hissəsi kimi müharibənin içində yer aldılar. Etiraf edim ki, partiyaların belə bir vahid mövqe nümyiş etdirməsində Prezident Administirasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xüsusi xidmətləri oldu. Ondan sonrakı zamanda da Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi intensiv və sistemli olaraq partiyalarla işini qura bildi. İndi artıq yeni dövrün tələblərinə cavab verən, 1992-ci ildə qəbul edilmiş qanundan fərqli olaraq indiki məqamda bütün sahələrdə olduğu kimi siyasi sistemdə də bütün yeniliklərə cavab verən qanunun qəbul edilməsi siyasi partiyaların üzərinə əlavə məsuliyyət qoyur. Biz qeydiyyata alınan partiyalar, bundan sonra da xidmətlərimizi dövlətçiliyimizə, onun müstəqilliyinə, suverənliyinin qorunub saxlanmasına daha intensive, ardıcıl olaraq davam etdirməliyik. Əminəm ki, belə də olacaq.
-“Siyasi partiyalar haqqında” Qanun qəbul olunandan sonra seçki sistemində dəyişikliklərin olacağı da gündəmə gəlib. Referendumun keçiriləcəyi və proporsional seçki sisteminin bərpa olunacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Siz necə düşünürsüz, proporsional seçki sistemi bərpa oluna bilərmi?
- Hər zaman Azərbaycanda qarışıq seçki sisteminin tərəfdarı olmuşam. Proporsional və majoritar seçki sisteminin hər birinin özünəməxsus üstünlükləri var. Proporsional seçki sistemi siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun artırılmasında olduqca mühümdür. Bu seçki sistemi həm də partiyaların real gücünün bir testidir. Proporsional seçki sistemi proseslərdə daha geniş formada, effektiv şəkildə fəaliyyətini qurmaqda partiyalar üçün olduqca əhəmiyyətlidir. Düşünürəm ki, bütün siyasi partiyalar qarışıq seçki sisteminin tərəfdarıdır.
Çünki bu seçki sisteminin tətbiq olunması indiki məqamda onların maraqlarına tam cavab verir. İndiki durumda referandumun keçirilməsi ilə bağlı ən müxtəlif səviyyələrdə, partiyalarda, mediada müzakirələr gedir, təkliflər verilir. Lakin rəsmi olaraq bununla bağlı hər hansı bir informasiya yoxdur. Gələcəkdə Konstitutsiya dəyişiklikliyi əlbəttə gözlənilir, xüsusi olaraq ölkənin idarəetmə sisteminin təkminlləşdirilməsi, Vətən müharibəsindən sonra daha güclü şəkildə yeni inkişaf mərhələsinə daxil olmasının tələblərindən doğan dəyişikliklərə ehtiyac duyulur. Ola bilsin ki, onların içərisində seçki sistemində dəyişikliklərin olması ilə bağlı təkliflər olsun. Lakin bu haqda mənim dəqiq və səhih məlumatım olmadığı üçün sualınıza ətraflı cavab vermək imkanın yoxdur.
“Cebhe.info” saytı
Vilayət Muxtar
08 sentyabr 2023-cü il
Tumblr media
0 notes
ourfedyalenkoranski · 11 months
Link
0 notes
Photo
Tumblr media
Gözəl qəlbli insan, daim öz sadəliyi və səmimiliyi ilə seçilən ziyalı, prinsipial və ədalətli hüquqşünas, dəfələrlə məsləhət yerimiz olan ağsaqqal, Azərbaycan Respublikası Ali Məhkəmənin sabiq hakimi, ədliyyə polkovniki Fərhad Əliyev vəfatından kədərlənir, Fərhad müəllimə Uca Allahdan rəhmət, yaxın və doğmalarına səbr diləyirəm. Allah rəhmət etsin inşallah. Qeyd edim ki, rəhmətlik Fərhad Əliyev Milli Məclisin deputatı Jalə Əhmədovanın atasıdır. https://www.instagram.com/p/CeYAdhfNVhP/?igshid=NGJjMDIxMWI=
0 notes
yesmilletinsesiinfo · 2 years
Photo
Tumblr media
Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib – SƏRƏNCAM
0 notes
eldarmirzeliyev · 5 years
Photo
Tumblr media
Bu gün ədliyyə orqanlarında çalışanların peşə bayramı və Azərbaycan Ədliyyəsinin yaranmasının 100 illiyi qeyd olunur. Bu münasibətlə bütün ədliyyə işçilərini təbrik edirəm! Bayramınız mübarək olsun! #Azərbaycan #100il #Ədliyyə #Justice #100year #Azerbaijan https://www.instagram.com/p/BqeOS4yFzgA/?utm_source=ig_tumblr_share&igshid=1eg0ntiviu6q4
0 notes
eddietechsoln · 2 years
Text
Mostbet Com icmalı, güzgü və Mostbet bukmeyker haqqında rəylər
Mostbet Com icmalı, güzgü və Mostbet bukmeyker haqqında rəylər
Birbaşa link mostbet. com-un bukmeker kontorunun saytına daxil olmaq imkanı yoxdur. BC Mostbet üçün lisenziya Curacao Ədliyyə Nazirliyinin sub-lisenziyalılarından biri tərəfindən verilmişdir – Antillephone N. V. Curacao yalnız Hollandiya daxilində muxtariyyətdir. Mosbet bukmeker kontoru ilə eyni saytda eyni adlı onlayn kazino və idman lotereyaları var. İki və ya üç halda, bukmeker kontorunun…
View On WordPress
0 notes
vekilamidaskerov · 2 years
Photo
Tumblr media
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ☎️ 881 vahid çağrı mərkəzi istifadəyə verilmişdir. #vekil #advokataskerov #law #mehkeme #callcenter #nft #lawyer (at Vəkil Amid Əsgərov) https://www.instagram.com/p/CZH8CQ7gjKP/?utm_medium=tumblr
0 notes
tiensaz · 2 years
Text
Tiens haqqında
RƏQƏMLƏR VƏ FAKTLAR
“TİENS” korporasiyası 1993-cü ildə “Şərqi Asiya”da yaranmışdır. Baş ofis Pekin şəhərində yerləşir. “TİENS” tərcümədə “Səma şiri” mənasını verir. Şir korporasiyanın qüdrətinin və əzəmətinin simvoludur. “TİENS” korporasiyası iri holdinq müəssisəsidir. Korporasiyanın prezidenti Lİ DİN YUAN çox məhşur biznesmen və planetimizin ən məhşur insanlarındandır. Bu gün korporasiyanın müxtəlif fəaliyyət sferasında 10 törəmə müəssisəsi vardır. Daşınmaz əmlak, təhsil, mədəniyyət, ticarət, beynəlxalq turizm, elmi tədqiqat, yüngül və yeyinti sənayesi və s. sahələri əhatə edən çoxşaxəli transmilli nəhəngə çevrilmişdir. Istehsal gücləri dünyanın 5 kontingentində yerləşmişdir: Şimali Amerika, Asiya, Avropa, Avstraliya və Afrika.
1995-ci ildə korporasiya öz əsas strukturunu məlumat biznesinə gətirir hansı ki, məhsulun dövriyyəsini məlumatın verilməsi hesabına həyata keçirir. 1997-ci ildə korporasiya dünya bazarına çıxıb və bu gün dünyanın 192-dən çox ölkəsində rəsmi nümayəndəliyi var, 200-dən çox ölkədə qeydiyyatdan keçib. Azərbaycana isə 2002-ci ildə Respublikanın Ədliyyə və Səhiyyə Nazirliyinin qeydiyyatından keçərək 100 illik müqavilə ilə gəlmişdir. Respublikanın bütün qanunlarına hörmət edir. “TİENS” öz məhsullarını hazırlayan və istehsal edən çoxsahəli korporasiyadır. Son hesabat ilində kompaniyanın illik mal dövriyyəsi 18 milyard dollardan çox olmuşdur. Qeyd edək ki, çox az dünya kompaniyaları bu cür mal dövriyyəsinə malikdir. “Coca-Cola” firmasının 23 ilə, “Amway” şirkətinin isə 43 ildə əldə etdiyi uğurları “TİENS” korporasiyası 6 ilə əldə etmişdir. Göründüyü kimi şirkətin inkişaf dinamikası çox ciddidir.
Korporasiya həmçinin öz əməkdaşlarının təhsilinin təkmilləşməsinə çox böyük qayğı göstərir. 1998-ci ildə dünyanın aparıcı 10 marketoloq və psixoloqu tərəfindən “UĞUR SİSTEMİ” adı altında çox uğurlu təlim sistemi işlənib hazırlanmışdır. Bu sistem hər bir əməkdaşa qısa vaxt ərzində öz biznesini qurmaq, yüksək gəlir əldə etmək imkanı verir. Bu təlimlər yerli, regional və beynəlxalq səviyyədə həyata keçirilir. Təlimlər pulsuzdur, baxmayaraq ki bu cür təlimlərin keçirilməsi çoxlu pul tələb edir.
Şirkət Azərbaycanda yüngül və yeyinti sənayesinin məhsulları ilə təmsil olunur. Qədim Tibet təbabəti əsasında yeni yüksək texnologiyalardan istifadə etməklə sağlamlaşdırıcı xarakterli təbii məhsulların işlənib hazırlanması ilə məşğul olur. Məhsulların istehsalı prosesində Şanxay BİO mühəndislik institutunda hazırlanmış, Almaniya və ABŞ-dan alınmış yeni avadanlıqlardan və yüksək texnologiyalardan istifadə olunur. Korporasiya istehsal etdiyi məhsulların üzərində çox ciddi nəzarət sistemi qurmuşdur. Bunun nəticəsi olaraq şirkət bir çox medal və sertifikatlarla təltif olunmuşdur:
• İSO 9001/02 saylı ən yüksək keyfiyyət sertifikatı
• ÜST-nın 16 kubok 49 qızıl medal 143 sertifikat
• Yeni və farmaseftik məhsulların keyfiyyətinə nəzarət üzrə Amerikanın Federal Assosiasiyanın FDA keyfiyyət nişanı
• GMP keyfiyyət nişanı. Bu nişanı əldə etmək üçün istehsal 4 kriteriyaya cavab verməlidir:
1. Bina və avadanlıqlar elm və texnikanın son nailiyyətlərinə cavab verməlidir.
2. Texnologiya ən yüksək və elm tutumlu olmalıdır.
3. Işçi keyfiyyəti yüksək ixtisaslı və xüsusi hazırlıqlı olmalıdır.
4. Xammal yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz və təbii olmalıdır.
• 2001-ci ildə Ekologiyanın beynəlxalq mühafizəsi üzrə ən yaxşı müəssisə mükafatı.
• Rusiyanın Millətin sağlamlığının möhkəmləndirilməsi praktik tövhələrə görə qızıl medalı.
• Rusiyanın Kosmonavtlar üçün ən yaxşı sağlamlaşdırıcı məhsul diplomu.
• 2002-ci ildə TİENS şirkəti BMT-nin rəsmi tədarükçüsü kimi qeydə alınıb.
• 2004-cü ildə HALAL seertifikatı.
​Beynəlxalq Kredit Bankı TİENS şirkətini kapital qoyuluşuna görə AAA kateqoriyasına aid etmişdir. Müqayisə üçün bildirək ki, ən etibarlı bank sayılan İsveç bankı AA kateqoriyasına aid edilir.
​TİENS korporasiyası xeyriyyə məqsədləri üçün də çox böyük vəsait sərf edir. Məktəb tikintisini maliyyələşdirmiş, əlil və az təminatlı kömək və təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün sosial proqramların həyata keçirilməsində yaxından iştirak etmişdir. Korporasiyanın xeyriyyə məqsədli xərclədiyi məbləğ 200 mln dollardan çoxdur.
• Brendin devizi: BİR DÜNYA BİR AİLƏ
• Kompaniyanın devizi: CƏMİYYƏTƏ XİDMƏT, İNSANLIĞA SAĞLAMLIQ
​Korporasiyanın prezidenti Lİ DİN YUAN dediyi kimi biz insanların sağlamlığına xidmət edən məhsulları seçmişik, çünki biz insan həyatını yüksək qiymətləndirir və hörmət edirik.
​Bütün bu nailiyyətlər partnyoru ola biləcəyiniz şirkətin geniş potensialını, etibarlılığını və stabilliyini nümayiş etdirir.
SİZƏ “SƏMA ŞİRİ”NİN QANADLARI ALTINDA UĞURLU BİZNES QURMAĞI ARZULAYIRIQ.
1 note · View note
azad-tv · 3 years
Text
"Azərxalça"nın sabiq rəhbəri azadlığa buraxılıb
“Azərxalça”nın sabiq rəhbəri azadlığa buraxılıb
“Azərxalça” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Vidadi Muradov azadlığa buraxılıb. Bu barədə “Report”a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib. Bildirilib ki, V.Muradov barədə Bakı Ağır Cinayətlər Məhkəməsi humanist qərar qəbul edib. Belə ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan “Azərxalça”nın sabiq rəhbəri barəsindəki həbs qətimkan tədbiri…
Tumblr media
View On WordPress
0 notes
metbuat · 2 years
Text
Puqaçova onun da xarici agent kimi tanınmasını xahiş edib
Puqaçova onun da xarici agent kimi tanınmasını xahiş edib
Müğənni Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyindən əri, şoumen Maksim Qalkindən sonra onun xarici agent kimi tanınmasını xahiş edib. Puqaçova sosial şəbəkələrdə yazıb: “Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət. Sizdən xahiş edirəm, məni sevimli ölkəmin xarici agentləri sırasına yazasınız, çünki mən ərimlə həmrəyəm”. Rusiya Ədliyyə Nazirliyi Qalkini sentyabrın 16-da fiziki…
Tumblr media
View On WordPress
0 notes
hakimiyyet · 2 months
Link
0 notes
politiciansstuff · 8 months
Text
Ədliyyə nazirliyi tərəfindən Ana Vətən Partiyasının 4 sentyabr 2023-cü ildə qeydiyyata alınması bütün Anavətənçilər tərəfindən böyük sevinclə qarşılandı. Yenidən rəsmi şəkildə qeydiyyata alınmağımız ciddi məsuliyyət deməkdir.
Ölkə prezidenti cənab İlham Əliyevin siyasi islahatlara xüsusi diqqət yetirməsi və yeni siyasi konfiqurasiyasının aparıcı amilə çevrilməsi özünün əhəmiyyətli nəticələrini verməkdədir. Ana Vətən Partiyası yarandığı gündən Nizamnamə və Proqramına söykənərək milli dövlətçiliyimizə sədaqətlə xidmət etməkdədir.
Tam əminliklə qeyd etmək istərdim ki, partiyamız və onun bütün üzvləri qüvvədə olan "Siyasi partiyalar haqqında" qanunun müddəalarına tam əməl edərək, dövlətçiliyimizin möhkəmlənməsinə, onun təməl prinsiplərinin qorunub saxlanılmasına dəyişməz mövqeyini davam etdirəcəkdir.
Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri
Tumblr media
0 notes
ourfedyalenkoranski · 11 months
Link
0 notes
Photo
Tumblr media
4 iyun 1918-ci il tarixlərində Osmanlı və Cənubi Qafqaz Seymi nümayəndələrinin iştirakı ilə Batum konfransı keçirilib. Konfransın Azərbaycan Xalq Cümhuriyyəti üçün mühüm nəticəsi olub. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda ikitərəfli müqavilə bağlanıb və bu müqavilə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək rolunu oynayıb. Batum müqaviləsinin mətnini təqdim edirəm: Bismillahirrəhmanirrəhim Osmanlı Səltənəti Hökuməti ilə Azərbaycan Cümhuriyyəti Hökuməti arasında bağlanan yoldaşlıq müqaviləsi Bir tərəfdə Osmanlı hökuməti, digər tərəfdə axır zamanda istiqlalını elan edən Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə məmləkətləri arasındakı münasibətləri dostluq və qonşuluq zəminində təsis etmək xüsusunda ittifaq elədiklərindən, nümayəndələri olmaq üzrə: Osmanlı Dövləti Ədliyyə naziri və Dövlət ġurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə Qafqaz cəbhəsi Osmanlı orduları komandanı General Vəhib paşa həzrətlərini və Azərbaycan Cümhuriyyəti hökuməti Xariciyyə naziri Məhəmməd Həsən Hacınski həzrətləri ilə Milli Məclis rəisi Rəsulzadə Məhəmməd Əmin bəy əfəndi həzrətlərini təyin etmişlər və adları çəkilən şəxslər üsula uyğun olaraq tərtib edilən rüsxətnamələrini qarşılıqlı olaraq təqdim etdikdən sonra, aşağıdakı maddələri qərarlaşdırmışlar: Birinci maddə Osmanlı hökuməti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında daimi sülh və istiqrarlı dostluq hökm sürəcəkdir. İkinci maddə Aşağıdakı sərhəd xətti Osmanlı məmləkəti ilə Azərbaycan, Gürcüstan və Ermənistan cümhuriyyətlərinin ərazilərini ayırmaqdadır: Sərhəd Qara dənizdə Çolok çayı mənsəbindən başlayaraq ġavnabud dağına qədər 93 (1877-1878) hərbindən əvvəlki sərhəd xətti üzrə uzanır, Şavnabud dağından sonra isə zirvələrdən keçərək Xalxama dağına, oradan Meziksaru dağına gəlir, buradan cənuba dönərək Yirsədağ dağından və Abatumanın iki kilometr cənubundan keçir, buradan şimal-şərqə keçərək Karhul dağına və oradan beş kilometr şimal-şərqə, sonra cənub-şərqə dönərək Gürqal üzərindən Atsxorun iki kilometr cənubundan Kür çayını keçər və zirvələr üzərindən Qayabağı, Artatavı dağlarının zirvəsinə gəlir, buradan sonra yenə zirv https://www.instagram.com/p/CeX-1whN4yN/?igshid=NGJjMDIxMWI=
1 note · View note