Tumgik
#illərdə
metbuat · 2 years
Text
İddia
Portuqaliyanın “Sportinq” futbol klubu Kriştianu Ronaldonu transfer etməkdə maraqlıdır. Metbuat.org xəbər verir ki, bu iddia “Mirror”a məxsusdur. Mənbənin bildirdiyinə görə, Portuqaliya klubu “Mançester Yunayted”in ulduz hücumçusunu qışda sıralarına cəlb etməyi planlaşdırır. “Sportinq” həm “qırmızı şeytanlar”a, həm də 37 yaşlı futbolçuya təklif hazırlayır. İddiaya görə, portuqaliyalılar…
Tumblr media
View On WordPress
0 notes
anar-abasow · 7 months
Text
“Samiraldo səhifəsində reklamı 2 minə paylaşır, yeni məkan, şirkət açılışına 4-5 minə gedir. Bir dənə orta "açıldı" deyir. Eşşək boyda kişilər cırılır gülməkdən.
Gündüz dayı dalbadal reklam çəkilişlərində, hansı səhifəni açırsan orda reklamda yeyib içir.
Bayram Nurlunun reklam qiymətlərinə yaxın durmaq mümkün deyil.
28-də kalonka daşıyan oğlan artıq kompyuter, səs avadanlıqları mağazalarının reklamına çəkilir. Hətta 28-ə yalnız onu görməyə və şəkil çəkdirməyə gedənlər var.
Bir dalbadel gədə var eee bütün peşələrə mahnı oxuyur. Onu çağırırlar tutaq ki, həkimlər oturub, deyirlər gəl həkimlərə bir bənd oxu.
Azəri Vandamdı həttə kənddən kəsəkdən Baklya çağırıb efirə də çıxartdılar, o da tik-tokda və Instagram-da reklam götürür...
Belə nə qədər ad və son illərdə sosial şəbəkələrdə məşhurlaşan başdan xarab sayaram, doludu instaqram və tik-tok.
Belə gi...lax cəmiyyət olar?
Youtubedə təzə modd duşub. Ölkədə nə qədər narkoman, debil, ruhi xəstə, şizofren, cinayətkar varsa qabağına mikrofon qoyub 1 saatlıq müsahibə, süjet, sənətli film hazırlayırlar. Və yüzminlərlə baxış. Keçən gün narkoman Hikməti dəvət ediblər Tv’yə.
Misalüçün sovetskidə tində bucaqda bütün günü mallanan bir dalbayovun həyat hekayəsi.
Kimə lazımdır?”
Biz niyə və nə vaxtdan belə gıj… insanları irəli çəkməyə başladıq? Hər kəsin düşüncəsinə hörmət edə-edə, “sən qarışa bilməzsən” deyə deyə, “mənə nə” eləyə eləyə, “müasirik sən geridə qalmısan” deyərək sonunda belə də olduq.
İnsanlar düşüklük, səviyyəsizlik edərək və heç bir əziyyət çəkmədən səndən məndən yaxşı qazanır. Əziyyət çəkən sən mən olursan, kimsə səni məni görmür hər kəsin gözü bu tip insanlar axtarır. Gündəmlərimizə baxın, maraqlarınıza baxın kiməsə bir tələbənin və ya bir fəhlənin həyatı maraqlı deyil, çoxuna Bayram Nurlu kimilər maraqlıdı. Sonra da biz niyə belə olduq niyə elə oldu.
90’larda böyüyənlər bilir nə demək istədiyimi.
26 notes · View notes
minamirza · 6 months
Text
uşaqlığımı gözəl illərdə keçirtmişəm, amma gəncliyimə heyif..
32 notes · View notes
gulchinus · 9 months
Text
Bəzi günlər çox uzun,bəzi anlar çox qısa.Və biz hələ də bəzi illərdə qalmışıq
48 notes · View notes
eminjbrylv · 7 months
Text
Tumblr media Tumblr media
Azərbaycan dəmir yolunun tarixi inciləri.
Mircəfər Bağırovun vaqonu adi ilə bilinən Azərbaycan SSR-ınin hökumət başçılarının 1930-50-ci illərdə xüsusi vaqonu.
Vaqon yaxşı vəziyyətdədir, amma tam restavrasiya olunub muzeyə verilsə çox gözəl və müvafiq olar. Hərəkətdə olan (səyyar) muzey eksponatı kimi də istifadə etmək olar.
© Elmar Çingizoğlu
10 notes · View notes
abcdzfghyt · 7 months
Text
son günlərdə yatmadan öncə şam yandırıram o şəkildə yuxuya gedirəm.
məncə, tam parçalarımı birləşdirəcəkkən itirməyə daha çox yaxınlaşırdım, hal-hazırda özümü möhkəm şəkildə itirmiş kimi hiss edirəm. hafizəmdə mən'ə aid qalıqlar silinmiş və silinir kimidir. tam da mən kiməm'ə yaxınlaşmışkən başa qayıtdıq yenə , bir-bir yox olur məni mən edən xüsusiyyətlərim,anılarım , varlığıma sehrlə bağlanmağım.
bu uzun müddətdir baş verən bir proses olmalı,insan anidən aid olmaz mənasız daş- divarların susqunluğuna.
özümü bulmaq istəyirəm, bu mənə bu həyatda yaxşı gələ biləcək ən iyi şey olacaqdır, özümü duymadan həyatı, yaşam sevgisini duya bilmərəm çünki. son günlərdə şam yandırarkən hiss etdiyim şey zehnimə özümlə bağlı yenidən gətirməyə çalışdığım xatirələrdən biri deyə düşünürəm. mənə 2010.cu illərdə anidən evdə işıqlar sönərkənki duyğularımı xatırladır. anidən durardı hər kəs,yox olardı hər şey. edilməsi gərəkən ev tapşırıq qayğısı belə gedərdi o an, sonra işıq üçün şam yandıralardı, o şamın yanışı,onu sevgi və hüzurla izləməyim, içdən-içə inanılmaz bəsit olaydan həzz alışımı xatırlayıram. xarakterim belə olmalı idi, qaranlıqdan,səssizlikdən və burada yaranmış kiçik işığı izləyərək yaşamağı sevirdi. içimə o anlar o qədər hislər gəlirdi ki, o şəkildə də yuxuya gedirdim ev tapşırığı qədər "önəmli" bir şeyi boş verərək belə :) son zamanlarda şam işığı ilə yaşadığım hüzuru özümü yenidən tapmaq üçün yardımcı bir vasitə kimi görürəm.
indi paylaşdığım mahnını isə sanki həmişə bilmişəm kimi gəlir. daha keçən il kəşf etmişdim,bu mahnını dinləyərək sevgilimin qoynunda yuxuya getmişdim dəqiqələrlə. o an'ın sehri də məni mən edənlərdəndir, özümü tapmaq çətin olmayacaqdır deyə düşünürəm.
məni mən edən anıları bir-bir toplasam qucağımda,onlar sığmasa ovuclarıma axsalar əllərimdən göydən damlayan göz yaşlarıma qarışaraq kimi dad alıram indi olduğum zamandan.
sevgi və işıqla qalın.
7 notes · View notes
icantlivedabrat · 2 months
Note
son illərdə sevgili edə bilən insanlar mənə çatmır səncə də bot deyil onlar? mənim 1 ildir flörtüm belə yoxdu hələ bəziləri evlənir, dəhşətdir
sevgi anlayışı nisbidir məncə və baxır onlara sevgi ya da sevgililik nə ifadə edir. yəni, insanların çoxu münasibət istəmir, sevilməyə layiq olduqlarını özlərinə, bəlkə də başqalarına sübut etmək üçün münasibət istəyirlər. evliliyə gəldikdə isə bilmirəm, işlər ciddiləşir deyə adamı qorxuda bilər biraz, ama həqiqətən əmin olduğun biridisə qarşındakı niyə də olmasın. ümumiyyətcə əminlik də nisbi anlayışdı, həyatdı da istəyən istədiyini edər. indi sənin 1 ildi flörtün yoxdu deyə durub camaata bot deməli deyilsən ki
3 notes · View notes
mellowyouthkid · 1 year
Text
şaxta ata
atam kök və ali savadsız olduğuna görə, əlindən kişiliyi təmsil edən heç nə gəlmədiyinə görə şaxta babalıq edirdi. anam standart qadınlar kimi evdar qadın, qardaşım isə anadan gəlmə əqli çatışmamazlıqla vuruşurdu. dört nəfərlik minimalist ailədə yaşayırdıq və mağazalara borclarımız, damcılayan daxmamız və biraz ümidimiz var idi. atamın şaxta babalığı seçməsi kilosuna görə idi. bəlkə də 57 illik həyatında allaha minnətdar olduğu tək şey kilolu olub şaxta babalıq etməsi idi. atam on bir ay bankların qapısında, bir ay isə pul qazanmaq dərdi ilə tanımadıqların qapılarını döyürdü. banklardan daha çox borc istəmək, digərlərindən pul qazanmaq üçün. mən ağlım kəsəndən atamın yeni ili bizimlə keçirdiyini xatırlamıram. qardaşım məndən daha şanslıdır. o anadan gəlmə atamı və yeni ili tanımır. biz məcbur yeni illərdə saat səkkizdə yatağa giridik. ağır idi, amma barışmışdıq özümüzlə. ən çətini insanın çarəsizlikdən özü ilə barışmasıdı. atamın keçən illərə nisbətən oyuncaq almağa pulu çatırdı, amma bu il o da yox idi və o mənim oyuncaqlarımı götürərək, evlərə getdi. oyuncaqlarımın hamısı qırıq idi və onlar mənim məsumiyətim sayılırdı. atam otağıma girəndə özümü yuxuya vurdum, dilini dişləyərək onları, oyuncaqlarımı yığdı. sonra qapının səsini eşitdim. yuxum yox idi, amma yatmalıydım...
14 notes · View notes
mellsy · 1 year
Text
Və çox ürək açan bir il deyildi. Yaxşı ki bitdi. Qazandığım şeylərin də nə dərəcə yaxşı olduğunu gələcək illərdə görəcəm ama itirdiyim şeyler qat-qat çox oldu. Onsuz yalnış qərarla girmişdim yeni ilə ona görə pis keçdi. Əş nəysə. Əsas odu yeni ildə daha daha yalnış qərarlar verəcəm :D amma yox özümə söz vermişəm. Ona görə həmişə xatırlamalı olduğum bir iki şeyi yazacam ki hər dəfə kor gözlərimə girsin.
1. Həmişə özünü seçməlisən konu nə olursa olsun hər şeydən qabaq sənsən.
2. Qəlblə yox beyinlə qərar verməlisən. Günün sonunda yenə hər şey beyinə qalır onsuz da.
3. İnsanlar dəyişmir, ilk başlarda özlərini dəyişmiş kimi göstərsələr də qətiyyən inanma, Məleykə.
4. Gün olurdu ailəndən uzaqlaşmaq istəyirdin amma gün sonunda yenə də yanında onların qaldığını əsla unutma.
5. Hər kəs bir gün ölür. Çox sevsən də, sənin üçün çətin olsa da qəbul etməlisən bunu.
6. Bir gün bunları oxuyub yenə də dərk etməsən, demək ki elə sən mutsuz olmağa layiqsən, əziz Məleykə.
26 notes · View notes
metbuat · 2 years
Text
İDDİA
“Yuventus” “Tottenhem”in baş məşqçisi Antonio Konteni komandaya qaytarmaq niyyətindədir. Metbuat.org xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Bildirilir ki, Turin təmsilçisinin rəhbərliyi hazırki baş məşqçi Massimiliano Alleqrinin işinə şübhə ilə yanaşır. Ona görə də onun yerinə yeni namizədləri nəzərdən keçirir. “Yuventus” inanır ki, Konte gənc oyunçularla yaxşı…
Tumblr media
View On WordPress
0 notes
huseynkarimli · 11 months
Text
Son illərdə insan olduğumu xatırladan yeganə şey heyvanlardı
13 notes · View notes
anar-abasow · 7 months
Text
Görəsən insanlar heç şanslı olduğunun bilirmi?
Məsələn o yanından ötüb keçdiyimiz insanları bir daha təkrar görməkçün canını verəcək insanlar var. Yolu soruşan o xanım, məsələn, onun adı Ayseldi, onun səsini illərdi eşidə bilməyən Valeh var. Məsələn hər gün metroda rastlaşdığımız insanlardan olan Zəhra var, 4 ildi sevgilisi okeanın o tərəfindədi. Ətirlərin, pis qoxuların bir birinə qarışdığı bas-ha-bas’la dolu qatardakı Nərgiz sevgilisindən ayrılalı 4 ay olur, 4 aydı sevgilisi onun ətrinə həsrətdi.
yaxşı bəs mən? Mən bilmirəm gözlərin nə rəngdi, ətrin nədi, səsin hansı ahəngdədi, əllərin elədi yoxsa belədi, gülüşün necədi. Böyük bilməməzlikdəyəm mən, yaxşı bəs bunları bilənlər qədrini də bilirmi?
səhər 06:51 sən yuxunun dərinlərindəykən bir neçə şeir yazdım sənə, göndərə də bilmədim.
ehtimallar əzizim, ehtimallar
bir neçə anlıq yerində olmaq istədiyim insanlar var bilirsən? sırf bəlkə səni gördüm deyə, ətrini aldım deyə, dilindən bir neçə söz oğurlaram deyə, səsindən bir-iki şey eşitdərəm deyə, gözlərivin içinə baxa bilərəm deyə, bəlkə bir-birimizə bu qədər yad, bu qədər anonim qalmarıq deyə.
Səni görənlər, səni bilənlər bilmirlər nə qədər şanslıdırlar.
son illərdə bir az kədər bulaşıb sənə.
Və sən,
görəsən görə bilirsən nə qədər gözəlsən?
Və mən,
görəsən görürsən nə qədər görünməzəm?
17 notes · View notes
mar1iamm · 1 year
Text
Fərqli yaşda, fərqli saatlarda, fərqli fəsillərdə, fərqli illərdə və əsası da eyni yerdə dayanıb sadəcə bir yerə baxıram. Bu yerdə bir neçə il bundan əvvəl də olduğumu və düşüncələrimin dəyişib dəyişmədiyi haqda düşünürəm. Mən kim oldum və necə birinə çevrildim ? İnsan özünü tanımağa və yaşadıqlarını göz önündən keçirib, keçmişlə bugünü müqayisə edərkən heç bir şeyin əvvəlki kimi olmadığını və bugünün də gələcəkdən fərqlənəcəyini anlayır…
19 notes · View notes
gulchinus · 1 year
Text
70-ci illərdə olsaydıq, sənə çoxlu qramafonlar alardım.80-ci illərdə səni açıq hava kinoteatrına aparardım, pudinq alardım. 90-cı illərdə məhəllənin bütün yaxşı misketlərini qazanıb sənin ovcuna tökərdim. 21-ci əsrdə sevməyi bilmirəm, bu əsrdə içim isinmədi,məni bağışla...
38 notes · View notes
elcibeyyolu · 8 months
Text
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvü Naxçıvanın İranda konsulu Qasım Bəy Camalbəyovdur.
HƏYATI
Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Atası Onu 7 yaşında olarkən, təhsil almaq üçün mədrəsəyə vermiş, daha sonra təhsilini 1896-ci ildə Naxçıvanda türk (ana dili), rus və fars dillərində təlim verən Məktəbi-tərbiyə adında nümunəvi açılan məktəbdə davam etdirmişdir. Burada türk və fars dilləri üzrə onun müəllimi məşhur şair, əslən Ordubadlı Məhəmməd Tağı Sidqi olmuşdur.
Onu "İslamiyə" mehmanxanası (mehmanxananın mühasibi Abdulla (əlil) Repersiya təşkilatından idi və Qasım bəyi mehmanxananın anbarında dəfələrlə gizlətmişdi yaxınlığında həbs edirlər. Bu həbsdən də qaçmağa nail olan Qasım bəy dənizlə Həştərxana gəlir. Burada o, silahdaşı İbrahim Əbilovu axtarıb tapır və onun yanında müvəqqəti sığınacaq əldə edir.
1920-ci illərdə Qasım bəy Camalbəyov Təbrizdə, onun qardaşı İsmayıl Camalbəyovisə Makuda Naxçıvanın ilk konsulları olmuşlar. Qasım bəy Abbasqulu bəy oğlu Camalbəyov 1937-ci ildə Repressiya Qurbanlarından Biri Olmuşdur.
Tumblr media
2 notes · View notes
quliyeva-a · 1 year
Text
Görəsən kimdir gələn?
Baxdım,baxdım..Tanımadım..
Tanımaq da olmazdı..
Gözlərim bircə anlıq,gözlərinə sataşdı..
Elə bil kimsə birdən,
Köhnə,tanış kitabın,səhifəsini açdı..
Xatirələr illərin,ardından aşdı gəldi..
Yaddaşımın yolunu gəzib dolaşdı gəldi.
Əllər...onun əlləri...
"Tanıdınmı?"dedi..tanıdım..
Elə bil göz yaşları sözün yolunu kəsdi..Bu sən idin...
Bir söz de.. heç olmasa,
Danla!Qutar nigarançılıqdan,mərhəmət elə..
O hamıdan sadəydi, dilindəydi çox zaman,
Acığı, qəzəbi..həm də,xeyli əsəbi...
Nə deyim?Necə deyim?
Nə bilək?nə bilək ki baş alıb gedən illərdə..
Elə zaman gələcək..yediyimiz-içdiyimiz
Ağu zəhər olacağ...
Sevirdi onu...Sildi sevincdən yaşaran gözlərini..
Bir axşam üstü vədələşdik,ayrıldıq..
Daha o gəlmədi..
Sinəmdə ürək başladı üşüməyə..o gəlmədi..
Gözlərim qapıda qaldı,gözlədim bütün gün..o gəlmədi..
Qaranlığa qərq oldu qəlbimdəki ümid,giley,güzar,intizar..
O gəlmədi...demək gələ bilmədi..
13 notes · View notes