Tumgik
sakuramiyas · 2 years
Text
Tamlıq hissimin olmasın çox istəyərdim. Hər hansı bir işi görəndə, onu bəyəndikdə tam razı qala bilmirəm. Nə isə çatışmır kimi hiss edirəm. Hər zaman nə isə lazımdı, bir şeylər səhvdi, qəşəngdi amma belədə...İnsan münasibətlərində də eynidir. Tam sevə bilmirəm, tam güvənə bilmirəm, edə bilmirəm. Yaxınlarıma qarşı olan sevgim, güvənim belə tam deyil. Xoşum gələn birisi olanda, tam sevə bilmirəm, çatışmayan bir şey olur, sevgim uzun müddət olmur deyə susuram. Hətta özümə qarşı olan sevgim belə tam deyil. Deyəsən özümə qarşı sevgimi tam etsəm, daşlar yerinə oturar, "nə isə çatışmır" kəliməsi unudular. Amma necə deyim, bilmirəm hardan başlayım. Sanki başımın içi darmadağın bir evdi, səliqəsiz, nəyin yeri hardadır bilmirəm, aləm qarışıb bir-birinə. Hər hansı bir şey haqqında fikirləşəndə başım ağrayır, sanki o başımdakı dağınıqlığın içində itmişəm kimi hiss edirəm. Sanki kitablar, dəftərlər hamısı açıq şəkildə yerdədir, lakin toxuna bilmirsən, hər yer tozdu. Bunları yazarkən belə başım ağrıdı. Nə edəcəyimi bilmirəm. Sadəcə sakitçilik istəyirəm...
Tumblr media
5 notes · View notes
sakuramiyas · 2 years
Text
Kifayət qədər səbəb olmadan yoruluram...
0 notes
sakuramiyas · 2 years
Text
Xəzərin sularında bərq vurur ay işığı.
Tumblr media
0 notes
sakuramiyas · 2 years
Text
Sanki eşidirəm addımlarının səsini, görürəm ulduzlar kimi işıldayan gözlərini...⚡
0 notes
sakuramiyas · 2 years
Text
Düşüncələrlə boğulduğum vaxt, qurtararsan mı məni? Sanki heç var olmamış kimi hiss edərsəm, var edərsən mi məni? Doğruca sənə tərəf addımlasam, durarsan mı mənim üçün? Qəlbimi sənə açmağa çəkinsəm, açılana kimi gözləyərsən mi ? Melodialar müşayətilə rəqs edərsən mi mənimlə?...
Duyğularım bir yun yumağı kimi qarışarsa bir-birinə, zərifcə açarsan mı onu?...
Baharın ilk həftəsində, albalı çiçəklərinin açdığı vaxt, gələrsən mi yanıma? Həfif külək əsən vaxtı, albalı çiçəklərinin tökülməsini izləyərsən mi mənimlə? Günəşin incə şüaları altında yenicə açılmış güllərin ətrafında, yamyaşıl çəməndə qaçarsan mı mənimlə? Səni sevsəm, sevərsən mi məni?....♡
1 note · View note