Tumgik
#sahələrdə
metbuat · 2 years
Text
FOTO
Qaçış üzrə səkkizqat olimpiya çempionu Useyn Bolt yarışlarda qələbə qazanandan sonra verdiyi pozanı ticarət nişanı kimi qeydiyyatdan keçirməkdə qərarlıdır. Metbuat.org BBC-yə istinadən xəbər verir ki, ticarət nişanı həmin pozanın qara siluetinin ağ fonda təsviri olacaq. Veteran sprinterin planı barədə ticarət nişanları üzrə mütəxəssis Coş Qerben belə danışıb: “Onun qələbə pozası bütün dünyada…
Tumblr media
View On WordPress
0 notes
huseinli · 11 months
Text
Həqiqətən də bəzən insan yorula bilər, hətta hər şeydən soyuya da bilər, amma bu o demək deyil ki, xəyallarınızdan əl çəkəsiniz, bu çətinliklər sadəcə Allahdan sizə qarşı göstərilən bir imtahandır. Bu imtahanda ya qalib gəlib xoşbəxt olacaqsınız, ya da məğlub olub pis hadisələrlə üzləşəcəksiniz, bu yalnız təhsil həyatında deyil, iş və digər sahələrdə də belədir. Unutmayın, bu həyatda sizi xoşbəxt edəcək tək insan özünüzsünüz, özünüz özünüzü sevməsəniz, başqası da sizi sevməyəcək, özünüzə dəyər verin, öz inkişafınızla məşğul olun. Başqalarının fikri, hərəkətləri önəmli olmasın. Müəllimim həmişə deyir ki, mənim vecsiz olan şagirdlərim, ən inkişaf etmiş və ən yüksək bal toplamış şagirdlərimdir. Deyir orda adam öldürsələr onu görməzdən gələr, sadəcə öz inkişafında çalışardılar. Unutmayın, Siz Sizə bəssiniz, uğurlar arzulayıram hərkəsə.
6 notes · View notes
ysfvly · 2 years
Text
Şəbəkələrin birində bir nəfər informasiya texnologiyaları sahəsi üzrə dilimizin daha çox təsirə məruz qaldığını bildirərək terminlər istisna digər sözləri öz dilimizdə olduğu kimi ifadə etmək lazımdır deyib. Çarə olaraq da cəmiyyətin savadını, təhsilini artırmaq və maarifləndirməkmiş. Sanki ali təhsilli və savadlı insanlar dilimizi gündəlik və ya digər sahələrdə mükəmməl qoruyur, rus, ingilis sözlərindən istifadə etmir və təmiz öz sözlərimizlə ifadə edib ünsiyyət qururlar.  Təsəvvür edin senior programmers - böyük proqramçılar və s bunun kimi neçə sözləri öz dilimizdə demək və bunu daimi hala gətirib həyatımızın bir parçası etməliyik. Halbuki bu ixtisas/sahə üzrə ingiliscə həmçinin rusca ifadələrdən istifadə edərək həm daha tez, həm də daha anlaşılan başa düşürük, nəinki hərfi tərcüməsi ilə öz dilimizdə. Düşünürəm ki belə şeyin əvəzinə beyinlərimizi və vaxtımızı daha faydalı işlərə sərf etməliyik. Əsas odur ki ünsiyyət qura və fikrimizi çatdıra bilirik, bunun hansı dildə olmağının heç bir önəmi yoxdur.
Tumblr media
22 notes · View notes
azeriamerica · 3 months
Text
ABŞ-də yaşayan soydaşımız yeni qurum – İnnovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunu (ICICEM) təsis edib
ABŞ-də yaşayan soydaşımız yeni qurum – İnnovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunu (ICICEM) təsis edib. Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə Heyətinin sədri Vasif Eyvazzadənin təşəbbüsü ilə yaradılmış beynəlxalq institut müxtəlif sahələrdə peşəkarların və qurumların xüsusi təlim, araşdırma və qiymətləndirmə yolu ilə sertifikatlaşdırılmasını…
Tumblr media
View On WordPress
0 notes
politiciansstuff · 3 months
Text
Tumblr media
PREZİDENT SEÇKİLƏRİ 2024: VƏFA BORCUMUZ VƏ UĞURLU GƏLƏCƏYƏ VERƏCƏYİMİZ TÖHFƏ
Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçkiləri qürurvericidir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi və gələcəyə yönələn yeni reallığın ortaya qoyduğu çağrışların uğurla həyata keçirilməsi baxımındam tarixi əhəmiyyət kəsb edir.
Xalqımız möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını əbədi olaraq xatırlayacaq və yüksək qiymətləndirəcəkdir. 7 fevral seçkilərinə gedən yol həm də bu iki qələbə ilə ciddi şəkildə bağlıdır.
Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi olduqca vacib hədəflər gözləyir. Və bu hədəflərə çatmaq da yalnız İlham Əliyev amilindən keçir. Xalqımız hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inamı, etibarı və ehtiyacı tükənməzdir.
Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi hesabına qazanıb.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Bu baxımdan respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər keçirilir. Və demək olar ki, bütün cəmiyyət seçkiqabağı təşviqat kampaniyasında fəal iştirak edir.
Seçki təşviqatında son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlara bir daha nəzər salınır, keçdiyimiz yolun keşməkeşləri və uğurları seçicilərin, xüsusilə gənclərin diqqətinə çatdırılır. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi bilməli, xalqımıza tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın ancaq və ancaq İlham Əliyev olduğunu unutmamalıdır. Sevindirici haldır ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, İlham Əliyevi dəstəklədiklərini böyük inamla nümayiş etdirirlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi kimi hakimiyyətinin bütün illərində son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla önəmli layihələr həyata keçirilir. Ulu Öndərin layiqli varisi andiçmə zamanı xalqa verdiyi vədlərin hamısını ardıcıl olaraq reallığa çevirmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu qürurverici tarixi hadisə 20 illin təsəvvür olunmaz gərgin, məqsədyönlü fəaliyyətin təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planlarının - Cənubi Qafqazın erməniləşdirilmək siyasətinin birdəfəlik məhv edilməsi demək idi.
Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Bu baxımdan cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olundu. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də görüləcək işlər - qarşıda duran hədəflər və yeni çağırışlar ətraflı şəkildə şərh olundu. Bunlar Azərbaycanı daha da irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq nüfuzunu artırmaq, Qarabağı və Şərqi Zəngəzuru qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, bütün sahələrdə yüksək inkişafı təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm vəzifələri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o, üzərinə götürə, şərəflə və uğurla yerinə yetirə bilər.
Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaqdır.
İnanıram ki, qarşıdan gələn prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Bütün Azərbaycan xalqının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcəkdir. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının ifadəsi olacaq.
Prezident seçkilərinə iki həftəyə qədər zaman qalıb. Tam əminəm ki, bu qısa zaman kəsiyini də yüksək əhval-ruhiyyə və coşqu ilə yola salacaq və fevralın 7-də böyük siyasi fəallıq nümayiş etdirib, seçki məntəqələrinə gedəcək və vətəndaşlıq mövqeyimizi ortaya qoymaqla cənab İlham Əliyevə səsimizi verəcəyik. Bu seçimimiz İlham Əliyevə millətimizin vəfa borcunun təntənəsi, uğurlu gələcəyimizə verəcəyimiz töhfə olacaqdır.
Dövlətimizə, 50 milyonluq Uca Millətimizə düşərli olsun. Amin!
0 notes
megamarts · 4 months
Text
GPS İzləmə Sistemi və Video Nəzarət Sistemləri: Təhlükəsizlik və İnzibatiyyət üçün Ən Yaxşı Tədbirlər
GPS izləmə sistemi, günümüzdə təhlükəsizlik və inzibatiyyət sahəsində ən müasir və effektiv tədbirlərdən biridir. Bu sistem, obyektlərin və nəqliyyat vasitələrinin real-vaxtda izlənməsini və nəzarət olunmasını təmin edir. Bu, müəyyən məsafələr arasında hərəkətlər və yollarda qoşunların və malların asanlıqla izlənməsini sağlamağa imkan verir. GPS izləmə sistemi, təhlükəsizlik prinsiplərini tətbiq etmək üçün əhəmiyyətli bir aləmdir.
Bu sistem, əsasən, obyektlərin və nəqliyyat vasitələrinin müəyyən xüsusiyyətlərini izləmək üçün satellit sinyallarını istifadə edir. Bu sinyallar vasitəsilə, ərazidə harada olduğunuza dair real-vaxt məlumat əldə etmək mümkündür. Bu, müxtəlif sahələrdə, əsasən, nəqliyyat, logistika, və tibbi sənayədə istifadə üçün idealdır.
Ən vacib əhəmiyyətli olan faktorlardan biri də GPS izləmə sistemi ilə birləşdirilmiş "Video Nəzarət Sistemləri"dır. Bu, yer üzündəki obyektlərin gözlənilməsini, real-vaxt nəzarət edilməsini və təhlükəsizliyin artırılmasını təmin edir. Bu sistemlər, güzəştli video kameralar, sensorlar və başqa texnologiyalar istifadə edərək istənilən ərazidə geniş və detallı nəzarəti təmin edir.
Video Nəzarət Sistemləri ilə GPS izləmə sisteminin birləşdirilməsi, obyektlərin və nəqliyyat vasitələrinin hərəkətlərini ətraflı bir şəkildə izləmək və nəzarət etmək üçün müstəqil bir yanaşma yaratmağa imkan verir. Bu, həm də hərəkətsiz və hərəkətli obyektlərin gözlənməsində daha yüksək səviyyədə effektivlik və təhlükəsizlik təmin edir.
Əvvəlcədən qeyd edildiyi kimi, Video Nəzarət Sistemləri ilə GPS izləmə sistemi,nəqliyyat sahəsində və sair inzibati təşkilatlar üçün təhlükəsizlik tədbirlərinin ən yaxşı formasını təşkil edir. Bu sistemin tətbiqi, hərəkətsizlik, hərəkət, və təhlükəli zonaların nəzarət altında saxlanılması üçün ən optimal və sürətli yolu təmin edir.
0 notes
gunelfarkhad · 9 months
Text
#metoo
Bir çox ölkələrdə bir çox sahələrdə qadınların qarşılaşdığı harrasment, mobbing, bullinglə bağlı hərəkata başlanılıb, feminizm hərəkatı ikinci dərəcəli olub. Bu hərəkatın adı #metoo dur. Məşhur, görkəmli, varlı qadın və kişilərin qadın haqları ilə bağlı çıxış, məqalə, müsahibələrini əhatə edir. Qadınlar qorxmadan qarşılaşdığı istənilən növ şiddətlə bağlı açıq fikir bildirir, məhkəməyə müraciət…
View On WordPress
0 notes
lysgaardcraft33 · 1 year
Text
Nəyə görə adidas məhsulları almalıyam?
Nəyə görə adidas məhsulları almalıyam? Adidas, birçox insan üçün məhsul seçimində populyar bir markadır. İnsanlar, adidas məhsullarını almanın bir neçə səbəbini nəzərə ala bilərlər: Keyfiyyət: Adidas, idman məhsulları və gündəlik geyimlər kimi geniş bir məhsul variantına malikdir. Marka, ürəklərini və texnologiyalarını istifadə edərək keyfiyyətli məhsullar hazırlayır. Materialların keyfiyyəti, dayanıqlılığı və performansı ilə tanınır.
Tumblr media
İnovasiya və Texnologiya: Adidas, texnologiyalarda və innovativ dizaynlarda güclü bir fokusla tanınır. Dəyişən ixtiyacları qarşılamak üçün dərhal yeniliklərə uyğun məhsullar hazırlayır. Örnəğin, Boost və Primeknit texnologiyaları ilə tanınan məşhur adiZero və Ultraboost kimi maraqlı idman ayakkabılarına sahibdir. Idman məhsulları: Adidas, uzun illərdən bəri idmançılar arasında tanınmış və sevilən bir markadır. Həm amatör, həm də profesionallar tərəfindən tərəfdar edilən bir çox məhsul variantına malikdir. Spor komplekslərdə və günlük tədbirlərdə geyinmək üçün adidas məhsulları istifadə edən insanları görmək çox yaygındır. Moda və stil: Adidas, bir idman markası olmasının yanında, moda dünyasında da güclü bir varlığa sahibdir. Bir çox məşhur dizayner və brendlərlə işbirliyi edərək unikal və stil sahibi məhsullar hazırlayır. Bu, insanların idman məhsullarını günlük geyimlərində də istifadə etməsinə imkan verir. Marka imici: Adidas, uzun illər ərzində idmanın mənsub olduğu bütün sahələrdə tanınan və məşhur bir markadır. Bu markanın məhsullarını alaraq, markanın heyranları arasında olduğunuzu və stil və keyfiyyətə qiymət verdiyinizi nümayiş etdirə bilərsiniz. Bu, yalnız bəzi səbəblərdir və hər bir şəxsin xüsusi istəklərinə və tərcihlərinə bağlı olaraq dəyişə bilər. Adidas məhsullarını Courir mağazasından almağınızı tövsiyə edirik.
1 note · View note
Video
youtube
Biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı d...
0 notes
vaneable · 2 years
Text
Əqrəb  — əqrəb bürcü olduqca güclü və dərin duyğulara sahibdir. Buna görə də mübarizə aparmaqdan heç vaxt imtina etmir. Özünə zərər verdiyini bilsə belə, məqsədlərindən vaz keçmir. Kompleksli insandır. Özünə qapılmağı və gizli qalmağı sevir. Ona edilənləri heç vaxt unutmur və bir gün fürsət düşən kimi mütləq intiqam alır.
Intuisiyaları çox güclü inkişaf etdiyi üçün başqalarının görə bilmədiyini hiss edir. Maraqlandığı sahələrdə dərin mməlumata sahib olur. Əqrəblərin 6-cı hissləri güclü inkişaf etdiyi üçün insanları çox yaxşı başa düşür və tanıyır. Bu qabiliyyətini hansı mqsədlərdə istifadə etməsi isə onun özünə məlumdur. 
0 notes
Photo
Tumblr media
I Allah insanlara həyatı boyunca ehtiyac duyacaqları hər mövzu ilə bağlı bütün zəruri məlumatları Quranda açıqlamışdır. Dünya həyatının həqiqətlərini, insanların yaradılış məqsədlərini, gözəl həyat yaşaya bilmənin sirrini, insan fitrətinə ən uyğun olan əxlaq anlayışını insanlara bildirmişdir. Allahın bildirdiyi bu həqiqətlərə iman gətirib, həyatını bu yöndə yaşayan insanlar dünyada və axirətdə həqiqi xoşbəxtliyi əldə etmiş olarlar. Cahil cəmiyyətdə isə insanların həyatını yönləndirən, mütləq doğru olduğundan əmin ola biləcəkləri bir güc yoxdur. Əməl etdikləri qaydaların böyük əksəriyyətinin nə vaxt, kim tərəfindən və nəyə əsasən qoyulduğu da bilinmir. Adı qoyulmayan, amma bütün cahil insanların illərlə əməl etdikləri bu qaydalar ata-babadan qalan ənənələrdir. Cahil insanların həyatının məqsədi, idealları, meyarları, qısaca cəmiyyəti nizamlayan bütün qaydalar bu düşüncələr üzərində qurulur. Cəmiyyətdəki hər fərdin mövqeyinə, sosial statusuna, cinsiyyətinə, inancına və həyat tərzinə görə əvvəlcədən müəyyənləşmiş mövqeyi vardır. Qadının cəmiyyətdəki mövqeyi də insanların böyük əksəriyyətinin təsiri altında qaldığı bu fikirlər və dəyərlər əsasında müəyyənləşir. Bəzi cəmiyyətlərdə qadının fiziki baxımdan kişidən daha gücsüz olması səbəbindən ruhən də onlardan daha zəif olduğuna dair yanlış bir inanc formalaşmışdır. Qadının şəxsiyyəti, əxlaqi xüsusiyyətləri və qabiliyyətlərinin fiziki quruluşu ilə əlaqədar daha məhdud olduğu hesab edilir. Məsələn, cəmiyyətdə “kişi işi” və ya “qadın işi” deyə ayrılan mövzular vardır. Əlbəttə ki, fiziki baxımdan qadının edə biləcəyi işlərlə kişinin edə biləcəyi işlər fərqlənir. Amma cahil cəmiyyətdə ağıl və bacarıq cəhətdən də daha gücsüz olduğuna inanaraq qadınlara qarşı ayrı-seçkilik edirlər. Müasir dövrdə qadınlar bir çox sahələrdə peşəkar olmaları və bir çox qabiliyyətləri ilə bu fikrin əsassızlığını sübut edirlər. Ancaq yenə də cəmiyyətin bir hissəsində qadının müəyyən işləri edə bilməyəcəyi, ya da kişinin bu işləri daha tez və ağıllı şəkildə həll edə biləcəyinə dair bir inanc sistemi üstünlük təşkil edir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #qadın #qadin #cahil https://www.instagram.com/p/CjlBAbXok0k/?igshid=NGJjMDIxMWI=
0 notes
novellakitabevi · 2 years
Photo
Tumblr media
Mey Mask - Planla yaşayan qadın Endirimlər mağazaya gəlib alarkən keçərlidir. Qiymət: 10 AZN Endirimlə: 9 azn Tələbələrə: 8.5 Poçtla: 13 azn (novella.az saytında POÇTLA SİFARİŞ zamanı endirim var) Təsviri “Planla yaşayan qadın” həyatı əfsanəyə çevrilmiş bir qadının taleyindən bəhs edən bir əsərdir. Kitabda bütün çətinliklərə baxmayaraq, onlara mərdliklə sinə gələn, gənclərə örnək olan bir ananın həyatı haqqında oxuyuruq. O həm şəxsi həyatında, həm də çalışdığı sahələrdə rastlaşdığı maneələrin öhdəsindən cəsarətlə gəlir. Əslən kanadalı olan Mey Mask ailəsini dolandırmaq üçün gecə-gündüz çalışsa da, övladlarının tərbiyə və təhsilinə xüsusi diqqət də ayırmışdır. Biz bunun parlaq nəticəsini oğlu İlon Maskın dünyaya verdiyi töhfələrdə görürük. Mey Mask öz kitabı ilə bizi xöşbəxt həyata ilhamlandırır. https://novella.az/kitab/planla-yasayan-qadin Əlaqə vasitələri 📲070-200-71-33 (zəng və whatsapp) Ünvan: Gənclik metrosu, "Caspian shopping"in yanı, 80 saylı bağça ilə üz-üzə. Fətəli Xan Xoyski 83. Xəritədə "Novella Kitab Evi" yazaraq tapa bilərsiniz. Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #kitab #kitablar #romanlar #dedektiv #kitabevi #kitab_evi #kitabsatisi #kitabkirayesi #kirayekitablar #icarəkitablar #telebe #kirayekitab #bestseller #povest #roman #klassikedebiyyat #klassikler #turkcekitablar #sexsiinkisaf #psixolojikitablar #marketinqkitablari #planlayasayanqadin (at Novella kitab evi) https://www.instagram.com/p/CgEV8iYDmas/?igshid=NGJjMDIxMWI=
0 notes
Photo
Tumblr media
4 iyun 1918-ci il tarixlərində Osmanlı və Cənubi Qafqaz Seymi nümayəndələrinin iştirakı ilə Batum konfransı keçirilib. Konfransın Azərbaycan Xalq Cümhuriyyəti üçün mühüm nəticəsi olub. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda ikitərəfli müqavilə bağlanıb və bu müqavilə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək rolunu oynayıb. Batum müqaviləsinin mətnini təqdim edirəm: Bismillahirrəhmanirrəhim Osmanlı Səltənəti Hökuməti ilə Azərbaycan Cümhuriyyəti Hökuməti arasında bağlanan yoldaşlıq müqaviləsi Bir tərəfdə Osmanlı hökuməti, digər tərəfdə axır zamanda istiqlalını elan edən Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə məmləkətləri arasındakı münasibətləri dostluq və qonşuluq zəminində təsis etmək xüsusunda ittifaq elədiklərindən, nümayəndələri olmaq üzrə: Osmanlı Dövləti Ədliyyə naziri və Dövlət ġurası rəisi Xəlil bəy əfəndi həzrətləri ilə Qafqaz cəbhəsi Osmanlı orduları komandanı General Vəhib paşa həzrətlərini və Azərbaycan Cümhuriyyəti hökuməti Xariciyyə naziri Məhəmməd Həsən Hacınski həzrətləri ilə Milli Məclis rəisi Rəsulzadə Məhəmməd Əmin bəy əfəndi həzrətlərini təyin etmişlər və adları çəkilən şəxslər üsula uyğun olaraq tərtib edilən rüsxətnamələrini qarşılıqlı olaraq təqdim etdikdən sonra, aşağıdakı maddələri qərarlaşdırmışlar: Birinci maddə Osmanlı hökuməti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında daimi sülh və istiqrarlı dostluq hökm sürəcəkdir. İkinci maddə Aşağıdakı sərhəd xətti Osmanlı məmləkəti ilə Azərbaycan, Gürcüstan və Ermənistan cümhuriyyətlərinin ərazilərini ayırmaqdadır: Sərhəd Qara dənizdə Çolok çayı mənsəbindən başlayaraq ġavnabud dağına qədər 93 (1877-1878) hərbindən əvvəlki sərhəd xətti üzrə uzanır, Şavnabud dağından sonra isə zirvələrdən keçərək Xalxama dağına, oradan Meziksaru dağına gəlir, buradan cənuba dönərək Yirsədağ dağından və Abatumanın iki kilometr cənubundan keçir, buradan şimal-şərqə keçərək Karhul dağına və oradan beş kilometr şimal-şərqə, sonra cənub-şərqə dönərək Gürqal üzərindən Atsxorun iki kilometr cənubundan Kür çayını keçər və zirvələr üzərindən Qayabağı, Artatavı dağlarının zirvəsinə gəlir, buradan sonra yenə zirv https://www.instagram.com/p/CeX-1whN4yN/?igshid=NGJjMDIxMWI=
1 note · View note
eltonqurban · 2 years
Text
Millət elə zənn edir ki, Kardaşyan arxasına və fahişəliyə görə qabağa gedib.Əzizlərim...Azərbaycanda təkcə İnstagramda 1000-dən çox qız(profil) var ki, onların arxası və bədən quruluşu Kardaşyanınkından dəfələrlə yaxşıdı.Amma Bakının kabinetlərindən o tərəfə çıxa bilmirlər.Demək dünya ulduzu və bu qədər populyar olmaq üçün arxanın böyüklüyü önəmli deyil.Kardaşyanın təkcə İnstagramda olan izləyicisi, fanat ordusu Azərbaycan əhalisindən 18 dəfə çoxdur.Bu qədər məşhurluğun səbəbi onun arxası deyil başıdır. Onun müasir dünya ilə ayaqlaşan təfəkkürüdür, onun istedadıdır.Problemin kökü dərindir və bizdə bütün sahələrdə eynidir.Çünkü Azərbaycan insanının təfəkkürü və iş, ideya, dünya ilə ayaqlaşmaq potensialı zəifdir, bəsitdir, dardır, bəşəri deyil.Bunu qəbul etməliyik.Müğənnilərimiz toydan o tərəfə çıxa bilmir.Arxasına maya qoyan, reklam edənlərimiz çay evi kabinetindən yüksəyə qalxa bilmir.Yazıçı və şairlərimiz yazdıqlarını öz dost-tanışlarına satmaqdan yuxarı uğur qazana bilir.Bloggerlərimiz Hell və Bizon reklamından yüksək nailiyyət əldə edə bilmir.Jurnalistlərimiz xəbər kopiyalamaqdan üst iş bacarmır.Qeylərimiz əslində normal qəbul edilən homoseksual deyil petuxdurlar.Pullu insanlarımız al-verdən başqa heç nə fikirləşmir, fikirləşə bilmir.Deputatlarımız müstəqil qərar qəbul edə bilmir.Film adamlarımızın çəkdiyi və çəkildikləri ən yaxşı halda Bozbaş və Ata ocağı-dır.Ustalarımız da zövqsüzdür, Youtuberlərimiz də savadsız və bayağı, dövlətimiz isə bütün dünyanın arxivə atdığı virus ilə çarpışa-çarpışa qalıb.Ümumilikdə keyfiyyət problemi var.
20 notes · View notes
porsugblog · 2 years
Text
İş, təhsil kimi məsələlərdə deyəsən uğurluyam. Sırf bu sahələrdə öz fərasətindən əlavə bəxtin də nə qədər vacib olduğunu nəzərə alsaq, deyəsən babat bəxtim də var. Amma bütün bu şeylər yenə də tam üzümü güldürmür çünki daxildə yenə də boşluqlar var. Kaş bu şeylərdəki şansım, bəxtim o boşluğa səbəb olan məsələlər üçün də keçərli olardı. Allah bir yandan verəndə bir yandan alır misalına boyun əymək istəmir insan.
14 notes · View notes
politiciansstuff · 8 months
Text
HƏR UĞURA BÖHTAN, ŞƏR ATAN ƏLİ KƏRİMLİ BU DƏFƏ DƏ...
Hazırda Ədliyyə Nazirliyi tərəfindən siyasi partiyaların qeydiyyat prosesi davam edir.
Bir sıra partiyalar artıq qeydiyyata alınıb, bir neçəsi də qeydiyyatın nəticələrini gözləyir. Eyni zamanda, bu proses başa çatdıqdan sonra siyasi idarəetmədə və qanunvericilikdə bir sıra dəyişikliklərin olacağı ilə bağlı da iddialar var. Bütün bunlarla bağlı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Cümhuriyət”-in suallarını cavablandırıb.
Yeni mərhələyə qədəm qoyulacaq
- Fəzail bəy, partiyanın qeydiyyat prosesi bitdi. Sonrakı mərhələ üçün plan nədir?
- Müasir dövrün çağırışlarına cavab verən və yüksək səviyyədə hazırlanıb cəmiyyətə təqdim olunan “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun olaraq, digər partiyalar kimi Ana Vətən Partiyası da məsələyə məsuliyyətli və ciddi yanaşmağa çalışdı. Biz birinci mərhələdə sənədləri təqdim edəndən sonra müəyyən iradlar oldu.
Buraxılan səhvlər və nöqsanlar diqqətimizə çatdırıldı, biz də tezliklə bunları aradan qaldırdıq və ikinci dəfə Ədliyyə Nazirliyinə təqdim etdik. İkinci müraciətimizdən qısa zaman sonra, 4 sentyabrda Ədliyyə Nazirliyi araşdırmalara yekun vuraraq partiyanın qeydiyyata alınması ilə bağlı Ana Vətən Partiyasına məktub göndərdi. Bu, bizi çox sevindirdi, eyni zamanda da Ana Vətən Partiyasının üzərində çox böyük məsuliyyət qoydu. Düşünürəm ki, bütün qeydiyyata alınan partiyalar kimi Ana Vətən Partiyası da öz fəaliyyətində yeni mərhələyə qədəm qoyacaq.
- Partiyalarda yeni qanuna münasibət birmənalı olmadı. Qanunla razılaşmayanların arqumentlərini necə dəyərləndirirsiniz?
- Radikal qüvvələr, xüsusilə də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ən müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa, iqtidarı ittiham etməyə çalışsa da, bunun heç bir əsası yoxdur. Əvvəldən başlayaraq AXCP rəhbəri Əli Kərimli və onun ətrafında olan ayrı-ayrı adamlar, xüsusi olaraq Cəmil Həsənli kimi adamlar bütün sahələrdə olduğu kimi, “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsinə də böhtan, şər, ittihamlar irəli sürməyə başladılar. Onlar bilirdilər ki, çox məhdud ətrafı olan AXCP bu sınaqdan keçə və o qədər də böyük olmayan 5 min üzvü cəmləyib Ədliyyə Nazirliyinə təqdim edə bilməyəcək. Ona görə də bu məntiqdən çıxış edərək ən müxtəlif formada “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsinə qarşı çıxırdılar.
Lakin göründüyü kimi, Azərbaycan dövlətinin atdığı hər bir addıma, əldə etdiyi hər bir uğura böhtan, şər atan, ittiham yağdıran AXCP sədri və onun ətrafındakılar bu dəfə də yanlışlığa yol verdilər. “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi və artıq qüvvədədir. Həmin Qanunun tələblərinə uyğun olaraq da partiyalar qeydiyyata alınır. Kimin gücü, imkanı varsa, Ədliyyə Nazirliyi həmin partiyanı da qeydiyyata alır və alacaq. Kimsə demoqoqluqla, mənasız söz-söhbətlərlə, şərlə, böhtanla məşğul olursa, təbii ki, onlar siyasi proseslərdən hər zaman olduğu kimi yenə də kənarda qalacaqlar. Bu ərəfədə bir sıra partiyalar öz imkanlarını ölçüb-biçərək çox doğru addım atdılar. Özlərinə hörmət edərək fəaliyyətlərini dayandırdılar. Bu, doğru yanaşma idi. Bu partiyaların rəhbərləri də hörmətə layiqdir. Lakin təəssüf ki, AXCP bu cür normal yanaşmadan imtina edərək xaricdən gələn təlimatlara uyğun olaraq davranış ortaya qoymaqdadır.
Siyasi partiyalar vahid mövqedən çıxış etdi
- Qeydiyyat prosesi tam bitdikdən sonra siyasi partiyaların fəaliyyətində canlanma müşahidə edə biləcəyikmi?
- Etiraf etməliyəm ki, siyasi partiyaların canlanması son prezident seçkilərindən sonra geniş vüsət aldı. Bu, özünü bütün mənalarda göstərdi. Xüsusi olaraq Prezidentin aparmış olduğu islahatların içərisində siyasi islahatlar və onun tərkib hissəsi olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi, partiyaların siyasi sistemdə yerinin və rolunun artırılması ilə bağlı yeni konfiqurasiyaların yaradılması ilə bağlı atdığı addımlar
Prezident Administirasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və həmin şöbəyə peşəkar, yüksək səviyyəli şəxslərin cəlb edilməsi Azərbaycanda siyasi partiyaların fəaliyyətinə yeni nəfəs verdi. Şöbənin rəhbəri cənab Ədalət Vəliyevin təşəbbüsü ilə çoxsaylı, hətta pandemiya dövrünün çətinliklərinə baxmayaraq onlayn konfranslar keçirildi. Müxtəlif məsələlər ətrafında dialoq baş tutdu. Vətən müharibəsi dövründə isə bir-iki radikal partiya istisna olmaqla, digər bütün siyasi partiyalar vahid mövqedən çıxış edərək Ali Baş Komandan və silahlı qüvvələrimizlə bərabər olduqlarını bir neçə bəyanatda ifadə etdilər.
Xalqımızın bir hissəsi kimi müharibənin içində yer aldılar. Etiraf edim ki, partiyaların belə bir vahid mövqe nümyiş etdirməsində Prezident Administirasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xüsusi xidmətləri oldu. Ondan sonrakı zamanda da Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi intensiv və sistemli olaraq partiyalarla işini qura bildi. İndi artıq yeni dövrün tələblərinə cavab verən, 1992-ci ildə qəbul edilmiş qanundan fərqli olaraq indiki məqamda bütün sahələrdə olduğu kimi siyasi sistemdə də bütün yeniliklərə cavab verən qanunun qəbul edilməsi siyasi partiyaların üzərinə əlavə məsuliyyət qoyur. Biz qeydiyyata alınan partiyalar, bundan sonra da xidmətlərimizi dövlətçiliyimizə, onun müstəqilliyinə, suverənliyinin qorunub saxlanmasına daha intensive, ardıcıl olaraq davam etdirməliyik. Əminəm ki, belə də olacaq.
-“Siyasi partiyalar haqqında” Qanun qəbul olunandan sonra seçki sistemində dəyişikliklərin olacağı da gündəmə gəlib. Referendumun keçiriləcəyi və proporsional seçki sisteminin bərpa olunacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Siz necə düşünürsüz, proporsional seçki sistemi bərpa oluna bilərmi?
- Hər zaman Azərbaycanda qarışıq seçki sisteminin tərəfdarı olmuşam. Proporsional və majoritar seçki sisteminin hər birinin özünəməxsus üstünlükləri var. Proporsional seçki sistemi siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun artırılmasında olduqca mühümdür. Bu seçki sistemi həm də partiyaların real gücünün bir testidir. Proporsional seçki sistemi proseslərdə daha geniş formada, effektiv şəkildə fəaliyyətini qurmaqda partiyalar üçün olduqca əhəmiyyətlidir. Düşünürəm ki, bütün siyasi partiyalar qarışıq seçki sisteminin tərəfdarıdır.
Çünki bu seçki sisteminin tətbiq olunması indiki məqamda onların maraqlarına tam cavab verir. İndiki durumda referandumun keçirilməsi ilə bağlı ən müxtəlif səviyyələrdə, partiyalarda, mediada müzakirələr gedir, təkliflər verilir. Lakin rəsmi olaraq bununla bağlı hər hansı bir informasiya yoxdur. Gələcəkdə Konstitutsiya dəyişiklikliyi əlbəttə gözlənilir, xüsusi olaraq ölkənin idarəetmə sisteminin təkminlləşdirilməsi, Vətən müharibəsindən sonra daha güclü şəkildə yeni inkişaf mərhələsinə daxil olmasının tələblərindən doğan dəyişikliklərə ehtiyac duyulur. Ola bilsin ki, onların içərisində seçki sistemində dəyişikliklərin olması ilə bağlı təkliflər olsun. Lakin bu haqda mənim dəqiq və səhih məlumatım olmadığı üçün sualınıza ətraflı cavab vermək imkanın yoxdur.
“Cebhe.info” saytı
Vilayət Muxtar
08 sentyabr 2023-cü il
Tumblr media
0 notes