Tumgik
#mənalı sözlər
shahinelected · 1 month
Text
Tumblr media
3 notes · View notes
yagubov · 4 months
Text
Bəlkə də mən böyük mənalı sözlər kəsb edən cümlələr qura bilmərəm, bəlkə də mən sənə hər şeyin ən yaxşısını verə bilmərəm ya da nə bilim istədiyin nəyisə ama bilki atdığım hər addımımda səni fikirləşərək edirəm ki, səni incidəcək bir şey etməyim ANA..
Hər şeyin ən yaxşısını sənə vermək üçün vuruşuram. Bu yolda uduzmamağımın yeganə səbəbkarı sənin həyatımda var olmağındı. Səndən sonra nece olacağım isə sual altındadır. O günü görmək mənə nəsib olmasın..bu mənim üçün ən böyük qalibiyyətdir.
35 notes · View notes
xanlarli2 · 1 year
Text
Deyirəm xoş sözlər necə gözəl təsir edir insana illər keçsə belə.Arada yada düşəndə gülümsədir.Məsələn bir dəfə çox ürəkdən güldüyüm bir hadisə yaşanmışdı.Gülərək anamın yanına gedib olanları ona da danışmaq istədim.Mənə dedi gülmək sənə nə qəşəng yaraşır.Gözəl görünürsən,həmişə belə gül.Anamdan eşitdiyim ən xoş sözlərdən biri idi.Başqa bir vaxt da atam toydan gəlmişdi.Axşam vaxtı idi.Test işləyirdim.Oturdu yanıma.Dedi sən mənim hərşeyimsən.Səni çox istəyirəm qızım.Sonra qucaqlaşdıq.Necə duyğulanmışdım onda.Bunları yazarkən belə o duyğuları yenidən yaşamış kimi oldum.Çox istədiklərimin mənə ' yaxşı ki,varsan ' deməkləri,qardaşımın bir anda mənə sarılması,saçlarımdan öpməsi,nənəmin məni tərifləməsi.Hamısı o qədər dəyərlidir mənə.1 kəlmə sözün,1 hərəkətin nə qədər önəmli və mənalı olduğunu bir daha xatırladır mənə.
#içimdən_gələnlər
6 notes · View notes
qnproduction · 8 months
Video
Orxan Lökbatanlıdan qızıl sözlər / Mənalı şeirlər / Sonadək dinləməyə də...
0 notes
Photo
Tumblr media
I Peyğəmbərimiz həyatda ikən hədislərin yazılmasını qadağan etmişdir. Peyğəmbərimizin vəfatından sonra da dörd xəlifə olan Hz. Əbubəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli hədis nəqlinə qarşı çıxmışdır. Eyni zamanda İbni Abbas və Abdullah ibn Məsud adındakı məşhur səhabələr də hədis nəqlinə qarşı çıxmışlar. Hz. Əbubəkrin xəlifəliyi dövrü: Əbubəkir, Peyğəmbərimizin vəfatından sonra xalqı toplamış və onlara belə demişdir: “Sizlər Allahın elçisindən fərqli hədislər nəql edirsiniz. Bu vəziyyətdə sizdən sonrakılar daha böyük anlaşılmazlıqlara düşəcək. Allahın elçisindən heç bir hədis nəql etməyin. Sizdən hədis nəql etmənizi istəyənlərə dəyin ki: Allahın Kitabı aramızda, onun halalını halal qılın, haramını haram görün.” (Zehebi, Tezkiratul Huffaz 1/3; Buxari 1-ci cild) Görüldüyü kimi ilk xəlifə Hz. Əbubəkir, Qurandan kənar başqa bir qaynaq ortaya çıxmaması barədə bunları yazmışdır: “Heç bir hədis nəql etməyin.” Diqqət yetirin “Bu qədər şahid olsa, bu hallar da olsa, doğru hədisi toplayın, yalanı atın, geriyə doğrusu qalsın…” kimi sözlər deməmiş, qəti şəkildə hədis nəql edilməməsini istəmişdir. Hz. Əbubəkir dövründə yaşayanların çoxunun Peyğəmbərimizi görənlər olduğunu və Peyğəmbərimizin bir çox sözünün ən təzə dövrü olduğunu düşünsək, Hz. Əbubəkirin bu mövzudakı rəftarı daha da mənalı olar. Hz. Ömərin xəlifəliyi dövrü Hz. Ömər digər şəhərlərdəki səhabələrə də məktublar yazaraq əllərində yazılı olan hədis məcmuələrini yox etmələrini istədi. (İbni Abdül Berr, Camiul Beyanil Elm) Hədislər, Ömər dövründə çoxalmışdı. Ömər xalqdan əllərində yazılı olan hədis səhifələrini gətirmələrini istədi. Sonra bunların yandırılmasını əmr edərək bunu dedi: “Kitab Əhlinin Mişnası kimi müsəlmanların Mişnasıdır bunlar.” (İbni Sad, Tabakat, 5/140) Hz. Ömər çox ağıllı düşünərək, musəvilərin dinlərini degenerasiya etmələrində, Tövrat xaricində Mişna adlı kitabları dini qaynaq etmələrinin təsirini görmüş və Peyğəmbərə aid edilərək dinin qaynağı halına salınmaq istənən hədislərin, bu Mişnaların funksiyasını qazanacağını anlamışdır. (ardı rəydə) #quran #ayə #ixlas #islam #iman #təqva #dinipaylasimlar #hədis #Allah #namaz #təfsir #din #səhabə #xəlifə #batil https://www.instagram.com/p/Cf9FFpaM2e2/?igshid=NGJjMDIxMWI=
0 notes
odosworld · 3 years
Text
birdə bu həyat da öyrəndiklərimdən biri də o oldu ki, ailə travmaları unudulmur. Uşaq vaxtı gördüyümüz nalayiq sözlər, bağırtılar, qohumların söz söhbəti, bir birilərini anlamadan, uşaqlara fikir verməyib qışqıran varlıqlar, bir otaq da uşaqların yatıb yatmamasına fikir vermədən cinsi əlaqə də olub, özlərindən savayı digər insanların, evdəkilərin rahatlığını pozan İnsanlar, daha sonra uşağlarına uşaq vaxtı onlara edilən rəftarın və qadağaların öz övladları üzərində etmələri, daha sonra övladlarından bezmiş , erkən yaşda, onları tanımadıqları lap üstəlik ki bu qohum əqrabadır və bu yenə də düzgün bir qərar hesab olunmur. Bunlar bitməmiş kimi, yəni yetməmiş kimi uşaqlarına, biz sənə indi ona görə baxırıq ki səndə bizə gələcək də baxasan. Və övlad xəstələnir, geyimə ehtiyac duyur, hazırlığa, yaxud hər hansı nəyəsə ehtiyac duyur və bütün dərdlərini övlada qusur ki, bəs mən təkcə bunu etmirəm, mən çatdıra bilmirəm, mən "yetim" hansını edim, çatdırım axı. Mans niyə də? Yəni ümumiyyətlə çatdıra bilmirdinsə, ölkə və ümumi olaraq dünyaya normal psixologiyaya sahib və düzgün bir övlad verə bilməyəcəksənsə niyə bu işə qarışırsan? Niyə qohumlara görə, "lazımsız boş danışan varlıqlara görə" uşaq dünyaya gətirirsən? Məcburdu mu? Bu lənət olası həyatı bir özünüz anlayın, dərk edin, sonra övlad sahibi olmaq barədə bir növ fikirlərə düşün. Gənclər intihar edir. Oke. Səbəb? Valideynlər ağlamağınız çox mənalı gəlmir mənə bir halda ki bu intiharın çox faiz səbəbi sizlər olursunuz. Ümid edirəm Tanrı sizə məsləhətli cəzalar verəcək. Və intihar edən şəxslərin yeri "cəhənnəm" olmamalı məncə. Və bəlkə də elə ora deyil yerləri.)
12.02.21.
#Baku
42 notes · View notes
psixologiyaze · 3 years
Text
1. Ucuz maşın işlət, amma ala biləcəyin ən gözəl evi al.
2. Adam kimi 3 lətifə öyrən.
3. Sevinclərini gecikdirmə.
4. Həyat yoldaşını diqqətli seç, çünki xoşbəxtliyin 90%-ni bu seçim müəyyən edir.
5. Hər gün 30 dəqiqə yürüş et.
6. Hər yeməkdən öncə şükür et.
7. Bir dostuna sirrini açmadan öncə 2 dəfə düşün.
8. Maaş qəbzini verən insanları əsla mühakimə etmə.
9. İtirəcək heç bir şeyi olmayan insanlardan qorx.
10. Elə yaşa ki, uşaqların "ədalət" sözünü eşitdikdə ilk səni xatırlasın.
11. Gözünün qarşısında yalnız yaxşı şeyləri saxla.
12. Özünü və başqalarını bağışlamağı bacar.
13. Dininə aid kitabı tam mənası ilə oxuyub anlamaq üçün özünə 1 il zaman ver.
14. İlk yardım qaydalarını öyrən.
15. Biri səni qucaqladığında ilk buraxan sən olma.
16. Hər gün 6 stəkan su iç.
17. Səni sevən insanları qoru.
18. Çətin belə olsa ailənlə tətil etmək üçün zaman ayır. Çünki tətil xatirələri həyatının ən dəyərli xatirələrindən olacaq.
19. Səhayətə çıxsan, cibində sənə aid sağlıq bilgilərini, ev adresini və telefon nömrəni qeyd etdiyin kağız saxla.
20. Uğurları mənəvi rahatlığın, sağlamlığın yerində olduğu və sevildiyin bir zamanda dəyərləndir.
21. Yaxşı bir evliliyin 2 əsas şərti olduğunu unutma: Doğru insanı tapmaq və doğru insan olmaq.
22.Valideynlərini, həyat yoldaşını və uşaqlarını danlamaq istədiyin zaman dilini dişlə.
23. Sevimsiz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən.
24. Cəsarətli ol. Geridə qalan həyatına baxdığın zaman etdiklərin üçün yox, etmədiklərin üçün üzüləcəksən.
25. Çox mükəmməl hesab etdiyin fikrin kim nə deyirsə desin, arxasında dur.
26. Kefsiz olduqda bunu çox üzə vurma.
27. Evlilik həyatını mənalı etmək üçün hər gün bir şey et.
28. Necə bir duyğu olduğunu öyrənmək üçün 24 saat heç kəsi və heç nəyi mühakimə etmə.
29. Yaxşılıqla deyilmiş bir sözü və yaxşı əməlləri dəyərləndir.
30. Uşaqların haqqında başqasına yaxşı sözlər söylərkən, imkan yarat onlar səni eşitsin.
31. Güc sahib olduğun maddiyyatla əlaqəli deyil, bunu unutma.
32. Biri ilə tanış olarkən, əlini uzat və adını de, amma bil ki, o, bunu tezliklə unudacaq.
33. Qələm və qeydiyyat dəftərini hər zaman yanında saxla.
34. Zaman və kəlimələrini boş yerə xərcləmə, ikisi də çox dəyərlidir.
35. Media ilə danışarkən, son sözü onların dediyini unutma.
36. İnsanlarla pulun haqqında danışma.
37. Bir şeyi əldə etmək üçün çox zaman sərf etmisənsə, dadını çıxarmaq üçün zaman ayır.
38. Kiminsə qəhrəmanı ol.
39. Nəyi və kimi dəstəklədiyini insanlara söylə.
40. Sadəcə sevdiyin üçün evlən.
📚 H. Jackson Brown "Life’s Little Instruction Book".
52 notes · View notes
thesuleymanl1 · 3 years
Text
- utanıram.! Mənasız birinə mənalı sözlər yazanda.
1 note · View note
nastjjj · 4 years
Photo
Tumblr media
Mən şəkilin üstünə mənalı sözlər yaza bilmirəm 😂Ona görə də burda çox ciddi bir post varmış kimi bilin🤨😂 https://www.instagram.com/p/B8rfkvej19ub3HUp4aG3Y6QwVj87rjo1xjWKM40/?igshid=4r5izukems3i
2 notes · View notes
eltonqurban · 5 years
Text
Kitab, kağız səhifələrin cildlənərək birləşdirildiyi və içindəki səhifələrin zərər görməməsi üçün ətrafına bir qapağın yapışdırılaraq nəşr edilmiş əşyadır. İçindəki səhifələrin üstü sözlərlə doludur və sözlər oxumaq üçün yazılmışdır. İşlətmək üçün elektrikə filan taxmaq lazım deyil, çünki şarjı yoxdur. Sadəcə əzələ gücünüzü istifadə edib içini açmağınız və içinə baxış atmağınız böyük bir işıqlanmanın başlanğıcı ola bilər. Oxumaq əsnasında bəyəndiyiniz cümlələrin altını cıza və ya səhifələrin arasını iyləyə bilərsiniz. Ancaq təəccüblənməyin, çünki oxuduğunuz bir çox kitabın yazarı çoxdan ölmüş olacaq. Çünki yazarlar ümumən öldükdən sonra oxunmağa başlar. Ancaq yenə də kitab sevdiyiniz insanlara ala biləcəyiniz ən mənalı və ən sadə hədiyyədir.
45 notes · View notes
shahinelected · 5 months
Text
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Düşünən və öyüd-nəsihət qəbul edənlər üçün, dərin mənaları olan şəkillər! Düşüncələrinizi şərhdə bizimlə paylaşın...
#shahinelected #blog #blogger #bloger #bloq #bloqer #bloqqer #fəlsəfə #fəlsəfəçilər #filosofia #filosof #hikmətlisözlər #hikmətlisöz #hikmetlisözler #hikmetli #hikmetlisozler #hikmetlisöz #mənalı #mənalısözlər #mənalisözlər #mənalıstatuslar #mənalısözler #dəyərli #dəyərlisözlər #düşündürücü #dusundurucu #düşündürücüsözler #nəsihət #tövsiyəedirəm #tövsiyə
2 notes · View notes
yagubov · 2 years
Text
İnsanın sözdən anlayan tanışı olanda çox xoşbəxt olur. Nə yaxşı ki, mənim də axır elə bir tanışım oldu. Xoşbəxtəm.
Şeir, qəzəl və ən əsası mənalı sözlər görən kimi ilk atıb paylaşdığım insan @sh3mss -di.
40 notes · View notes
writer77 · 6 years
Text
20 yaşlı bir pessimist gəncin intihar məktubu
Salam ey bu məktubu oxuyan insan! Yəqin sən bunu oxuyanda mən sənin yanında olmayacam. Bu məktubu oxuduğun zaman sən mənim dostum olacaqsan – bu məktub bitənə qədər. Çünki sənə bəzi sirrləri verəcəm.
Həyatda heç  dost olmasaq da . . .
Bu yazıda bir anlıq dost olacayıq səninlə . . .
Mən həyatda məni başa düşən, olduğum kimi qəbul edən insana rast gəlməmişəm hələ. Çünki məni başqa cür bilirlər, əsl məni tanımırlar. Ona görə səninlə dərdləşirəm.
Başa düşməyə çalışan olub amma . . .
Nəysə . . . . .
Nöqtələr . . .
O nöqtələrin yerində çox şey ola bilər, amma yazmaqla bitməz.
İnanmassan insanlara necə nifrət edirəm, təsəvvür belə edə bilməssən. Həyatım yalnız ölümümü gözləməklə keçir. Amma mən onun dalınca qaçdıqca o da məndən uzaq qaçmağa çalışır. Bilmirəm niyə?!
Yenə sual . . .
Bezmişəm – bu cavabsız suallardan, mənasız “niyə”lərdən, “kaşki”lərdən, insanlardan,YAŞAMAQDAN, hər şeydən bezmişəm!
Səhər dururam, bütün günü boş və mənasız o tərəf bu tərəfə gedirəm və axşam yatıram. TVdən, radiodan, çevrəmdəkilərin mənasız danışıqlarından iyrənirəm! Hamıdan qaçmaq istəyirəm, tək qalmaq istəyirəm.
Mənə yaxın olmaq, xəstəymişəm kimi kömək əlini uzatmaq isdəyən, mənə yazığı gələn, məni tənhağımdan ayırmağa çalışan hər kəsi öldürmək istəyirəm, onlara olan nifrətimi görmələrini istəyirəm, amma qəlblərini qırmamaqçun onlara qarşı lalam, karam, koram. Onları eşitmirəm, onlarla danışmıram, onları görmürəm. Həyatımda olsalar belə onlar məndə daxilən boşluqdan başqa bir şey deyil.
Bir balaca qaranlıq otaq  istəyirəm. Bütün gün orada yaşamaq, nifrətimi hayqırmaq, kinimi bildirmək, ağlamaq istəyirəm. Bütün hisslərimi bu qaranlıq otaqda tənhalığımla paylaşmaq isdəyirəm. Mən yalnız onunla rahatlıq tapa bilərəm, yalnız onunla dərdləşə bilərəm, məni yalnız o başa düşə bilər. O öz susqunluğuyla məni daha da cəsarətləndirər,hisslərimi dilə gətirməmə yardımçı olar.
Ailəmə,çevrəmdə olan bütün məni sevənlərə nifrət edirəm. Onların məni qəbul etməsi, mənə sevgi göstərməsi,üzümə gülmələri məni dəli edir.
Bu gün yenə bir gün getdi həyatımdan. Mənasız bir gün!
Sonda nə olacaq heçnə bilinmir. Bəlkə də sonumuz çoxdan həll olunub.
Həyat qəribədi.
Yaşamağa səbəb axtarıram tapa bilmirəm, amma ölməyçün o qədər səbəblərim var ki . . .
Heç nəyi görməməklə irəli yox, geri getdiklərini anlamır insanlar.
Sonsuz dəqiqələr bezdirib məni. Yazmağa  söz tapa bilmirəm. Əlimə bir dəftər və bir vərəq alıb bütün vərəqləri  doldurmaq istəyirəm içimdəkilərlə. Amma yazmaqla da yalnız vərəqlərin bitəcəyini yaxşı bilirəm. Həyatın bitməsi də bu vərəqləri doldurmaq qədər asan olardı kaş . . .
Kaş ki, hisslərimizi ifadə edəcək sözlər olsa.
Kaş ki, bu fırlanan dünyanın dayanacağı olardı mənimçün, durardı-dondurardı həyatımı!
Yaşamazdım daha! Səhərim açılmazdı! Amma yoxdur belə dayanacaq! Səhər də açılır, günəş də çıxır , ay da çıxır, gecə də olur! Mən bunlardan məhrum olmaq isdəsəm də onlar məndən əl çəkmək istəmir.
Məktubumun sonudur artıq! Bütün dediklərimi diqqətlə oxudun?!
Məni başa düşdün yəni?!
Heç inanmıram!
Həyatda sənə bunları deyə bilməzdim, çünki məni anlamayacaqdın, üstəlik güləcəkdində…
Necəki indi! Məktubumu oxudun `NƏ GİC İNSANDI BU` dedin içindən! “Bu nə mənasız həyat baxışıdı” deyib oxuduğuna görə ayırdığın vaxtın “boşa keçdiyinə” heyfisləndin.
Bax belə…
Bu mənim həyatımın qısa məktubu idi.
Nə isə…
Əvvəldə salam yazmışdım, indi isə sağol deyirəm. Get mənalı həyatını yaşa! Mənə baş qoşma ! Mənə kömək etməyə çalışma, nifrətimdən başqa heç nə almayacaqsan qarşılığında! Tək burax məni!
Mən qurtuldum artıq bu həyatdan.  Bax indi xoşbəxtəm ! Torpağa qarışmışam. Heç kəsin göz yaşlarına layiq deyiləm. Daha çox nifrət edin, yalandan kövrəlməyin deyə, təsəlli verdim sizə bu məktubla.
Zaten siz həyatınızı boş təsəllilərlə sabahanıza ümid edərək yaşayıb bir də saçınız ağaranda ayılırsınız ki, qocalmısınız.  Ölümdən qorxmağa başlayırsız.  Hər səhər “nə yaxşı ki, bu gün sağam” deyirsiz. Amma mən ölümdən qorxduğumçun yox, onu sevdiyimçün etdim bunu.  Siz dedim, çünki biz də adətdi belə şeylər yalnız bir adama yazılsa da bütün millətə oxunular.
Mən Yalnız bunu istəyirdim, mənasız həyatım bitdi, nəhayət!
Əlvida . . .
12-02-2010.
40 notes · View notes
elmeeraly · 4 years
Text
İspanca mənalı sözlər
Tumblr media Tumblr media
0 notes
aidologiya · 4 years
Text
Tumblr media
"Bəziləri sevgili olmağı bütün günü bir-biri ilə danışmaq,yadaki bir-birinə yazmaqda görür.Sizi bilmirəm mən real həyatda 10 dəqiqə söhbət etdiyim şəxsi virtualda çoxlu yazışdığımdan üstün tuturam (istisnalar var). Həqiqət budur ki virtual yalan illüziyasıdır.Həftədə 20-30 min mesaj silirlər.Hamısı mənasız və boş sms'lər və emojilərdən ibarətdir.Virtual zombi olur hər kəs.İnternetdən götürülmüş smslər şəxsən mənim ətimi tökür.Bir-birinə "aşkım,balam,balım, həyatım, ürəyim və s"🤢 sözlər deməkdənsə,bir kitab oxuyub müzakirə etmək daha mənalı səslənir.
Həqiqət budur ki,sevgi qarşılıqlı olaraq nəsə öyrənməkdir.Yoxsa boş-boş sms-lər deyil.
Gəlin düşüncəli və məntiqli yanaşaq və cahil olmayaq."
~Aid🖇️🥂 .
.
.
. .#aestetic #art #love #azerbaijan #aztagram #azerbaycan #instagram #baki #instagood #love #instabaku #aze #follow #instaaz #баку #azeri #instaazerbaijan #like4like #followme #turkey #instalike #insta #aktivler #fashion #music #like #azstagram #russia #aztagrampeople #travel #istanbul
0 notes
Photo
Tumblr media
I Qəmər surəsi, “Onlar bir ayə (möcüzə) görsələr, arxa çevirərlər və: “(Bu,) Davam edən bir cadudur.” deyərlər.” Axırzamana aid 600-dən çox hədis vardır və demək olar 95%-i reallaşmışdır. Hədislər 2 halda səhih qəbul edilər; 1) Qurana uyğun olarsa, 2) Təvafüq edərsə, yəni reallaşarsa. Axırzamanla bağlı hədislərin reallaşması isə onları səhih olduğunu göstərir, inşaAllah. “Onlar bir ayə (möcüzə) görsələr, arxa çevirərlər.” Yəni baş qoşmazlar, inanmazlar deyir Allah. “Və: “(Bu,) Davam edən bir cadudur.” deyərlər.” Cadudur bu, biz buna bu gözlə baxmırıq deyirlər. “And olsun, onlara (onları şirkdən və azmaqdan) imtina etdirəcək nə qədər xəbərlər gəldi.” Xurafatçı dəstəsinə həmişə xəbərdarlıq gəlir, amma insanlar baş qoşmurlar. “(Ki hər biri) böyük bir hikmətdir.” Çox mənalı və gözəl sözlər eşitdikləri halda, deyir Allah, “lakin xəbərdar etmələri bir fayda vermir.” Xurafatçılar bu mövüzələri görsələr belə təsirlənməzlər, onların marağında belə deyil. Məzhəbçi xurafatçı dəstəsinə də haqq-həqiqət təsir etmir. “Elə isə, sən onlardan üz çevir.” Əgər haqqı qəbul etmirlərsə, inadlar öz batil dinlərində qalmağa davam edirlərsə üz çevirmək gərək, çünki vaxt itkisidirlər artıq. Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver! (Əla surəsi, 9) Ayəyə görə, əgər fayda verərsə o insana təbliğ edilər, maruf-münkər edilər, əgər faydası olmursa əl çəkmək lazımdır. Sözü eşidənə deyərlər daima, inşaAllah. Rəhmanın (xalis) qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər. (Furqan surəsi, 63) Quran əxlaqını qəbul etməyib, sadəcə öz xurafatlarında qalmağa davam edənlər üçünsə “salam” verib keçməkdir. Yəni onlara qarşı kin, düşmənçilik duymaq doğru deyildir, ünsiyyət şəkli salam-sağol formasındadır sadəcə. Onlarla dost olunmaz və vaxt keçirmək doğru deyildir. https://www.instagram.com/p/Ceaht7Ms5PJ/?igshid=NGJjMDIxMWI=
0 notes