Tumgik
#müsəlmanlar
zeydme · 6 months
Text
Yeni il xristianların bayramıdır, müsəlmanlar qeyd etmir deyən xalqım yolka qurur.
11 notes · View notes
anar-abasow · 13 days
Text
Sokrat iki min il əvvəl “özünü tanı” demişdi. Biz özümüzü tanıdıqca başqalarını görməməzliyə vurmağa, aşağılamağa və kənarlaşdırmağa başladıq. “Biz kişi”, “Biz qadın”, “Biz müsəlmanlar”, “Biz ziyalılar”, “Biz amerikalılar” "biz azərbaycanlılar" kimi təriflər verərkən, özümüz olmağın nə demək olduğunu anlamaqdakı əsl mənanı qaçırmışıq. 'Biz'. Əvvəlcə təbiətə hücum etdik, sonra isə bir-birimizə.
5 notes · View notes
Photo
Tumblr media
I Xurafatçılıq və Qurana əsaslanan həqiqi İslam bir-birinə tamamilə ziddir. Bir çox İslam ölkəsində İslam adı altında Qurana zidd model yayılıb. Bu modeli müsəlmanlıq adı altında həyata keçirən insanların həyat tərzi Quran əxlaqından uzaqdır. Bu ölkələrdə qatı cəhalətə əsaslanan xurafatçılıq, adət-ənənə və mövhumatlardan ibarət yanlış din anlayışı (məzhəb və təriqətlər) hakimdir. Nəticədə isə hər cür vəhşilik və şiddətə qapı açan, elm, incəsənət, estetika, modernizm və mədəniyyətdən uzaq, qadınlarla ikinci sinif varlıqlar kimi davranan cəmiyyət və həyat modeli ortaya çıxıb. Müsəlman ölkələrin böyük əksəriyyəti atadan oğula keçən, dövlət tərəfindən rəsmi qəbul etdirilən əcdadlarından qalma din anlayışını İslam kimi mənimsəyib. Özlərini müsəlman adlandıran bu məfhum İslam ölkələrindəki bütövlüyü, sevinci, dindarlığı, incəsənəti, üstün əxlaqı, dostluğu və keyfiyyəti yox edib. “Dində məcburiyyət yoxdur” ayəsinin hökmünə zidd olmasına baxmayaraq (Bəqərə surəsi, 256), bir sıra İslam ölkələrində bəzi radikal fəaliyyətlərlə ciddi təzyiq rejimi formalaşdırılıb. Ancaq təzyiq insanların iman gətirməsinə deyil, əksinə, mənəvi pozuntuya səbəb olub. Bu ölkələrdəki İslam adı altında həyata keçirilən fəaliyyətlərin çoxu sadəcə kənardan müsəlman görünməsini hədəf almış, bəzi insanlar da buna aldanaraq müsəlman kimi görünmüş, lakin əslində, mənəvi pozuntuya məruz qalmışlar. Səmimiyyət dini olan İslamla yaşamaq əvəzinə ikiüzlü davranmağa məcbur edilmişlər. Hal-hazırda, bir çox İslam ölkəsində gənclərin böyük əksəriyyətinin mənəvi çöküntü içində olması bu səbəbdən sürpriz deyil. Halbuki, bütün müsəlmanlar dinimizin əslini, kökünü araşdıraraq, İslamın əsl mənbəyi olan Quranı oxuyaraq öyrənməlidirlər. Bu, bütün müsəlmanların İslam adı altında yaşadıqları cəhalətdən dərhal xilas olmalarına səbəb olacaq. - İslamda sevgi əsasdır: Allah, sevməyi sevir. Müsəlmanın fitrətində də sevgi var. Uca Rəbbimiz “İman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq” (Məryəm surəsi, 96) ayəsində müsəlmanların qəlbində nifrət deyil, sevgi olduğunu xəbər verir. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #sevgi https://www.instagram.com/p/CnUfuL_j4SN/?igshid=NGJjMDIxMWI=
3 notes · View notes
intigammamedow · 5 months
Text
Nadir Şahın fərmanı….(Nadir şahın Səfəvilərin soyunu qurutmasının gerçək səbəbi bu fərmanda açıqlanıb)
Fərmani-Şahi Öncə Allah təalaya sığınıram. Biliniz ki, Şah İsmayıl Səfəvi, 1501-ci ildə zühur etdi. Cahil xalqdan bir qismini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün müsəlmanlar arasına fitnə və fəsad soxdu. Peyqəmbərin ən yaxın arxadaşlarını söyməyi, şiəliyi ortaya çıxardı. Böyləcə müsəlmanlar arasına böyük bir düşmanlıq soxdu. Münafiqlik və düşmənlik…
Tumblr media
View On WordPress
0 notes
dusuneninsan · 1 year
Text
Xristianlar da eynilə Müsəlmanlar kimi Hz. İsanın yenidən dünyaya gəlişini gözləyirlər. Ancaq Hz. İsa gələndə Xristianlarda olan bəzi səhv inancları və təhrif edilmiş batil məlumatları yox etdikdən sonra, bütün insanları Quranda bildirilən həqiqi din əxlaqına dəvət edəcək. Onun dövründə İsəvilik həqiqi din olan İslamiyyət ilə birləşəcək, mənəvi olaraq Xristianlıq İslamiyyətə çevriləcək.
Hz. İsanın xristiyanlara öz peyğəmbərləri haqda üç üqnum inancının səhv olduğunu, Allahdan başqa ilah olmadığını, kiminsə başqasının günahını yüklənməsinin mümkün olmadığını, haqq kitabın Qurani Kərim olduğunu izah etməsi Xristian dünyasında böyük təsir yaradacaq.
Hz. İsa ilə birlikdə insanlar cəm halda şirkdən və batil inanclardan xilas olacaq, Allahın icazəsi ilə birlikdə İslam əxlaqına yönələcəklər.
Peyğəmbərimizin (s.ə.v.) bu mövzu ilə əlaqədar hədislərindən bəziləri belədir:
“(Hz. İsa) qırx (40) il Allahın Kitabı və mənim sünnəmlə hökm edib, vəfat edəcək.” (Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 92)
“Hz. İsa ümməti-Məhəmmədə peyğəmbər olaraq deyil, Şəriəti-Muhəmmədiyəyi (İslamiyyətin əsaslarını) tətbiq etmək üçün gələcəkdir, deyir.” (əl-Kəvlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 68)
“Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz ki, enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa yaxın qırmızı rəngdədir. Sarı rəngli iki paltarda olacaq. Yağış yağmasa da saçından su damlayacaq. İnsanlarla İslam üçün mübarizə edəcək. Dəccalı təsirsiz hala gətirəcək, sonra dünyada düz qırx il qalacaq. Sonra öləcək və namazını Müsəlmanlar qılacaqlar.” (Buxari, Müslim, Əbu Davud və Tırmizi, Böyük Hədis Külliyyatı, Rudani, 5.cilt, s. 380) #aztagrambaku
#baku
#instaazerbaijan #vscoazerbaijan
instagram
0 notes
salakbarli · 2 years
Text
Dilbəra, mən səndən ayrı ömrü, canı nеylərəm?
Tacı-təхti, mülkü-malı хanimanı nеylərəm?
İstərəm vəsli-camalın ta qılam dərdə dəva
Mən sənin bimarınam, özgə dəvanı nеylərəm?
Еy müsəlmanlar, bilin, yar ilə хoşdur bu cahan,
Mən ki, yardan ayrı düşdüm, bu cahanı nеylərəm?
Çoх dualar qılmışam mən хaliqin dərgahına,
Çün muradım hasil olmaz, mən duanı nеylərəm?
Dilbər aydır, еy Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbir еyləsəm, danla fəğanı nеylərəm?
Nəsimi
1 note · View note
sadayrehimli · 2 years
Text
Əxlaqsız "qızlarla" bir neçə aylığa, illiyə də olsa ailə qurmaq üçün qeyrətsiz oğlanlar da yetişdirmək lazımdır. Ona görə cəmiyyətdə pozğunluq hər iki cinsin nümayəndələri arasında aparılmalıdır ki, normal insani dəyərlərə sahib olub heyvani həyat tərzinə, istismara, köləliyə etiraz edən qalmasın. Kişilərin başı qadınlara, qadınların başı kişilərə qarışsın. Bu səbəbdən əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrin gəncləri arasında zina çox sürətlə yayılmaqdadır.
0 notes
iambayramli · 2 years
Text
İbtidai toplumların əksəriyyəti cinsi əlaqəni ayıb saydığı üçün gənclər bu mövzulardan məlumatsız qalıb bədbəxt olurlar və bu hissdən məhrum qalırlar .
Bu məlumatlardan məhrum qalanların nə oyunlar çıxardığını demək olar hər gün eşidirik, oxuyuruq. Təcavüz, namus cinayətləri, uşaqlarla cinsi əlaqəyə girmək kimi murdarlıqlar cinsi tərbiyə görməyən, cinsi əlaqəni ayıb sayan adamlar bu hissdən məhrum qalıb bu cür əxlaqsızlıq törədirlər.
Bunun ən geniş yayılmış örnəkləri cinsi əlaqəni, sevişməni ayıb, günah sayan dinlərin pəncəsinə düşən toplumlardır ki və bunun dünyadan ən məşhur örnəyi Papa Rodrigo Borgiadır. Bu katolik din adamının öz qızını hamilə buraxdığı deyilir. Deyilir ona görə dedim ki, o dövrdə DNT testi olmadığı üçün bunu sübut edəcək fakt yoxdur. Bu rəzillik tək deyil, başqa örnəklər də var.
İllər öncə Kaliforniyada Santa Barbara şəhərində orda məşhur İspanyol monastrını görmək istədiyim zaman, məni ora aparan kollegam ordakı keşişlərin azyaşlı uşaqlarla cinsi əlaqəyə girdiyi rəzalətini danışmışdı mənə.
Daha sonralar bu halların Amerikada geniş yayıldığının üstü açıldı və Katolik kilsəsi rəzil oldu. Belə rəzalətlərin baş verməsinin səbəbi Katolik məhzəbinin keşişlərə cinsi əlaqəni qadağan etməsidir. Müsəlmanlar arasında da cinçi hocaların gənc qızlara etdiyi rəzalətlər haqqında məlumatlara tez-tez rast gəlirik.
İnsanlar özünü bu hissdən məhrum buraxanda nəticədə belə anormallıqlar, iyrəncliklər baş verir.
Cəlal Şengör "Aptalı tanımak" kitabından
9 notes · View notes
zameening · 3 years
Text
Müsəlmanlar və Yəhudilər döyüşməyincə qiyamət gəlməz. Bu müharibədə Müsəlmanlar Yəhudiləri öldürəcəklər. Yəhudi daşın və ya ağacın arxasında gizlənəcək də, daş və ya ağac; “Ey müsəlman, ey Allah’ın qulu, mənim arxamdakı yəhudidir, gəl onu dərhal öldür!" (Müslim, Fiten, 82. H)
20 notes · View notes
deadwithdead · 2 years
Text
Yearly Book Report 2021
Last year I've read 18 books, which is not only less than year before that, but is also an all time low. Which is fine, this year wasn't really the best for me so I expected the number to be low. I have 7 unfinished books left. They were either too big to finish, or my mind just couldn't take them. Finally, I stopped reading 2 books in the middle because they just weren't worth my time.
The soul of man under socialism b. Oscar Wilde
I really liked this one! To be fair, politicswise this essay was a little too idealistic, but it was a soothing read.
Lord Arthur Savile's Crime b. Oscar Wilde
Short and interesting book that I read in under an hour.
Müsəlmanlar harada səhvə yol verdi? b. Bernard Lewis (What went wrong?)
I almost didn't buy this one but changed my mind the last minute. I'm glad I did, I really liked and probably will read more of Lewis. Read this one in azeri.
Shadow and Bone trilogy b. Leigh Bardugo
I was basically forced to read this book by a friend. Was in a reading slump until this book but a good YA book is always welcome. Apart from the fact that the book wasn't character driven at all (Alina wasn't much of a protagonist) I enjoyed reading it.
Six of Crows duology b. Leigh Bardugo
When the said friend told me that SoC was way better than SaB I didn't really believe them but HOLY HELL I was wrong. It's probably the best YA book I've read. The plot was incredible, the characters were well-developed and enjoyable. I don't have much to say, I fell in love with it. I couldn't find the second book for a long time and it was spoiled to me before I could get my hands on it, which was very annoying, but it didn't take away from the beauty of the book
Ben, Kirke b. Madeline Miller (Circe)
Read this one in Turkish. Wish I'd read it in the original but Turkish translations are always A-class, so no complaints. I also wish someone warned me about the sexual assault scene, but nevertheless I enjoyed this book. It made me feel ~secret emotions~. Planning to read other works of Miller (I think their only other novel is Song of Achilles though).
Odlu diyar b. Anatoli Zöhrabbəyov (Fiery Land)
Being an idiot I am, I skipped the foreword. Turns out the novel is unfinished. It is an historical novel set in 12th century Baku. It had a typical 20th century russian-azeri prose feel to it, but at the same time it was better. The original was in russian but the translator who was a close friend of the author did a phenomenal job. Usually literary translations to azeri are horrible, but this one was meant to be. I'm still bitter about not being able to read protagonist's talk with Nizami Ganjavi who was supposed to have scenes in the book before the author died and left his work unfinished, but I don't regret reading it. Actually, being unfinished added something to this already magical novel.
Babilik vəTahirə Qurrətuleyn b. Güntay Gəncalp (Bábism and Tahirih Qurrat al-Ayn)
Read this one in Azeri too. The author of this book is from northern Iran and although he was right most of the time... I was more shocked at his fury. My man was Angry. You could sense it from the pages. The whole book is an interesting point of view to the history of Iran and the icon herself, Tahirih. Even if you are not interested in the history of Iran or Babism, I highly recommend researching Tahirih's life. She was a revolutionary and a women's rights activist in 19th century Iran.
Hoşbeş (Confabulations) b. John Berger
I remember having fun reading this, but basically don't remember a word of it. It had cool drawings tho. Light read. Also in Turkish.
Qara Paltarlı Qadın (Woman in Black) b. Maqsud Ibrahimbəyov
Another one in Azeri! This one was a typical novel from 20th century Aze. Some political propaganda. Can't decide if that one scene was sexual assault or just plain infidelity. Not exactly my taste but I had fun.
L'arab du futur b. Riad Sattouf
Borrowed this one from the library of Institut Français. It's a comic book, set in the political climate of 70s Arab world, all from the point of view of a 4-year-old who has a French mother and a Syrian father. At times it made me mad, at times I laughed out loud. Recommended.
Coğrafya Kaderdir, ibni Haldun (Geography is destiny, Ibn Khaldun)
This isn't really Ibn Khaldun, they basically summarised his philosophy. It's a series and I'm planning to buy more of it. A good read, although the author was visibly mad about the current political situation in Turkey without explicitly saying it.
Le monstre du poitou by I. Raisch
Notre-Dame de Paris (shortened version)
More borrows from the Institut Français. There isn't much to say about them, read them for my French.
Buludların Üzərində Qətl (Death in The Clouds) b. Agatha Christie.
Probably one of the all time favourite Christie novels of mine.
The unfinished books are:
The Hitchiker's Guide to Galaxy. All books in one, super thick, super expensive, don't regret a thing.
Why war? Letters of Einstein and Freud. It's really short, but translation is a bit off.
Turks Before the History by Oljas Suleymenov. Horrible, horrible, HORRIBLE translation, I can't understand a word even if it's in my native language. Whoever is doing the translations for this press is doing a terrible job. I like this press BUT HOLY HELL CAN YOU HIRE GOOD TRANSLATORS PLEASE??? This is especially annoying because the book is WONDERFUL. Incredible take on linguistics. I adore everything Suleymenov has ever written.
The Picture of Dorian Gray. It's inside a collection and the book is bulky so I'm reading it really slowly.
Le Petit Prince. Second time reading, this time in French.
Thus Spoke Zarathustra by Friedrich Nietzsche
The Prophet by Khalil Gibran. I think my English is failing me with this one. I also must take an exam which includes this book in a few days so I'm a little disappointed in myself.
I don't want to set goals too high for the next year since I'm already unwell and the next year will be really busy. Main goals are:
Increase the amount of books related to my major (already sounds expensive) and classic azeri books.
Add French and Arabic to my "reading pool".
Read 25 books.
25 books aren't much but I refuse to go hard on myself this year. Hopefully, this year will be better.
3 notes · View notes
thissemral · 3 years
Text
Çox hörmətli Müsəlmanlar. Başqalarının qazandığı günah sizə təsir etmir. Bu bir kamanda oyunu deyil.
5 notes · View notes
bunediala · 3 years
Text
Donuzu Haram bilib, qəbul etməyən Müsəlmanlar, başqa mövzularda, həddən çox haram etdiklərindən xəbərləri yoxdu.
1 note · View note
isayev312 · 3 years
Text
Müsəlmanların tənəzzül amili İslam deyil, əksinə, müsəlmanlar səhlənkarlıq və İslam təlimlərindən uzaqdüşmə nəticəsində tənəzzülə düçar olublar və bu geriliyə görə müsəlmanlar özləri məsuliyyət daşıyırlar.
M.Mütəhhəri
2 notes · View notes
Video
youtube
Müsəlmanlar Kitab Əhlinə Şəfqət Göstərməlidir I 4K
0 notes
melikeagha · 4 years
Note
Maidə surəsi 51: Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz! Burda niyə belə deyir? Bu irqçiliyin bir növü deyil?
Nəzər yetirsəniz burada ey müsəlmanlar deyilmir. Ey iman gətirənlər deyilir. Və eyni zamanda Quranın başqa ayələrində incil və tövratın da müqəddəs kitablar olduğu deyilir. Ayrı-seçkilik olsa deyilməzdi. Sadəcə əsas məğz bundan ibarətdir ki, nə incildə 'xristian' 'xaçpərəst' ifadəsi var, nə də tövratda 'yəhudi' . Burda başqa bir məna mövcuddur. İslamda müsəlmanam deyənlərin necəki yarısından çoxu münafiqdir, islamdan bixəbərdir, eləcə də digər dinlərdə də bu cür hal mövcuddur. Burda kitab ayrı seçkiliyi yoxdur, burda əqidə mövzusu əsas götürülüb. Bütün peyğəmbərlər xalqa xitab edərkən 'Ey iman gətirənlər' deyə səslənib. Nə İsa peyğəmbər xalqa Xristianlar, xaçpərəstlər deyib, nə də Musa peyğəmbər Yəhudilər deyə səslənib.
8 notes · View notes
dusuneninsan · 1 year
Text
Digər paylaşımlarımızda Qurandan kənar, İslamla heç bir əlaqəsi olmayan hökmlərin "bu İslamda vardır" deməklə İslam dinini nifrət,qorxu, şiddət dini kimi bütün dünyaya az qala qəbul etdirən "Xurafatçı " sistemdən bəhs etmişdik.Özəlliklə Avropada İslamofobiyanın yayılmasının ən başlıca səbəbi İslam dinini yanlış din kimi tanımalarıdır."Cihad" adı altında milyonlarca insanın ölümünə səbəb olanlar İslam dinini Avropada ən qorxunc din kimi tanınmasının başlıca səbəbkarlarıdır.Bu qorxunc sistemin başında olanlar ( heç bir təhsili olmayan, keyfiyyətsiz,təmiz olmayan,elmə,sənətə , qadına ) nifrət edən xurafatçılardır.Bu sistemdə olan özlərini guya ideal müsəlman kimi göstərən xurafatçılar əslində İslamdan uzaq ,Allahın yaratdığı gözəllikləri özlərinə sərhəd qoyaraq özlərinə necə zülm etdiklərinin fərqinə varmırlar.Xurafatçılar özlərinə sərf edən, Quranda olan sözlərin yerini başqa mənada tərcümə edərək guya bu Quranda varmış kimi müsəlmanlarda fikir formalaşdırmaq, birbaşa İslam aləminə böyük zərbə vurmaq müsəlmanların inanclarını zədələmək özlərinin böyük məqsədinə çevirmişlər.Zaman- zaman (radikal dini qruplaşmalar, yalançı din alimləri,din adı altında romantizmi təbliğ edənlər) birbaşa bu sistemin təsiri altında fəaliyyət göstərənlərdir.Bunun nəticəsində ,müsəlman təbəqəsinin əksəriyyəti İslam dinini məhdud çərçivədə (kədərlənən,saqqal saxlayan,,yas tutan, bütün gözəlliklərdən özünü məhrum edən bir şəxsiyyət duşüncələrində formalaşdırmışlar.Bunun tək bir səbəbi Quranı kənara qoyub özlərindən uydurulmuş din yaratmaqları olmuşdur ki, bunun nəticəsində də bütün dünya İslamı qorxunc bir din kimi tanımış qərb ölkələrində müsəlmanlara təzyiqlər göstərilmiş,məhdudiyyətlər tətbiq olunmuş,ibadətləri qadağan edilmişdir.Halbuki müsəlmanlar tək Qurandakı dinə tabe olduqları şəkildə dünyanın ən mükəmməl insanları olacaqlar.Hətta Avropada yaşayan müsəlmanlar həqiqi Dini yaşadıqları halda xristianlara mükəmməl örnək ola bilər,onlarında müsəlman olmasın da bilavasitə rol oynaya bilərlər.
instagram
0 notes