Tumgik
#insanlıq
shahinelected · 15 days
Text
🇦🇿 İnsanlar Sevgiyə qarşı nifrət hissi ilə, Sevgiyə qarşı düşmən kimi proqramlaşdırılırlar!
🇷🇺 Людей воспитывают ненавидеть Любовь, быть врагами Любви!
🇹🇷 İnsanlar Aşka karşı nefret duygusu ile, Aşka karşı düşman olarak yetiştiriliyor!
#shahinelected #insan #insanlıq #insanlık #sevgi #aşk #любовь #человек #человечество
2 notes · View notes
Photo
Tumblr media
I “İnsanlıq” adı altında təqdim edilən fəlsəfə də İngilis dərin dövlətinin Firon dövründən öyrəndiyi bir dindir. İngilis dərin dövlətinin bir inancı, bir dini vardır. Buna “humanizm” deyilir, yəni digər adı “insanlıq”. Bu bir dindir, humanizm bir dindir. İngilis dərin dövlətinin yaratdığı bir dindir. Bunları Firon da müdafiə etmişdir, Nəmrud da müdafiə etmişdir. Bütün dəccalların müdafiə etdiyi bir dindir. Yəni dəccallar bu dinin qaydalarını ortaya qoyur. İndi “insanlıq” deyir “nədir” deyə soruşduqda, Firon: “Mənə görə insanlıq, məsələn, Fironun Allah olduğunu qəbul etməkdir”. Başqa? “Bütün Misirin mülkünün ona aid olduğunu bilmək, soğan yemək, sarımsaq yemək” sonra “bütün gücü ilə çalışmaq, Firona xidmət etmək və xalqı siniflərə ayırmaqdır”. Fironun xüsusiyyəti xalqı siniflərə ayırması idi, Quranda bu cür deyilir. “Xalqı siniflərə ayırar” deyir növ-növ qruplara ayırır, xalqı bölüb-parçalayır. Və xalqı alçaldır, hörmətdən salır, adam yerinə qoymur. “Siz cahilsiniz, mədəniyyətsizsiniz, kəndlisiniz, sadəsiniz, ağılsızsınız, mən sizdən ucayam və böyüyəm” -deyir. İngilis dərin dövlətinin etdiyi də budur əslində. İnsanları parçalayır, bölür ondan sonra yox etməyə çalışır. Firon da insanları bölüb parçalayıb ondan sonra yox etməyə çalışırdı. Məsələn, Böyük Orta Şərq layihəsi tam Fironun layihəsidir. Böl-parçala-yox et. Firon da eynisini edirdi, bölüb parçalayıb yox edirdi. Quranda o parçalama xüsusiyyəti Fironun xüsusiyyəti olaraq ayrı bir hökm kimi ayədə keçir. Buna görə də, “insanlıq” sözünü, məsələn, müsəlman: “Mənə görə insanlıq müsəlmanlıqdır” -deyər. Amma Firona görə insanlıq Fironun qanunlarını qəbul etməkdir. Yəni “insanlıq” sözü qapalı bir ifadədir. Bunu hər inanc özünə çəkə bilər. (ardı rəydə) #quran #islam #dinipaylasimlar #Allah #namaz #dua #din #dəccal #firon #humanizm #humanist #insanlıq #hzmusa #ingilisdərindövləti https://www.instagram.com/p/CjaGvDkMZw3/?igshid=NGJjMDIxMWI=
0 notes
petr1chorr · 18 days
Text
Bu gün sözlü təcavüzə məruz qaldım. Bunu dilə gətirməkdən çəkinirəm? Açığı, çəkinirəm. Amma çəkinsəm belə yazmaq istəyirəm. Çəkinməli olanlar bizlər deyilik əslində. Hormonlarını və şəxsiyyətini itirmiş, özünü idarə etməkdə aciz olan, mənliksizlərdir hansı ki, belələrinə görə biz daim qorxmuş, özümüzü alçalmış hiss edirik. Belə yaşamaq məcburiyyətindəyik məgər? Mənim bu gün yaşadığım qorxu, təşviş, stress və həyəcanı kim keçirə bilər? Bütün bunları nəzərə almadan bunu mənə yaşadan şərəfsizin cəzası nə olur bəs? Heç nə. Ətrafımda o qədər insan olmasına baxmayaraq, bir nəfər belə həmin insanı susdurmaq üçün müdaxilə etmədi.
Hal-hazırda Azərbaycan cəmiyyətində kütləvi psixopatlaşma gedir. Seksual hissləri ifrat oyanmış, ehtirasını nəyin bahasına olursa olsun ödəməyə çalışan bu kimi məsuliyyətsiz şəxslərə görə biz daim qorxu və narahatlıq içində yaşamalı deyilik. Belələrinin qarşısını nə ictimai qınaq, nə də qanun ala bilir. Çünki bu problemin həlli üçün gərəkli tədbirlər görülmür. Artıq ölk��dəki bir çox şəxsin "insanlıq" adlı meyardan aralanması çox canımı sıxır.
79 notes · View notes
xancann · 9 months
Text
Öncədən zəkanın insan xarakterində çox vacib bir xüsusiyyət olduğunu düşünürdüm, zaman keçdi və fərqinə vardım ki, empatiya, insanlıq mərhəmət kimi xüsusiyyətlər olmayınca zəka çox yetərsiz və bir o qədər də təhlükəli hal alır.
73 notes · View notes
esger1i · 3 months
Text
Kaş dəyişməsəydi heçnə. Kaş dəyişməsəydi Bakı. Müasir ölkə-şəhər tipli olmasa da, retro tipli, Qızqalası kimi qədim şəhər olaydı. Turistlər Bakının müasirliyinə görə deyil, ən köhnə şəhər olduğu üçün gələrdi. Sənət əsəri olardı Bakı. İnsanlar axışıb gələrdi və keçmişdən bir iz tapardı. Onsuz da bütün dünya müasirləşir və fərqli az şey qalır. Keçmişdən qalan tək şey Bakı olardı. Divarları, üslubu, danışıq tərzi, səmimiyyəti və s. Rəngli işıqlarla, rəngbərəng adamlarla deyil, qədimliklə bəzənərdi. Nə gözəl olardı deyil mi? Gözəllik Bakı olardı, Bakını gözəlləşdirən keçmişdən bu günə qədər qoruyub saxladığı keçmişi olardı. Hündür binalar olmazdı, hündür insanlıq olardı. Mədəniyyətimizi deyil, mədəni niyyətimizi qoruyub saxlayar və artırardıq. Kimsə bu şəhərdən baş götürüb qaçmazdı, kimsə bu şəhərə ürəyini, başını və keçmişini götürüb qaçardı. Müasir geyim-keçim yox, müasir beynlər olardı. Dəyişilmədən, erroziyaya uğramadan qalardıq. Bütün dünya dəyişilərdi ama biz dəyişməzdik. Elə eyni qalardıq. Səmimi görüşlər, öpüşlər çox olardı. Qeyrət də dağın başına deyil, qeyrət başla çəkilərdi. Namus daha gözəl namuslu olardı. Tarın səsi gələrdi. Çay başqa dadardı. Gözəl bir musiqi səslənərdi. Məst olub xəyallara dalardıq. Hansısa qəlblə oynanılmazdı. Əmin olun bu dəqiqdi. Faişəlik və pozğunluq, əqidəsizlik deyirsizsə o da olmazdı. Şəkillərimiz ağ-qara olardı bəlkə ama yenə də saxta effektdən daha gözəl görünərdi. Əvvəllər bir sms daha dəyərli idi. O sms iki yüz neçəsə simvol təşkil edərdi və biz bütün demək istədiyimizi o tək mesaja sığışdırıb çatdırardıq. Əvvəl 100 kontur vardı, 100 kontur göndərmək vardı, indi dilənçi kimi 20 qəpik almaq var. Hisslər daha səmimi idi. Beynlər ayaq arasında deyil, başda olardı. Hisslər gözlərdə olardı, sözlərdə deyil. Kaş Bakı dəyişməzdi. Elə eyni qalardı. Bakı deyil, bütün Azərbaycan dəyişməzdi. Biz köhnə qalardı, köhnə olardıq ama dəyişməzdik. Çünki köhnələr daha gözəldi.
23 notes · View notes
iamnightmare · 1 month
Text
Qaranlığın ortasında yapayalnız qalmaq. Hər kəs ən azı min dəfə yaşayır bunu. İnsanlıq qanunun bilmirəm neçənci maddəsi.
9 notes · View notes
usersh · 7 months
Text
Özüm daxil olmaqla, 20-li yaşları içində olduğumuz hadisələrlə yaşayan hamı üçün məyusluq hissi keçirirəm. 90’lar olmaq pandemiyadan tutmuş, müharibə ağrı-acıları, inflyasiyayadək hər şeyi 20’li yaşları hədər verərək yaşamaq imiş. 90-ların məhdud imkanları ilə indinin sərhədsiz imkan və texnologiyasının arasında sıxışıb qalan gənclik keçirmişik, keçiririk.
Belə ki, bütün bu problemlərin içində heç insanın vicdanı öz dərdləri üçün də dərd çəkə bilmək “lüks”ünə sahib deyil. Duyğular, hisslər - bunlar axırıncı plandadır. Öncəliklər mövzusunda qət edəcəyimiz yol uzundur.
Lakin bir də bu illəri bizə heç kim geri verməyəcək. Çətinliklərlə boğuşaraq qazandığımız uğurları da heç kim bəh-bəhlə alqışlamayacaq, asanddan ayırd etməyəcək. Çünki, insanlıq üçün həmişə proses yox nəticə əhəmiyyət kəsb edib.
20 notes · View notes
nesirov · 1 year
Text
“ Bu saniyə sadəcə qucaqlaşmağa ehtiyacım var. ” dedim ona. İnsanlıq qədər köhnə olan bu hərəkət, iki bədənin qovuşmasından daha artığını ifadə edər. Qucaqlaşmanın mənası budur : səndə hər hansı bir təhlükə sezmirəm, yanında olmaqdan qorxmuram, rahatlaya bilər, və özümü yuvamda hiss edə bilərəm artıq, çünki məni anlayan və qoruyan biri var. Bizdə, birini hər istəyərək qucağladığımızda ömrümüzün bir gün uzandığına inanılardı. Yalvarıram, indi qucaqla məni.
© Paulo Coelho - Aleph 📚
77 notes · View notes
shahinelected · 6 months
Text
🇦🇿 Yaradıcı İstedad!
🇷🇺 Творческий Талант!
🇹🇷 Yaratıcı Yetenek!
#shahinelected #insan #i̇nsan #insanlar #insanlıq #insanliq #insanlık #insanlik #человек #люди #человечество #талант #таланты #талантты_таниық #талантливымдетямсюда #istedad #istedadlışagirdlər #istedadınıtanıt #istedadlı #yaradıcılıq #yaradıcı #yaratıcılık #yaratıcı #творческийпроцесс #творчество #творчествосдетьми #творчествобезграниц #творческиелюди #yaraticifikirleratolyesi #yaratıcıfikirler
4 notes · View notes
ogunbugundur · 1 year
Text
insanlıq qollarımda can verir
31 notes · View notes
yagubov · 1 year
Text
Ən böyük insanlıq, bizə edilən pisliklərə yaxşılıqla cavab verməkdir.
28 notes · View notes
adeennn · 7 months
Text
Təsəvvür et ki, sonda insanları xoşbəxt etmək, onlara sülh və əmin-amanlıq verə bilmək üçün insanlıq taleyinin binasını özün tikirsən, amma bunun üçün zəruri və qaçınılmaz olaraq kiçik bir varlıqa əzab verməlisən və bu balaca, sinəsinə döyən həmin o uşaqdır. Sən onun qarşılıq görməyən göz yaşları üstünə bu binanın təməlini qoymalısan, bu şərtlərlə binanın memarı olmağı qəbul edərdin? Düzünü de...
18 notes · View notes
mellsy · 8 months
Text
İnsanlar deyil, burda insanlıq öldü
13 notes · View notes
porsugblog · 9 months
Text
İnsan oğlunun ehtiyacı olan şey dramdır. İnsanlıq melanxoliyadan bəslənir.
12 notes · View notes
dragon-hsv · 10 months
Text
Sənə çox can dedim ey can,can olub neyləmisən,
Demə canan özünə canan olub neyləmisən?
Getmisən daima biganəni şad eyləmisən
Aşiqin həsrət ilə viran olub neyləmisən?
Demə imkanım olanda səni yad eyləyərəm,
O qədər fürsət olub, imkan olub neyləmisən?
Dərmanım olsa da səndə! Ölərəm! İstəmərəm
Səndə hər dərdimə hər dərman olub, neyləmisən?
Bivəfasan gözəlim, səndə vəfa görməmişəm
Aşiqin həsrətilə viran olub neyləmisən?
Bir dəfə mehmanım oldun azı min dəfə dedin,
Mənə guya ki, gəlib mehman olub neyləmisən?
Baba, biz insanıq, insan ilə insanlıq edək
Deməsinlər biz qoy, insan olub neyləmisən?
Məşədi.
12 notes · View notes
starkmrjavad · 11 months
Text
“İnsanlar nə edir, insanlıq olaraq? Heyvanlar nə edir, heyvanlıq olaraq? Ulduzlar nə edir, ulduzluq olaraq? Heç nə, əgər Allah bizim nə isə etməyimizi istəsəydi o bunu bizə deyərdi. Niyə bizi sınağa çəksin? Bəlkə o bizi sadəcə yaradıb? Bəlkə o bizi kef eləmək üçün yaradıb? Ola bilməz belə bir Allah? Ola bilməz ki, Allah yaxşı olsun? Gǝrǝy elə adamyandıran olsun? Yəni ki, o boyda Allah- Yupiter, Veneranı, Günəşi, qalaktikaları yaradan Allah oturub bizim neçə dəfə hansı qızın ayağına baxmağımızı sayır? Sən dünya haqda fikirləşdikcə həyatın elə buna sərf olunacaq. Filosoflar əsrlərlə gic-gic şeylər fikirləşirdilər. Adları tarixə düşdü amma özlərinə ikinci dəfə şans verilsəydi hər şeyi atıb sevdikləri insanların arasında sərin bir çəmənlikdə nahar edərlərdi. Budur həyat. Həyat nə rəmzlərdi, nə gerblər. Həyat nə dinlərdi nə himnlər. Həyat nə bank hesabıdır, nə millətlər, nə də dilom. Həyat ilıq dalğalar, soyuq şərab və qadın ətridir. Həyat simfoniyalar, qarlı zirvələr və uşaq gülüşüdür. İnsanların həyatı Cəhənnəmə dönəndə onlar Cənnəti uydurmuşdular, indi həyatları Cənnətə döndükcə Cəhənnəmi unutmalıdırlar. Bəs məqsədimiz nədir? Bu sual səni maraqlandırır. Bax bütün canlılara onlar hamısı nə edirsə deməli məqsəd də odur. Bütün kainat genişlənir. Bir hüceyrə bölünərək iki hüceyrə yaradır. Qarışqalardan tutmuş zürafələrə qədər bütün canlıların bir ali məqsədi var. Çoxalmaq, çoxalmaq və çoxalmaq.”
8 notes · View notes