Tumgik
#danışmağın
metbuat · 2 years
Text
Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ikinci turunda “Benfika”ya 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib. Metbuat.org xəbər verir ki, təcrübəli mütəxəssis “Sky Sport Italia”ya açıqlamasında böyük hesabla uduza biləcəklərini etiraf edib: “Futbolu izah etmək çətindir. Sadəcə onu demək olar ki, 1:2-dən sonra üçüncü və dördüncü qolları da buraxa bilərdik. Sonda bir…
Tumblr media
View On WordPress
0 notes
esger1i · 1 month
Text
Bəzən sadəcə susur insan. Ən çox danışmalı olduğu anda, bəlkə də səsini eşıtdirə bilmək üçün hayqırmalı olduğu anda susar. Ətrafındakı hər kəs fərqli qəbul edər bunu. Kimi cəsarətsiz, kimi haqsız olduğunu düşünər. Amma əsl səbəbi heç bilmək istəməz. Susar, çünki danışmağın bir mənası olmadığını anlamışdır. Bəlkə dinlərlər onu amma, anlamazlar, anlamaq istəməzlər. Yalnızdır O. Yalnız olduğu üçün susar.
33 notes · View notes
dadaszdkh · 5 months
Text
Bəzən getmə deyə bilmirik, qal deyə bilmədiyimiz üçün deyil, sadəcə gedən üçün "qal" sözünün bir mənası olmadığı üçün getmək "səni sevmirəm" cümləsinin ikinci adıdır getmək - kibrit kimidir, sən bir addım atarsan, geridə qalan külə çevrilər bəzən də "yaxşıyam" deyirik, yaxşı olduğumuz üçün deyil, artıq danışmağa gücümüzün qalmadığı üçün ya da danışmağın da bir faydası olmadığını bildiyimiz üçün.
32 notes · View notes
huseynkarimli · 7 months
Text
Hiss edilən sözləri ifadə etmək mümkün deyilsə danışmağın nə mənası var ?
26 notes · View notes
anar-abasow · 5 months
Text
İnsanlarla xoş danışmağın patxod,
Mədəni, incə danışmağın petuxluğ oldu bilinən cəmiyyətlə,
Gərək öküz kimi davranıb danışasan.
Bu qoyunlar bu dildən anlayır.
15 notes · View notes
sanctasu · 1 year
Text
Bəzən tanımadığım birisinə hər şeyi danışmaq istəyərəm. Heç adın belə soruşmaram. Ona yaşadığım situasiyanı bir nağıl kimi, açıq şəkildə söyləməsəm belə bir məsələyə dair olan xeyli məlumatları açıq aydın şəkildə izah edərəm. Heç mənimlə danışmasa belə olar əsas odur dinləsin. Niyyətimiz bir olduqdan sonra danışmağın nə mənası.
46 notes · View notes
quinplen · 1 year
Text
Hələdə başa düşmürlər boş danışmağın yox heç danışmamağın qazanacağını
26 notes · View notes
gulsmentality · 1 year
Text
Bəzən bir insanla eyni dildə danışmağın mənasız olduğunu anladıqda fərqli dildə susmağı seçər insan.
21 notes · View notes
asiqolma · 2 years
Text
Tumblr media
Sus gözlərin danışsın...
Bəzən danışan insanları anlamazkən...
Susan rəsimlə saatlarca danışmağın gəlir...♥️
35 notes · View notes
sorun-var · 1 year
Note
Yaxçı danışanlar, çox susur.
Susmağın öz vaxtı, danışmağın öz vaxtı var .
7 notes · View notes
abreviatura · 2 years
Text
Tək olanda öz özümə danışmağın başqa levelindəyəm uje
3 notes · View notes
politiciansstuff · 6 months
Text
Tumblr media
Bir həftəyə sülh sazişi imzalana bilər, Başkənd məsələsi isə... - Kritik gəlişmə
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, İrəvan rəsmi şəkildə Mosvanın təşəbbüsü ilə reallaşan bütün proseslərdən imtina edir. Ermənistanın anti-Rusiya ritorikasının necə nəticələnəcəyi ilə bağlı suallar var...
- Nikol Paşinyan Rusiya ilə bütün bağlantıları qırmağa çalışır. Əsas diqqəti KTMT-yə yönəldib. Təşkilatın bütün görüşlərində imtina edir. Beləliklə Paşinyan Moskvadan tamamilə uzaqlaşmaq niyyətini ortaya qoyur. Bunun Ermənistana necə başa gələcəyi ilə ilə bağlı suallar açıq qalır. Yaxın aylarda ola bilsin bununla bağlı müəyyən dəqiqləşmələr olsun.
- Ermənistanın Moskva platformasında imtinası Azərbaycanla aparılan danışıqlara necə təsir edə bilər?
- Azərbaycan-Rusiya və Ermənistanın yaratmış olduğu birgə platformadan da Paşinyan faktiki olaraq imtina etməkdədir. Bu Azərbaycan üçün heç bir təsirə malik deyil. Ölkəmiz ikitərəfli görüşlərlə məsələləri həll etmək mövqeyini ortaya qoyub. Amma Ermənistan daha çox Avropa platformasında danışıqlara üstünlük verir.
- İrəvanın Avropa məkanında müzakirələrə meyl etməsi nə ilə bağlıdır?
- Ermənistanın məhz bu platformalardan Azərbaycana qarşı mümkün qədər təzyiqlər etmək niyyəti var. Onlar sülh sazişində müəyyən üstünlüklər qazanmaq istəyir. Amma Azərbaycan dövlətinin iradəsi ortadadır. Biz qalib dövlətik Ermənistanın bu kimi niyyətləri baş tutmayacaq.
- Ermənistanın üçtərəfli anlaşmalardan çıxa biləcəyi ilə bağlı ehtimallar səslənir. İrəvanın bu razılaşmadan çıxması necə bir situasiya yarada bilər?
- Paşinyan Moskva platformasında aparılan danışıqlardan imtina etmək niyyətindədir. Onun bu niyyəti ardıcıl xarakter daşıyır. İndiki halda erməni tərəfi sülh sazişini Azərbaycanla razılaşdırıldığını və təklifləri Bakıya göndərdiklərini açıqlayır. Öz növbəsində Azərbaycan Xarici İşlər nazirliyi Ermənistanın bu təklifləri üzərində iş getdiyini qeyd edib.
- Sizcə, son razılaşmalar fonunda sülhün qısa zamanda əldə edilməsi nə dərəcədə realdır?
- Azərbaycan tərəfi Ermənistanın təklifləri ilə razılaşsa üç günə, bir həftəyə sülh sazişi imzalana bilər. Təkliflərdən erməni tərəfinin hansı fikirləri ortaya qoyduğu məlum deyil. Amma birmənalı olaraq Qazağın 7, Naxçıvanın 1 kəndi Ermənistan tərəfindən Azərbaycana təhvil verilməlidir. Görünən odur ki, bu kəndlərin geri qaytarılması müzakirə mövzusu deyil. Erməni tərəfi gülünc bəhanələrlə bundan yayınmağa çalışır. Gədəbəy rayonu ərazisində olan Başkənd məsələsi gündəmə gətirilir. Amma bu ərazinin Ermənistana heç bir aidiyyatı yoxdur. Başkənd tarixi Azərbaycan ərazisidir. Ötən əsrin 50-ci illərdə bu ərazilərdən ermənilər örüş sahəsi kimi istifadə edib. 70-ci illərin sonunda isə erməni tərəfi bu ərazi ilə bağlı müvafiq “qərar” verib. Amma dövrə qədər ərazi Azərbaycanın olub. Ona görə də, Başkəndə məsələsi müzakirə predmeti ola bilməz.
- Türkiyə-Ermənistan sərhədlərin açılması və münasibətlərin normallaşması ilə bağlı nə kimi gözləntilər var?
- Ötən gün qardaş Türkiyənin Xarici işlər naziri Hakan Fidan Bakıda səfərdə olarkən bir daha açıq mətnlə Azərbaycanla münasibətləri normallaşdırmadan Türkiyə ilə Ermənistan arasında hər hansı formada sərhədlərin açılmasından və digər məsələlərdən danışmağın mümkünsüzlüyünü dilə gətirdi. Bu bir daha qardaş Türkiyənin sona qədər Azərbaycanın yanında olduğunun bariz nümunəsidir.
"Teleqraf.com" saytı
Tapdıq Qurbanlı
16 dekabr 2023-cü il
https://teleqraf.com/news/siyaset/400881.html
Bir həftəyə sülh sazişi imzalana bilər, Başkənd məsələsi isə... -
0 notes
bilistedim7 · 1 year
Text
Məni üzən şey sənin mənə yalan danışmağın deyil, mənim sənə bir də inanmamalı olduğumdu.
0 notes
dadaszdkh · 2 years
Text
Hava buz kimi idi o gecə. Qaranlıqda tək başıma gedirdim. Heç nə düşünmürdüm. Sadəcə bir boşluğun içində qalmış, incinmiş və həyatdakı ümidlərini itirmiş biriydim. Susurdum. Danışmağın hökmü yox idi. Danışacağım kimsə də. Küçənin kənarında oturub gözləməyə başladım. Amma nəyi? Özüm də bilmirdim. Dəyəsən taleyimin başıma gətirəcəklərini. Birdən hava daha da soyudu. Küləklər heç olmadığı qədər güclü əsməyə başladı. Yağışı da özü ilə bərabər gətirmişdi. Heç belə şiddətli bir yağış görmədiyini fikirləşərkən, göy gurultusu və şimşək də onlara qatıldı. Bir andaca dizlərim üstə yerə yıxıldım. Başımı qaldırıb, gözlərimi yumdum. Və ilk dəfə idi ki, üzümdə təbəssüm olduğunu hiss etdim..
31 notes · View notes
yeghana · 1 year
Text
nə ona,nədə bir başqasına ehtiyac duymadığımı,artıq əvvəlki kimi insanlarla danışmağın sarmadığını və hər şeyin artıq adiləşdiyini hiss edirəm.
1 note · View note
anar-abasow · 2 years
Note
Axrıncı dəfə kimə anonim olmusan?
Ən son @abdnarmin xanıməfəndiyə anonim olmuşam və qeyri başqa kiməsə də anonim olduğumu xatırlamıram, yəqin ki olmamışamdır çünki kimsə maraq dairəmdə deyil. Ümumiyyətlə ona sadəcə bir dəfə deyil birdən çox anonim olmuşam, anonimliyim hələ də blogunda yatır(ən az 4 sual). Bundan da əlavə səhv etmirəmsə (ki çox güman səhv etmərəm) izləyicilərindən birisi ona ilk anonim olması ilə təbrik etmişdi anonim də öyünmüşdü(ki buna çox gülmüşdüm), lakın ilk anonimi o deyildi məndim. Səhv başa düşülməsin kimsəylə ilk olmaq kimi yarışıma girməmişəm, sadəcə xatırladım və söyləmək istədiyimi söylədim. Hətta xatırlayıram şeir kimi bişey paylaşmışdı o zaman anonim olmuşdum, bilmirəm qalıb ya yox, açığı o qədər də önəm daşımır artıq. Yaddaşla bağlı problemlərim olsa da bəzi şeylər bəzi kəslər kimi unudulmur - yəni yaxşılar unudulmur. Hə bidə bir yazısın görmüşdüm o zaman içimdən bir söz keçirmişdim, üstündən ay ötdü il keçdi nə qədər haqqlı olduğumu bu günlərdə anladım) zatən o yazıya görə anonim olmuşdum. Hətta tumblrın çürük meyvəsindən bir paylaşımın görmüşdüm “ıyy” eləmişdim, demişdim “bari sən yox da”. Belə baxanda mən çox şey demişdim ama nəysə. Bu qədər açıqlama sənə bəsdi. Nəysə, belə suallar verməsəz, ümumiyyətlə mənə sual verməsəz əla olar çünki burada yoxam, susmaqla məşğulam, çox danışdım və danışmağın bir faydasını görmədim ona gör də bir az susmaq lazımdı(hərdən susub kənara çəkilib izləmək lazımdı tablonu yaxşı görəsən, görəsən kimdə nəsən nə deyilsən kimdə nə qədər varsan nə qədər yoxsan deyə - digər anonimə yazacağım kimi) çünki sırf kiməsə yalan deməyim deyə hər şeyi açıq aşkar demək məcburiyyətində qalıram. Ha buda qarşı tərəfə (anonimə) görə deyil, özümə görədi. Kimdənsə gizlədəcək nəyimsə yoxdu, çünki gizlin saxlı şeyləri mənə görə deyil. Təbiət ana qorxduğumuz gözə çöp salmaqla məşğuldu) Uğurlar.
7 notes · View notes