Tumgik
#Nəticədə
metbuat · 2 years
Text
"Yumun ağzınızı!"
“Yumun ağzınızı!”
“Milan”ın 41 yaşlı hücumçusu Zlatan İbrahimoviç PSJ-nin forvardı Kilian Mbappenin “Real Madrid”ə keçməyərək paris klubunda qalmağa qərar verməsini dəyərləndirib. Metbuat.org xəbər verir ki, “Marca” Bosniya əsilli isveçli forvardın dediklərini belə çatdırıb: “Mbappe ilə şəxsən tanış deyiləm. Onu deyə bilərəm ki, oyunçu kimi əladır. Amma sən intizamı itirirsənsə, fərdiliyini də itirmiş olursan.…
Tumblr media
View On WordPress
0 notes
petr1chorr · 1 month
Text
Hansı birimiz uşaqlığını düzgün yaşaya bildi ki? Uşaq ikən hər birimizin sonsuz xəyalları olub. Başqa uşaqlara özənərdik. Özəndiyimiz uşaqlar da başqa uşaqlara özənirdi yəqin. Kimimizin oyuncaq maşını yox idi, kimimizin Barbi kuklası, kimimizin də mişqası. Sanki gələcək hər daim bir addımlığımızda idi, bizlə birgə addımlayırdı. Xəyallarımızın gerçəkləşməməsi ehtimalını əsla düşünməzdik. Hesab edərdik ki, hər zaman hər şey istədiyimiz kimi olacaq. Bu, gələcəkdə bizi daha çox üzəcəkdi. Amma bizim bundan xəbərimiz belə yox idi. Gün keçdikcə ətrafımızda gördüklərimizdən daha çox şey qatırdıq gələcəyimizə. Əslində həyatımız eyni ilə bir dəftər kimi idi. Bu dəftəri yazmağa doğulduğumuz andan başlamışdıq. Uşaqlığımızda hər gün bu dəftərə onlarla səhifə əlavə edirdik. Xəyallarımızı, sevdiklərimizi, itirdiklərimizi... Böyüdükcə anladıq ki, bəzi səhifələri boşuna yazmışıq, dəftər artıq dolub. Yazmağa səhifə qalmadığı üçün yazdığımız bəzi səhifələrdən imtina etməli idik. İmtinasına boyun əydiyimiz səhifələr isə əslində gerçəkləşməsi mümkün olmayan xəyallarımız idi. Çünki yaşımız artdıqca anlamışdıq bu xəyallarımızın gerçəkləşə bilməyəcəyini. Artıq bu səhifələri silməyin zamanı gəlmişdi. Bəlkə, asanlıqla yazmamışdıq bu səhifələri, amma geridə qoymalı idik nəticədə. Yazdığımız o qədər səhifə, qurduğumuz milyonlarla xəyal bir anda yox olmuşdu. Yazdığımız həmin səhifələri bir-bir sildikcə, həyata qarşı sevgi və istəyimiz də yavaş-yavaş tükənirdi. Zatən yazmaq istədiklərimizin neçəsini yaza bilmişdik ki, o sətirlərə? Bəlkə 5, bəlkə 10. Yazdıqlarımız yazmaq istədiklərimizin yanında heç nə idi. Hər zaman bir şeylər əskik idi yazdığımız bu sətirlərdə. Nə sevgimizi tam tökə bildik bu sətirlərə, nə də nifrətimizi. Sözlərin kifayət etmədiyi yerlərdə hisslərimizlə görünməyə çalışdıq. Güldülər hər zaman. Anlamırdılar çünki. Dəftərə yazdığımız üç-beş sətri oxusalar anlayardılar, bəlkə, amma hisslərimizi anlamırdılar, anlamaq istəmirdilər. Bizi hər zaman yazdıqlarımız qədərilə gördülər, sadəcə yazdıqlarımızdan ibarətik zənn etdilər. Oysa görünməyən, amma mövcud olan hisslərimiz o qədər çox idi ki. Bizi güldürən, kədərləndirən, ağladan və sevindirən hisslərimiz... Sadəcə gülümədiyimizi, xoşbəxt olduğumuzu gördülər. Hər zaman xoşbəxtik zənn etdilər. Fərqinə vardıq ki, qaranlıq öz işini çox yaxşı görüb. Qaranlıq göz yaşlarımızı, dərdlərimizi, bütün üzüntülərimizi çox yaxşı gizlətmişdi öz qanadları altında. Qaranlıq haqqımızda hər şeyi bilsə də, istəmədiyimiz müddətcə əsla ən zəif nöqtəmizdən vurmazdı bizi. Sanki qulağı var idi, çox gözəl dinləyirdi, amma dilsiz idi, danışmırdı. Bir sözlə, dostu olmayanın ən yaxşı dostu idi qaranlıq. Bizlər bir gün gec də olsa həyatlarımızın xəyallarımızdan daha güclü olduğunu öyrənəcəkdik. Dopdolu xəyallarımızı bir şəkildə həyatlarımıza sığdıra bildik də, kiçik həyatlarımızı bu xəyallara sığdıra bilmədik əsla. Nə dünyaya sığa bildik, nə də xəyallarımıza. Özümüzə sığındıq, öz qaranlığımıza və oranı hər şeydən daha çox sevdik.
60 notes · View notes
xancann · 4 months
Text
Nə qədər qəribə və çətin olsa da, artıq bir çox şeyi qəbullanmağı öyrəndim. Məsələn, o eləmi edib, edər, edə bilər, insandı nəticədə deyərək keçirəm, ilişib qalmıram daha bu mövzularda. Beynimin içi əvvəllər olduğu kimi qarışıq deyil, çünki insanların göstərdikləri davranışlarda bir məntiq, səbəb axtarmıram daha, hər bir kəsin hər bir şeyi edə bilmə ehtimalını nəzərə alaraq addım atıram, heç kim məni təəccübləndirmir.
65 notes · View notes
dadaszdkh · 5 months
Text
dünya mənim ətrafımda fırlanır kiçik dağları da mən yaratmışam nə gözəl deyiblər, tam da mənə görə məncə sən həqiqətən mənim kimi bir insanı tanıdığına görə özünü çox şanslı saymalısan nəticədə yerində olmaq istəyən çox insan var sənin üçün özümü yoracağımı düşünürsənsə yanılırsan əlbəttə mən istədiyim qədər, mən istədiyimcə yanımda varsan səndən daha yaxşılarına layiq olduğumu çoxdan bilirəm ona görə yat, qalx, şükür elə ki, mən sənə qiymət verirəm.
47 notes · View notes
nferzeliyeva · 7 months
Text
Keçən il doğum günümdə 3 arzu diləmişdim həyata keməsi üçün çox çalışdım nəticədə arzularım yerinə yetdi. Bu yaşım mənə bir çox sevincli günlər yaşatsada çox pis vaxtlar keçirdiyim günlərin sayıda az olmadı. Həyatdan bezdim, insanlardan bezdim, depresyaya düşdüm hərkəsdən uzaqlaşdım, ən çox ağladığım yaşım idimi bilmirəm, ama hər gecə saatlarla ağladığımı bilirəm. Bu yaşım mənə yeni dostluqlar qazandırsada itirdiyim dostlarımda oldu. İnsanlara olan güvənimi birazda itirdim. Çətin günlərə rəğmən həyat yaşamağa dəyər deyə-deyə bir yaşımıda tamamlayıram.🤍
Yeni yaşım....
Səndən çox şey istəməyəcəm sadəcə və sadəcə istədiyim kimi bir yaşım ol. Səhvlərimlə, düzlərimlə yadımda qalacağın bir yaş ol 🩷🫀
78 notes · View notes
mar1iamm · 4 months
Text
Həyatım o qədər sıradan və monotondur ki, artıq bu məni yorur. Hər gün eyni şeyləri təkrarlamaqdan və nəticədə heçnə əldə etməməkdən sıxıldım. Nə bir həvəs qalıb artıq nə də bir həyəcan. Həyat axıb gedir və mən boşluqda süzülürəm, sanki nə keçmişim var nə də gələcəyim. Heç var olmamış, heç yaşamamış kimi keçib gedəcəm bu dünyadan. Həyat bundan ibarət olmamalı idi axı…
28 notes · View notes
madinaa17 · 4 months
Text
Son zamanlar bir məsələnin fərqinə varmışam. Həyatımız boyu daim nə üçünsə çalışırıq, dayanmaq bilmirik. Bir naliyyət əldə etdiksə, ondan daha da yaxşısını istəyirik. Bu proses daim davam edir. Nəticədə nə olur? Özümüzü unduruq. Sonra da keçmiş günlər üçün darıxıb "ay daa kaş o günlər geri qayıda" və ya "o vaxtı yaxşı günlərimiz idi" deyirik. Əslində dəyişən tək şey özümüzük. O vaxtlar özümüzə azcada olsa, vaxt ayırırdıqsa, indi heç o da yoxdur
35 notes · View notes
quinplen · 6 months
Text
Nəticədə, təsadüfün nəticəsisən.
29 notes · View notes
anar-abasow · 5 months
Text
Eşq iki yalnız insanın ortaq bir yalnızlıqda görüşməsidir.
aşiq olun, bir-birinizə yalnızlıqlarınızı göstərin.
nəticədə ayrılıq insanın tək nəfərlik yalnızlığının həsrətində olmasıdır.
21 notes · View notes
psixologiyaze · 7 months
Text
Anlaşılmaq ümidi tükənmiş insanlar, qaçması çətin olan tələyə düşdüklərinin fərqində olmadan dünya ilə münasibətlərini bəyənilmək üzərində qurmağa meyllidirlər. Çünki bəyənilməyə əsaslanan dünya, insanların getdikcə daha çox özlərinə qapanmasına və çıxış yolu olmayan tənhalığa qərq olmasına səbəb olur. Buna görə də, mövcud hiss etmənin yeganə yolu, bəyənilmənin davamlılığını təmin etməyə yönəlmiş bir həyat tərzidir. Bəyənmək elə bir asılılıqdır ki, bu ehtiyacın ödənilmədiyi zaman baş verə biləcək məğlubiyyətdən qaçmaq üçün fasiləsiz cəhtlərə davam etmək lazım gəlir. Nəticədə, həyatlarını bəyənilmək üzərində quran insanlar çox vaxt kənardan fərq edilməyəcək qədər yaxşı maskalanmış dərin depressiya yaşayırlar.
22 notes · View notes
starkmrjavad · 6 months
Text
O qədər də vacib olmadığımız ortaya çıxanda niyə əsəbiləşirik? Bunu əsas maariflənmə vəziyyəti kimi qəbul etsək, daha yaxşı olmazmı? İnanmaq dediyimiz şey son nəticədə insanın öz daxilində başladığı bir hərəkətdir. Və gözəlliyə, sevgiyə inanmaq qədər, ayrılığa da inanmaq və hazır olmaq lazımdır. Yəni hər gözəlliyin sonunda bir qopma və ayrılıq pusqudadır. Əgər belədirsə, bu cür xoşagəlməzliyi öz naməlumlarımızla üzləşməyə vadar edən faydalı fəlakətlər kimi qəbul etməməliyikmi?
18 notes · View notes
metbuat · 2 years
Text
Avropa çempionatı: 
Azərbaycanın 23 yaşadək cüdoçulardan ibarət millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında  Ukrayna kollektivi ilə qarşılaşıb. Metbuat.org xəbər verir ki, görüş təsnifat mərhələsi çərçivəsində baş tutub.  Yığmamızın heyətində Aydan Vəliyeva (57 kq), Rəşid Məmmədəliyev (73 kq) və Məhərrəm İmamverdiyev (90 kq) qarşılaşmalarını qələbə, Nərmin Əmirli (+70…
Tumblr media
View On WordPress
0 notes
freyaa7 · 2 months
Text
Təkrar niyə gəldim bilmirəm. Nəticədə həyatımda bilmədiyim tək şey bu deyil..
9 notes · View notes
mysticaldream · 3 months
Text
Həyat verməzdən öncə səndən alacaqlarını seçər. Seçdiklərini sənin əlindən almadan əsla İstədiklərini sənə verməz. Qurbanlar verməlidir insan. Bəzən illərindən, bəzən hisslərindən, bəzən isə xəyallarından. Nəticədə hər kəs həyatdan öz payına düşəni alar. Bu kimisinin cəzası, dərsi, kimisinin əskik parçası olar.
9 notes · View notes
adeennn · 4 months
Text
Uzun zamandır valideyinlərimə hər hansı bir şey təklif edəndə ‘etmək istəyirəm’ yox ‘edəcəm’ deyirəm. Nəticədə qərarlı görsənərək istədiyimi əldə edirəm amma bir vaxtlar sadəcə təklif edərək onların istəklərinin mənim arzularımdan daha güclü olduğunu göstərirdim. Bu bir üsyan ya da qarşı durma deyil. Xəyallarımın qabağını azərbaycan mentaliteti almayacaq deməkdir)
16 notes · View notes
themsyva · 6 months
Text
Həyat bəzən dərsini ehmalca verir. Bəzəndə canımızı yandıraraq. "Yaxşı insan ol ama yaxşı niyyətini istifadə etməyə icazə vermə".dedi." Vicdanının səsini dinlə ama insanlığınıda layiq olmayanların qabağına sorğusuz, sualsız sərmə"dedi."Sənə bir adım atana, bir adım get, səmimi olanı qucaqla, sahib çıx və insanları özlərini sübut etmələri üçün zamana burax;Hər könülə və hər ortama paldır gürültülü girmə"dedi.Öyrəndik.Öyretdilər.Adına təcrübə dedik və qoyduq hər birini cibimizə.Zaman içərisində şəkilləndik, böyüdük. Bu dünya üzərinə böyük xəyallar və böyüklər planlar ediləməməsi anladıq. Kiçik xöşbəxtliklər edindik özümüzə. Onlara sığındıq. Nəticədə keçmişi dəyişdirmək mümkün deyildi. Gələcəksə bir müəmmadan ibarətdi. Bu yaşadığımız anı normal insan kimi yaşayaq dedik. Çünki bizdən sadecə birdənədir və bu həyat bizə verilmiş bir hədiyyədir. Uzadıb əllərimizi bu doğrunu könül rahatlığıyla qəbul etdik.Həyat bir yoldur. Və bu yolu getməkdən başqa çarəmiz yoxdu.
Bizdə yolumuzla getdik....
M. Ç.
7 notes · View notes