Tumgik
#çıxıb
metbuat · 2 years
Text
"Qarabağ"la oyuna xal üçün çıxacağıq"
“Qarabağ”la oyuna xal üçün çıxacağıq”
“Kəpəz”in yarımmüdafiəçisi Nicat Süleymanov Premyer Liqanın 13-cü turu çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyundan öncə fikirlərini bölüşüb.  Metbuat.org xəbər verir ki, o, liderlə görüş haqda düşündüklərini klubun mətbuat xidmətinə açıqlayıb: “Bizi həddindən artıq çətin oyun gözləyir. Bunun fərqindəyik. Layiqli şəkildə mübarizə aparmağa çalışacağıq. Çempionatda asan görüş yoxdur. Bütün…
Tumblr media
View On WordPress
0 notes
@iyidebananeee bu balaca pox hər dəfə mənə fikrin önəmlidi deyib fikrimi soruşur və sonra yenə öz bildiyin edir salam
1 note · View note
retromanblog · 1 month
Text
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri, yad ehtiramla,
Deyirlər tanış ol., Nə qəribədir ?!
Yuxuna gələrdim nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluma girərdim, bu, yadındadır,
Gedərdik ,yolumuz, arzumuz şərik.
Qolllarım qolunun lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, Görəsən məni?
52 notes · View notes
adeennn · 1 month
Text
Özümü bildiyimdən bəri heç vaxt hislərimi sözlərimlə ifadə edə bilən biri olmamışam. Daha doğrusunu desək ola bilməmişəm. Uğrunda hər şeyimi fəda edə biləcəyim insanlara qarşı belə hər zaman soyuq görünmüşəm. Bu bəlkə də bir insanın sahib ola biləcəyi ən pis xüsusiyyətlərindən biridir. Ömür boyu sevdiyini hiss etdirə bilmədiyin insanları bir gün məzara qoyanda ümidlər kökündən kəsilir. Canı çıxıb səsi çıxmamaq misalı)
22 notes · View notes
dragon-hsv · 2 months
Text
Eşitmək istəyən səsimi tapar
İçimdə səssizlik elan edirəm
Xatirən qalmasın özünlə apar
Mən elə sənsizcə çıxıb gedirəm.
34 notes · View notes
sanctasu · 4 months
Text
İlahə
Həyat sürprizlərlə doludu. Bir gün qapı açıldı, sinfimizə təzə bir qız girdi və mənimdə ağlıma girməyə başladı. Adı ilahə idi. Özü də adı qədər zərif idi. Yadıma gəlir hazırlığa yeni başladığı üçün və axsaqlığı olduğuna görə müəllimə onu həftə ərzində daha çox gəlməyi tapşırdı. Mənim də eyni dərsdən bir o qədər aram yaxşı olmadığı üçün əlavələrə baş çəkmək məcburiyyətindəydim. Dərslərə mən tam vaxtımda yerimdə olduqda o gec gəlirdi. Sonra öyrəndim ki, sən demə bu qız işdən çıxıb gəldiyinə görə dərsə gecikirmiş. Eyni fənndən başqa bir fənnədə bir gedirdik. Təbii ki, bu fənn riyaziyyat idi və mənim riyaziyyata olan nifrətim limiti bilənə qədər idi. Çünki, limiti o qız ilə eyni dərsdə olan zaman dinləmişdim. (Yalan deyirəm limit asan idi). O gün ondan arxa sırada oturmuşdum və dərs zamanı ona baxmağım,müəllimin diqqətindən yayınmamışdı. Müəllimənin dərs boyu mənə xeyli nəzərəçarpacaq nəzərlərlə baxması məndə qorxu yaratmışdı. Əslində bundan sonra dərsi daha da ciddi və həvəslə öyrəndim. Əlavələrə getdiyim qrupda çox danışan və bir o qədərdə dərsinə yaxşı hakim olan bir oğlan vardı. Adı nadir idi. Onun hər zaman başında kepka olur və dərsdə müəllimə ilə müzakirələri bitməzdi. Bir tərəfdən də müəllimə ilə eyni mənzildə yaşadıqlarından dolayı qonşu idilər. Nəsə deməli attestat imtahanına 2 həftə filan olar qalıb, birgün dərsdəyik, müəllimə ilə birgə uşaqlarla ev tapşırıqlarını yoxlayırıq, birdən qapı dayanmadan tıqqıldandı, uşaqlardan biri qapını açdı.
- Hərkəs qapı tərəfə çevrilib, boylandı
Qapını döyən 1,75 boylarında arıq, çəlimsiz, bir oğlan idi. Yaşı 20’ni ötərdi. Saçını da tam kəsdirmiş, boğazının sağ tərəfində döymə var idi. Gözlərinin birinin çəp olduğu aydın görsənirdi.
Müəllimə:
- Buyrun nə lazımdı?
Oğlan:
-Nadiri olar bir dəqiqə?
Nadir:
-Sənə demədim özüm zəng edəcəm!
Oğlan:
- Yox sən bir çölə çıx başa sal məni görüm.. Müəllimə başınıza dönüm, nadiri buraxın gəlsində. bi.. (sözü ağzında qaldı)
Nadir:
- Müəllimə çıxımda siz allah, görüm nə deyire bu..!
Müəllimə:
- Ay, bala bizim imtahana 2 həftəmiz qalıb, mənim icazəm olmadan sən hara çıxırsane.
Oğlan:
- O zaman ilahə gəlsin, ona sözüm var..
Nadir:
- Sənə demədim özüm danışacam, çıx bayıra məni gözlə!
Oğlan:
- Çağırmısınızsa başa salında məni..İlahə bir bura bax, ey
İlahə:
- Mən səni tanımıram, kimsəne sən..(əllərinin əsməyini gördüm.)
Müəllimə:
- İlahə nə məsələdir.?
İlahə:
- Mən bu adamı tanımıram.. deyib ağlamağa başladı, yanında əyləşən qızlar ona yaxınlaşdı.
Nadir:
- Çıx bayıra demədim sənə!
Müəllimə:
- Oğlum, otağı tərk et!
Oğlan, yavaşca ağzında nəsə gəvəliyirdi ki, bu zaman qapının arxasında əyləşən fərid,(nadirin dostu)
- Qaqaş müəllimə demədi otağı tərk et..qapını sərtcə, oğlanın üzünə çırparaq, silkələdi..
Hərkəs ayağa qalxdı. O oğlanı çöl qapısınadək, yaxasından tutub itələdi.
Müəllimə:
-Fərid, sənə nə olub, vəhşisən?
Fərid:
- Görmürsüz, müəllimə gic-gic danışır, dərsə mane olur.
Müəllimə:
- Canı cəhənnəmə olsun baş qoşma, gəl keç otağa.
Otağa keçdikdə, müəllimə nadir ilə fəridi elə danlağlayırdı, o isə fəridə baxaraq;
- Göstərəcəm ona, başa salacam hərşeyi..
Müəllimə:
- Nadir, sən nəyi başa salacaqsan, sənin elə özünə ağıl qoymaq gərəklidir. Elələrinə baş qoysan, az çox yaşın artmamış düşərsən içəri.
Nadir:
- Müəllimə, siz qarışmayında nolar..
Bu söhbət əsnasında ilahə hələdə ağlayırdı. Qızlarda başının üstündə idi.
Nadirin başı isə telefona qarışmışdı, kiməsə elə hey nəsə yazırdı.
Müəllimə:
- Nə isə ilahə sil gözünün yaşını.. keçək dərsimizə.. nadir, telefonu kənara qoy, söhbət bitdi artıq.
Nadir:
- Qoyuram müəllimə.
Bu hadisə baş verdikdən az sonra öz-özümə cavabı olmayan suallar verirdim. Nəyə görə oğlan, nadir və ilahə ilə söhbət etmək istəyirdi? İlahə müəllimənin sualını cavablandırmamış nəyə əsasən ağlamağa başladı? Nadirin oğlan ilə söhbətində ara da olan ilahədirmi? Nadir və İlahə? Bəlkə onlar birlikdədirlər? deyə elə başımı suallarla bişirdim..
Dərs bitdi. Çölə çıxdım. Nadirin ətrafına qrup oğlanları yığışmışdı. Nadir kimsə ilə telefonda ciddi tonla danışırdı ara-sıra ağzından söyüş də çıxdığını eşitdim. Kənardan izləyib onun oğlan ilə söhbətini dinləmək istəyirdim ki, qol saatıma baxdım. Növbəti hazırlığa gecikəcəyimi düşünüb, dayanacağa doğru addımladım..
Aradan 1 həftə filan keçdi. O gün baş vermiş hadisənin səbəbi, həm uşaqları, həm də müəlliməni maraqlandırdığını hiss edə bilsəmdə bundan bir daha heç kəsin söz açdığını duymadım. Ta ki, nadirin yaxın yoldaşı zamiqdən eşitməyimə qədər, “həsən onlar sevgilidirlər, keçən həftə gələn oğlan da ilahənin keçmiş sevgilisi idi, iş yerindən tanış olmuşdular, nadir onu söhbətə çağırmışdı, amma o düzgün zamanda gəlməmişdi. Yenə də nadir onu yaxşıca başa salaraq, dərsini verdi.” bu sözləri eşitmək istəmirdim, çünki beynimdə də hadisəni elə belə proqnozlaşdırmışdım. Heç gözləmədiyim yerdə qanım qaralmış, üzümün rəngi getmişdir. Qurduğum ssenarini özümə qəbullandırsaydım bu həqiqəti eşitməkdən yaxşı idi dedim və yoluma baxdım. O qızı sonuncu dəfə may ayında, avtobus pəncərəsindən görmüşdüm. Dəyişilməmişdi heç..
Bu əcaib qoxu verən söhbəti bura da danışmağı heç düşünməzdim. Artıq bir il’ə yaxın bir müddəti ötən məsələni içimdə saxladığım qədər də buraya boşaltmağı bacardım. Təqribi 25 dəqiqə öncə həmən qız ilə üzbəüz hava limanında qarşılaşdıq, təbii ki, onun mənim simamı xatırlayacağını o qədər də bilmirəm, amma mənim onu unutmadığım hər halımdan anlaşılırdı.
Buraya qədər oxudunuzsa səbrinizə heyranam :))
35 notes · View notes
dadaszdkh · 2 months
Text
baş götürüb çıxıb getmək istəyirəm bir anlıq da olsa belə.
38 notes · View notes
metbuat · 2 years
Text
"Top 10"
“Top 10”
“Roma”nın Avropa Liqasının qrup mərhələsinin son turunda “Ludoqorets” üzərində qələbəsi (3:1) Joze Mourinyu üçün əlamətdar olub. Metbuat.org “SkySport”a istinadən xəbər verir ki, romalıların çalışdırıcısı bununla avrokuboklarda ən çox qələbə qazanan məşqçi ünvanına sahib çıxıb. “Special One” qitə turnirlərində 108-ci dəfə qalib gəlib. O, bununla “Real Madrid”in baş məşqçisi Karlo Ançelottini…
Tumblr media
View On WordPress
0 notes
minamirza · 4 months
Text
elə bil ki hər şeyi həll eləmişəm hazırdı, amma bir dənə mərdimazar çıxıb kökündən baltalayıb hər şeyi. doğrudan coğrafiya kaderdi. hər şeyin var heç nə edə bilmirsən zibilə qalsın
29 notes · View notes
qulumemmedovv · 4 months
Text
Tumblr media
Hər şeyi eyni olan amma yenədə bir-birinə bənzəməyən günlərim, həftələrim, aylarım dolur. Mən elə bilirdimki başqayam, fərqliyəm… Mənim düşüncələrim hamı ilə eyni deyil, mən hamının güldüyü şeylərə gülmürəm, hamının etdiyi söhbətləri etmirəm, heç kimlə salamdan o tərəfə keçmək istəmirəm, fikrim tamamilə başqa yerlərdə gəzinir. Başqayam, o qədər başqayam ki hər gün eyni insanlarla hər səhər bəzən 1 stəkən çayımı belə içə bilmədən evdən çıxıb işə gedirəm, avtobusda gözlərindən yuxu tökülən, işinə görə köynəyini boğazına qədər düymələyən, qolunu dəmirə, başını qoluna söykəyib yuxulayan cavan oğlana baxıram. Hamı əziyyət içindədir. Hamı kimi səhərdən axşama qədər işdəyəm və bilirəm ki həyatımı qazanmaq üçün bu olmalıdır. Hər kəs səhər 9 dan axşam 6 ya kimi(və daha artıq) işləyir və bilirlər ki həyatlarını qazanmaq üçün çalışmalıdırlar. Amma bu cür olmağını qəbullana bilmirəm. Tez-tez vicdan əzabı çəkib sonra şükür edirəm, işim üçün, azad şəkildə maddiyatımı təmin edib ayaqlarım üstündə duracağım üçün, yaxşı bir kollektivlə işlədiyim üçün şükür edirəm, amma özümü başqa bir tərəfdən itirməyə başlamışam. Axşam tək dərdim özümü evə çatdırmaq olur. Bəzən o qədər yorgun oluram ki yemək belə yemədən yatıram və ayılıram ki səhərdi, yenə eyni şeylər. Düşünürəm, illərdir işləyən insanlar buna necə dözüblər?. Yenə çoxlu insanlar, onların həll olunmalı işləri, başqalarının dərdləri. Özümü başqa hiss edə bilmərəm artıq mən. Çünki mən olmasam da o işləri görəcək bir başqası olacaq. Mənim yerimə başqaları yorulacaq, qaçışacaq.
Yorğunluğumu da götürüb gəldiyim bir kafedə oturub bunları yazıram, birazdan qalxıb eyni yorğunluqla da evin yoluna düzüləcəm. Amma əvvəllər yazmaq məni nə qədər dincəldərdi. Nə qədər “özüncə” xəyalların, adətlərin olsa da onları bəzən onları geri plana atmalı olursanmış. Bəzi şeyləri udmağa, sanki heç yaşanmamış kimi başını aşağı salıb işini görməyə, bircə gündən, o günün xəyalından yapışıb özünə təsəlli verərək yaşamağa məcbur qalarsanmış. Kaş özümə aid bir dünyam olsa idi. Kaş həyatdaki tək maddi çətinliklərim bəzən pulunu çatdıra bilmədiyim kitablarım və yardım edə bilmədiyim ehtiyacı olan insanlar olardı. Kaş geri ödəməli olduğum öhdəliklərim olmazdı, kaş yaşamaq bu qədər maddiyat tələb etməsəydi. Kaş mən bu qədər şeyi nələrin uğruna alındırmağa çalışdığımı heç bilməzdim.
32 notes · View notes
sakienaa · 8 months
Text
Artıq ayfon 15 çıxıb, ama sən hələdə ip 11 də qalmısan…
44 notes · View notes
nemrinsblog · 4 months
Text
Başqa insanlar: uydaa nə gözəl bir gündür çıxıb qaçmaq üçün🏃🏻‍♀️
Mən: uydaa yatmağa dəvam eləmək üçün nə gözəl bir gündür😂
28 notes · View notes
alonehappygirl · 5 months
Text
keçən il yeni ildə yadımdan çıxıb təbrik etməmişəm qohumları djskslakksksksl anama şikayət etmişdilər məni. Bu gün tezdən dirənib ki, təbrik et hamısını. İşim çoxdu🤦🏻‍♀️
25 notes · View notes
sevinjsayad · 8 months
Text
Artıq tək fəaliyyətimin işdən çıxıb kursa getmək,ordan da gəlib yatıb tezdən durub işə getmək olduğu mərhələdəyəm. Adını siz qoyun. Böyümək? Ya reallğın özü?
40 notes · View notes
dadaszdkh · 2 months
Text
sadəcə hər şeyi bir kənara qoyub çıxıb gedəsən buralardan.
28 notes · View notes
metbuat · 2 years
Text
Amerikalı qrossmeyster dünya çempionu oldu
Amerikalı qrossmeyster dünya çempionu oldu
Amerikalı qrossmeyster Hikaru Nakamura İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Fişer şahmatı üzrə dünya çempionatının qalibi olub. Metbuat.org xəbər verir ki, 34 yaşlı şahmatçı həlledici mərhələdə rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Dörd oyundan ibarət olan finalda rəqiblər iki dəfə heç-heçə edib, bir-birlərinə bir oyun fərqi ilə qalib gəliblər. Həlledici qarşılaşmanın taleyi ağ…
Tumblr media
View On WordPress
0 notes