Tumgik
manzargg · 4 years
Text
"Aaa video-blogger"nən danışmışam,dayan ay qııııız screen edib paylaşım sjsjsjj. Özü də qızlar ölür bununçün,qoy görsünlər bu pramoy mənə yalvarır" Abilər ablalar böyük bir iş görübmüşsünüz kimi reklam eləmiyin də ahahahahah. O bloggerlər qısa müddətə qapı dışarı edəcək axı sizi. Sonra da "ay qıııız mən hara ? oğlan hara ? heçkəslə ilişkiyə girmərəm,erkeklerin hepsi aynı" deyib artislik edirsiniz. Gündə 5i ilə danışırsınız əslində, ama bizə gələndə ağ qaşıq,başqalarına da lağ edirsiniz. Please öz gözünüzdəkini görün birinci sjsjsi
Bugün də güldük çox şükür sjsjsjs
0 notes
manzargg · 4 years
Text
Çalışın ailənizdən var olduqları müddətdə möhkəm tutun. Ən azından birşeylər yolunda getməyəndə onlar sizin ən böyük təsəllinizə çevriləcək. Təsəllidən əlavə güc verəcək. Əmin olun belə günləri ancaq onların sayəsində atlada biləcəksiniz. Doyunca sarılın və sizin onlardan başqa heçkəsiniz yoxdu reallığı ilə barışın. Hətta edə bilməyənlərin də əvəzinə sarılın,savab qazanarsınız.
0 notes
manzargg · 4 years
Text
Tumblr media Tumblr media Tumblr media
0 notes
manzargg · 4 years
Text
O qədər boş ki hərşey. Pəncərədən baxanda qurduğum xəyallar, həyəcan yaşadığım günlər, xoşbəxtlikdən gözlərimin parlaması. Heçbiri qalmayıb. Ən pisi də odu ki, insanlarda artıq qalıcı olmaq kimi bir dərdimin olmaması, davamlı axtarılan, sevilən insan olmaq istəyində olmamaq, hətta dünyalar qədər dəyər verdiyim insanı asanlıqla silib uzağı 2 gün pis olub sonra həyatıma qaldığım yerdən davam edə biləcək potensialda birinə çevrildiyimi görəndə öz soyuqqanlılığım məni üşüdür.
Bu həyatda ən pis şeydən biri də özünü heçbir şəkildə bağışlaya bilməməkdi. Əlindən heçnə gəlmir,özünü nə danlaya bilirsən, nə də özün özündən üzr istəyə bilirsən. Tanımadığın bir yerdə azıb qalıbmışsan kimi... Nə özünə qayıda bilirsən nə də özündən uzaqlaşa.
0 notes
manzargg · 4 years
Text
İnsan yaşam boyu müxtəlif itkilərlə üzləşə bilər: maddi, mənəvi, canlı, cansız və s. İndi itki hesab edə biləcəyimiz ən böyük varlıq haqqında danışacam. İNSAN.
Hər birimiz yəqin ki, tanış, dost, sevgili itkisi yaşamışıq. Düşünürəm ki, digər itkilərə münasibətdə hər hansı bir İNSAN'ın itkisini yaşamaq daha çətin olar. Bir anlıq düşünün: sənə dəyər verən, səni sevən, səni hər cəhətin ilə qəbul edən bir insan var və sən onu itirirsən. Təbii ki, sən itkini baş verən zaman anlamayacaqsan, ehtiyacın olduğu zaman yanında olmayanda anlayacaqsan. Bu itki itirən şəxs üçün təsirlidir. Biri də var itirmək yeniliyin başlanğıcı ola. Xülasə, mən bu gündən etibarən bir insanı itirəcəm. Bir zamanlar çox dəyərli birini. Amma bu itki zamanı başda dediklərimi yaşamayacam, bu itki mənim üçün başlanğıc olacaq. Bəlkə heç bu yazımı sonuna qədər oxumayacaqsınız, amma yoxluğumu nə zamansa anlayacaqsınız.
İnsan itkisi ilə üzləşməyinizi arzu etmirəm, amma o itki sizin üçün başlanğıc olacaqsa, itirməkdən qorxmayın. Unutmayın, qorxularınız sizi daha güclü edər. Gücünüzü kəşf etməyiniz diləyi ilə.
0 notes
manzargg · 4 years
Text
Vecimə deyil deyirsən, amma səhərə qədər yatmırsan.
0 notes
manzargg · 4 years
Text
Ölen birini rehberinden silmemek, silememek acının yüzüne en sert şekilde çarpılmış hali bence.
Tumblr media
0 notes
manzargg · 4 years
Text
Insanlar yavaş-yavaş inanmamağı, güvənməməyi, sevməməyi və xronik şübhəci olmağı öyrənir. Bu reallaşdıqda çox gec olur. Insanların "təcrübə" dediyi şey budur. Ürəyi ilə əlaqəsini kəsən insana "təcrübəli" deyilir.
Freyd.
0 notes
manzargg · 4 years
Text
Siz insanı hər hala gətirər sonra "sən bunları etdin" deyərsiniz. "Palçıq" kimisiniz.
0 notes
manzargg · 4 years
Text
Ürəyindən əminəm dediyim biri məni aldatdığında bunu özümə izah etməkdə çox çətinlik çəkirəm. Çünki çətindir belə bir dünyada birinin ürəyindən əmin olmaq.
1 note · View note