Tumgik
veneranizm · 3 years
Text
Bir şeylər etməyə çalışıram. Gəzirəm, danışıram, nəfəs alıram, gözlərimi qapayıram, düşünürəm, illərdir etdiyim günlük rejimimi edirəm, amma içimdə çox dərin bir boşluq var.. Heç nəyin və ya heç kəsin doldura bilməyəcəyi bir boşluq.
0 notes
veneranizm · 3 years
Text
Gün gələcək;
Qəlb qıranların qəlbi qırılacaq, yarı yolda buraxanlar yarı yolda qalacaq.
Gün gələcək;
Hər kəs haqq etdiyi həyatı artıqlaması ilə yaşayacaq..
Amma o gün gələcək...
0 notes
veneranizm · 3 years
Text
Bəzi qadınları xoşbəxt etmək çox asandı əslində. Qadın hədiyyə və ya çoxlu pul istəmir.. Hər gün - "sabahın xeyir, axşamın xeyir !" mesajı da istəmir. Bir qadın sadəcə sevilməyi, ona dəyər verilməsini istəyir. Bunu anlamayan nəsil yetişir.. :)
0 notes
veneranizm · 3 years
Text
Mən artıq istəyirəm ki, biri mənim gözlərimin içinə baxsın və mənim necə yorulduğumu görsün. Heç nə soruşmadan, heç nə demədən, heç düşünmədən sadəcə yanımda olsun..
0 notes
veneranizm · 3 years
Text
Bəzən, hər şeyi düzəldiyini zənn edib həyatımıza davam edirik, amma ki düzələn tək şey düzəldiyini zənn etməmizdi...
0 notes
veneranizm · 3 years
Text
Hər güləni, ətrafa pozitiv enerji saçanı dərdsiz düşünməyin. Unutmayın, acısı çox olanın gülüşü gözəl olur. 🌑
0 notes
veneranizm · 3 years
Text
Zamanla sadəcə zaman keçir.. 🌘
0 notes
veneranizm · 3 years
Text
Yağışlı hava, sevdiyin mahnının melodiyası, sözləri zehnində, qaranlıq hava və sakitlikdə gəzmək... 🍃
0 notes
veneranizm · 3 years
Text
Yazmışdı bir zaman mənə;
-Sən getsən, mənim nəfəsim dayanar.. Sən mənim yaşayan nəfəsimsən.
İndi gedibdi nəfəsini də alır, həyatını da yaşayır. Yəqin mən getsəydim nəfəsi dayanardı, amma unutduğu bir şey var idi.. Mən heç vaxt getməyəcəkdim..
0 notes
veneranizm · 3 years
Text
Bizi tanımadığımız bir dünyaya heç nə demədən tullayıblar və bilmədiyimiz dəyərlər arasında, tanımadığımız yollar arasında hələ də seçmədiyimiz hədəflərə doğru getməliyik... -----------------------------------------(Qaraqan)
0 notes
veneranizm · 3 years
Text
Çox qəribə deyil sizcə də ? Unutmarıq dediyimiz kim varsa unudacayıq bəlkə də unuduruq. Getməz dediyimiz kim varsa gedəcək bəlkə də gedibdir. Həyatda heç nə sonsuz deyil.. Hər şeyin sonu var. Elə bu yazının sonu kimi..)
0 notes
veneranizm · 3 years
Text
Həyat ağacı tikilir hər insanın həyatında. Bəzən məhv olar, bəzən də güllər açar...
0 notes
veneranizm · 3 years
Text
Ehtimal etdiyin hər şey ölər,
Ölürdüyün hər şey ehtimal edər.
0 notes
veneranizm · 3 years
Text
Özünü yaxşı hiss etmədiyin bir gün olar və olan bitəni qarşındakı insana danışarsan. Onun deyəcəyi tək söz isə "Boş ver, fikir vermə" olacaq. Elə dostluqlar edinin ki, siz pis olanda "boş ver" yox "Sən nələrin üstəsindən gəldin bunun üstəsindən gələ bilməyəcəksən ?" desin.
0 notes
veneranizm · 3 years
Text
Həddindən artıq həssas olmaq əslində heç yaxşı bir şey deyil. Hətta, bəlkədə insanda olan ən pis cəzalardan, sıxıntılardan biridi. Məsəlçün; Heç kəs sənin düşündüyün düşüncələrə sahib deyil, hər şeyə diqqət yetirmirlər, sözlərini seçib danışmırlar nə incəlikləri düşünüb detayına girirsən heç kəs vecinə almır. Nəyə küsdün, nəyə incindin, nəyə görə elə davrandın heç kəs anlamaq istəməz.. İnsanların gözündə əfsuslar olsun ki, həmişə səhv "sən" olarsan. Nəsə bir vacibi gün yaşayarsan, sən o günü oturub günlərlə, həftələrlə, hətta aylarla düşünərsən, amma qarşındakı insan o günü unutmuş olar. Qısacası, qarşındakı insan necədirsə, elə olmaq lazımdı. Onlar kimi düşüncəsiz, vecsiz. Əgər ola da bilmirsənsə, elə imiş kimi davran..
0 notes
veneranizm · 3 years
Text
Anlamağa çalışma... Həyat belədir də..)
Həmişə qıya bilmədiklərimiz qıyar bizə..
A. Çehov
0 notes
veneranizm · 3 years
Text
Tam unudursan, hər şey qaydasındadı və o yoxdu deyirsən.. Birdən çıxıb gəlir. Nəticə də heç nəyin qaydasında olmadığını və unutmadığını anlayırsan..
0 notes