Tumgik
#plutonda
orxanmikhail · 1 year
Text
Plutonda günəşəm mən sən nüvəm de görüm dünyam hardadı
1 note · View note
aslanlii · 3 years
Text
Qərarlar və həyat mənimdir. Siz nəsə düşünərsiz deyə, siz nəsə deyərsiz deyə yaşamıram. İstəyirəm deyə yaşayıram. Pis yaxud yaxşı. Bunu mən istəmişəmsə hər halı ilə gülümsəyib əldə etməyə çalışaram və sonda əldə edərəm. Həyatımda önəm daşıyanlar belə qərarlarımda önəmsizdir. Qısacası həyat mənimdir mən bilərəm. Qarışmağa nə haqqınız, nə də ki cəsarətiniz çatmaz.
Plutonda
18 notes · View notes
plutonakacicam · 7 years
Note
Ne yapıcan plutonda
kafa dinlicem
1 note · View note
plutondagezegen · 7 years
Note
Ben de plutonda gezebilir miyim ?
Bilmem kriterlere uygunsan belki de alabilirim seni bu gezegene :)
0 notes
aslanlii · 3 years
Text
Məndən cənnətin şəklini soruşdular səni çəkdim amma sən çox daha gözəl idin.
Plutonda
11 notes · View notes
aslanlii · 3 years
Text
Kimisi zamanla istədiyi insana çevrilər, kimisi isə tam əksinə istəmədiyi insana.
Plutonda
10 notes · View notes
aslanlii · 3 years
Text
İnsanların hər daim bir-birini bir mənfəət uğruna sevdiyinə, bir mənfəət uğruna bir-birinin yanında olduğuna inanmışam və bu düşüncəmi müdafiə etmişəm. Bir çoxuna tərs gəlirdi bu düşüncəm çünki sevginin qarşılıqsız olduğunu düşünürdülər. Lakin elə deyildi.
İnsanların sevgidən, yanında olmaqdam güddüyü mənfəətlər fərqli- maddi və mənəvi şəkillər ala bilir. Məsələn:
- Həyat yoldaşınız öz ruhunun sevgiyə olan aclığını doyurmaq üçün sizə sevgi verir ki qarşılıq alsın və bu mənfəətdir.
Əgər sevgi qarşılıqsızdırsa niyə insan bir şəxsi hər daim sevib qarşılıq gözləmədən başqası ilə yaşamadan ömür sürmür ki? Deyim də niyə çünki qarşılıqsız deyil. Kimsə onu sevməyən biri ilə birgə olmaq istəmir. Çünki sevgi istəyir. Bu da mənfəətdir. Yəni artıq qarşılıqsız bir şey deyil.
Bəlkə bir çoxunuz indi ana/ata sevgisini düşündü.
- Bir ana/ata övladına gələcəkdə ona baxması üçün sebgi verə bilir.
- Bir ata/ata gələcəkdə onun soyunu davam etdirməniz üçün sizə sevgi verir.
Onlar belə qarşılıqladır.
Amma mən onu qarşılıqsız heçnə gözləmədən sevmişdim. Mənim olmayacağını bilə-bilə, heç vaxt "biz" olmayacağımızı bilə-bilə. Amma o bunu anlamadı, istəmədi. Canı sağ olsun, mən hələ də onu qarşılıqsız sevirəm. Bəlkə "Bu dəlidir!"- dediniz. Bəli dəliyəm. Sizin kimi heç bir qarşılıq gözləmədən sevə bildiyim üçün dəliyəm. Bağışlayın məni amma bunu etməyə davam edəcəm.
Plutonda
14 notes · View notes
aslanlii · 3 years
Text
Gəlin, bir az itirdiklərimizi düşünək. İtirdiklərimizin, əslində, bir növ qazanc olduğunu düşünək. Gəlin, bir az da pis olduğumuz şeylərin sevinməli yaşanmışlıqlar olduğunu düşünək. Qısacası düşünək.
Başlayaq...
İlk öncə itirdiklərinizi ağlınıza gətirin. Çox sevdiyimiz, hətta canınızdan belə çox önəmsədiyimiz birini itirdiyimizi düşünək. Pis oldunuz, bəlkə də gözləriniz doldu, elə deyil mi?
İndi isə mən sizə kədərinizin bəlkə, bir ehtimal belə olsa, azalda biləcək şeylər deyim.
İtirdiyiniz insanların sizə qazandırdıqlarını düşünün. Məsələn, bəziləri sizə sevgini, bəziləri isə güvənsizliyi öyrətdi. Bəziləri gülməyi, bəziləri də ağlamağı. Bunları öyrənmədən, bilmədən, hiss etmədən yaşadığınızı düşünün. Sadəcə gülərək yaşadığınızı düşünün. Gülmək çox anlamsızlaşmadı mı? Bəlkə də buna görə biriləri ağlamağı öyrətdi. İndi isə sadəcə bütün həyatınız boyunca ağladığınızı düşünün. İndi də ağlamaq çox anlamsızlaşmadı? Bəli, bir şeyin əksinə sahib olmadıqca, digəri bir zaman sonra artıq tədricə anlamını itirər. Buna görə, biriləri bu duyğuları sizə öyrətməlidir. Bəs bunları sizə öyrətdiyi üçün itirdiklərinizə ən son nə zaman təşəkkür etmisiniz? Məncə, heç vaxt. Bir baxıma sizi o insanlar yaradıb. Bəli, sizi yaradıb. Məni, səni, onu... Hamını həyatındaki insanlar yaradıb. Sahib olduğunuz duyğuları sizə onlar aşılayıb. Heç kim öz başına formalaşmayıb. Bəli, hamımıza nifrəti, sevgini, ağlamağı, gülməyi, kədərlənməyi, sevinməyi insanlar aşılayıb. Ağlamayan insan ağlamağın nə olduğunu, gülməyən insan gülməyin nə olduğunu bilməz. Bu hissləri sizə aşıladığı üçün insanlara təşəkkür edin. Təşəkkür edin ki, sizi yaradıblar. İnsanoğlunun yarada biləcəyi ən möhtəşəm əsəri yaradıblar. Bunun üçün mən belə sənin adına təşəkkür edirəm.
Fikirlərimi başa düşdünüzsə, artıq birini itirdikdə üzülmək yerinə sizə öyrətdiyi, sizə verdikləri və sizə özünüz olma yolunda qatdıqlarını düşünüb sevinməli və təşəkkür etməlisiniz.
Bəli, insanoğlu nankordur, bəli, insanoğlu çox özündənrazıdır. Buna görə təşəkkür etməyi çox zaman unudur. Amma bunu necə böyük əhəmiyyət kəsb etdiyini unutmayın.
Oxuduğunuz üçün sizə təşəkkür edirəm. Əgər, sizə nəsə başa sala bildimsə, nə xoş mənə. Son sözüm isə, düşünün bir daha. Yalnızca, düşünün.
Plutonda
9 notes · View notes
aslanlii · 3 years
Text
Bir kişi bir qadın qədər güclü ola bilmir, bir qadın da bir kişi qədır iradəli ola bilmir. Bu da qadın və kişi fərqi yaradır.
Plutonda
7 notes · View notes
aslanlii · 3 years
Text
Bir mahnıda hər kəs eyni şeyi duysa da, eyni şeyləri hiss etmir.
Plutonda
8 notes · View notes
aslanlii · 4 years
Text
• Heç vaxt istəmədiyim yerdə qalmamışam. Heç bir zaman kiminsə həyatına məcbur daxil olmamışam, çox sevsəm belə. Qürurum, bəzəndə şəxsiyyətim buna əngəl olub, bəlkədə nələrisə itirmişəm və ya həyatımın dönüş nöqtəsi olan yerdən geri dönmüşəm. Amma hər zaman haqqlı olduğumu düşünmüşəm, xoşbəxt olmasam belə.
Plutonda
167 notes · View notes
aslanlii · 3 years
Text
Olmur, heçnə yaxşıya getmir. Heçnə ama heçnə qaydasında deyil.
Plutonda
6 notes · View notes
aslanlii · 3 years
Text
Uzaq durulması gərəkən biriyəm.
Plutonda
4 notes · View notes
aslanlii · 3 years
Text
Hər keçən gün biraz daha bitirəm.
Plutonda
4 notes · View notes