Tumgik
nargayeva · 4 years
Photo
Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media Tumblr media
Tokyo, Japan
Instagram | Twitter
2K notes · View notes
nargayeva · 4 years
Text
Tumblr media
nələr, nələr üzür qəlbimdə, üzməyi bilməyən nə bilər?
0 notes
nargayeva · 4 years
Text
Sözün əsl mənasında çox gözəl insanlar var dünyada. Həqiqətən. Bəzən fərqində olmasaq da geriyə dönüb baxdığımızda ən maraqlı xatirələrimizdə mütləq yanımızda birini taparıq, indi həyatımızda olsun ya da olmasın. Mütləq bizi xoşbəxt edəcək kimlərinsə həyatındayıq ya da həyatından keçmişik. Ən adisindən götürək, insanın düşünməkdən boğularkən fikirlərini bölüşməyə birinin olması çox yaxşıdır, məhz fikirlərini paylaşa bilmir deyə intihara qədər gedən insanlar var. Lakin bütün hər şeydən kənar, tamamilə başqa, özəl insanlar da var. Bu insanlar da onlar kimi yaxşıdır, amma necə izah edim bilmirəm, onlar çox başqadır. Ətrafınızdaki sizə yaxın olan 5 insandan neçəsi həqiqətən həyatınızla necə baş etdiyinizi bütün çılpaqlığı ilə görür? Neçə insana bütün günahlarınızı tam açıq etiraf edə bilərsiniz? Ağlayanda sizi sakitləşdirməyin yolunu bilmək, ürəyinizin ən incə tellərinə toxunmağı bacarmaq və ən möhtəşəmi də bunun üçün can atmaq, “aycan” deyəndə bunun söz xətrinə deyil həqiqətən deyildiyini hiss etdirmək, durduq yerə “sən özəlsən” yazmaq, siz pis olanda sizin acınızı sizlə birgə daşımağı bacarmaq. Bax bu insanlar çox özəldir və hər insanın həyatında da olmurlar. Bu baxımdan dünyanın ən şanslı insanlarından biri ola bilərəm :) Yaxşı ki, varsan. 
23 notes · View notes